Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Moody's: Xarici valyutada olan kreditlər MDB, Mərkəzi və Şərqi Avropa banklarına təzyiq göstərir
Samir Əliyev: “Azərbaycanda bu təzyiq daha çox əmanətlərdə müşahidə edilir”

Xarici valyutada olan kreditləşmənin yüksək səviyyəsi MDB, Mərkəzi və Şərqi Avropa banklarının reytinqinə mənfi təsir göstərir. “İqtisadi forum” jurnalının məlumatına görə, Moody's Investors Service reytinq agentliyi bu barədə hesabat yayıb.

Hesabatda qeyd edilir ki, Agentliyin analitikləri Rusiya, Ukrayna, Qazaxıstan, Macarıstan və Polşada fəaliyyət göstərən bankların kredit fəaliyyətini analiz edərək bu qənaətə gəliblər.

Bununla yanaşı hesabatda adıçəkilən ölkələrdə bankların fəaliyyətinin analizinin onların kredit portfelində ənənəvi olaraq xarici valyutaların yüksək paya malik olması ilə bağlı aparıldığı   göstərilir. Moody's ekspertlərinin fikrincə, Rusiyada məcmu kreditlərdə xarici valyutaların 30% təşkil etdiyi halda Macarıstanda bu göstərici 70%-ə çatır.

Müxtəlif bankların kredit siyasəti analiz olunan hesabatda milli valyuta ilə müqayisədə xarici valyuta ilə alınmış kreditlərdə böyük itkilərin olduğu vurğulanır. “Bu da öz növbəsində, bütün bank sistemi üçün əlavə kredit itkisi deməkdir”, -deyə hesabatda qeyd edilir. Bu baxımdan agentliyin proqnozuna görə, xarici valyuta ilə verilmiş kreditlərdə bankların itkisi Rusiyada ümumi kredit portfelinin 2,4%-i, Qazaxıstanda isə 5%-i həddindədir. Macarıstan və Polşada bu göstərici uyğun olaraq 0,5% və 0,3% təşkil edir.

Agentliyin mütəxəssislərinə görə, tədqiqat aparılan ölkələrdə xarici valyuta kreditlərin həcminin artımının əsas səbəbi milli və xarici valyutada verilmiş kreditlərin faiz dərəcələri arasında kəskin fərqin olmasındadır. Ekspert hesab edir ki, bu ucuz xarici maliyyə vəsaitlərinin mövcudluğu, o cümlədən xarici valyutalarda risklərin tam qiymətləndirilməməsi ilə bağlıdır. “Ancaq dünya maliyyə böhranı MDB, Mərkəzi və Şərqi Avropa ölkələrinin milli valyutalarının ucuzlaşmasını şərtləndirdi. Bunun nəticəsi olaraq kredt götürənlərin bir çoxu borclarını ödəmək iqtirında olmadılar və bankların gəlirliyinə mənfi təsir göstərdilər.” – hesabatda qeyd edilir.

Buna baxmayaraq, Moody`s 2011-ci ildən başlayaraq bankların maliyyə vəziyyətində xarici valyutada olan kreditlərin yükünün azalacağını proqnozlaşdırır.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev “İqtisadi forum” jurnalına açıqlamasında bildirib ki, Azərbaycanda məcmu kreditlərdə manat üstünlük təşkil edir və onun payı son 10 ildə 2 dəfəyədək artıb: “Azərbaycanın kredit bazarında xarici valyutanın təzyiqi müşahidə edilmir. Əgər 2001-ci ildə ölkə üzrə kredit qoyuluşunda milli valyutanın payı 36% təşkil edirdisə, hazırda bu rəqəm 60%-ə qədər yüksəlib.Bu o deməkdir ki, xarici valyutanın payı 40%-dir.”

Ekspert bunu manata inamdan çox xarici valyutaların, xüsusən də ABŞ dollarının son 10 ildə nümayiş etdirdiyi qeyri-sabitlik, o cümlədən ucuzlaşma tendensiyası ilə əsaslandırıb. “2000-ci ildən başlayaraq dünyanın əsas ehtiyat valyutası olan ABŞ dolları ucuzlaşmağa doğru getdi. Hətta elə bir dövr yarandı ki, mən 2009-cu ili nəzərdə tuturam, dollardan kütləvi imtina genişləndi. 2009-cu ilin ortalarından başlayaraq avro oxşar vəziyyətə düşüb. Kredit verən banklar isə xarici valyutalarda müşahidə edilən qeyri-müəyyənlikdən sığortalanmaq üçün milli valyutaya üstünlük verirlər. Xüsusən də bir çox ölkələr devalvasiyaya getdiyi halda Azərbaycan pulunun sabit qalması bankları manatla kredit verməyə stumullaşdırdı.”

S.Əliyevin fikrincə, kreditlərdən fərqli olaraq xarici valyutaların təzyiqi əhalinin əmanətlərində müşahidə edilir. “Əgər 2008-ci ildə manatla yatırılan əmanətlərin payı 55%-ə yaxın idisə, hazırda onun xüsusi çəkisi 43%-ə düşüb. Hətta 2009-cu ilin əvvəllərində, devalvasiya məsələsi gündəmə gələndə əhali manatla yerləşdirdiyi əmanətləri geri götürməyə və ya xarici valyutaya çevirməyə üstünlük verdilər. Nəticədə manatın payı 37%-ə düşdü. Banklardan fərqli olaraq əhali hələ də manata tam etibar etmir. Bu isə xarici valyutaların əmanət bazarına təzyiqinin göstəricisidir”

Tarix: 30 Iyun 2010  |  Baxış sayı: 783




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV