Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Futbol üzrə dünya çempionatının ən bahalı məşqçiləri
Rusiyanın “RİA Novosti” agentliyi ÇAP-da keçirilən futbol üzrə dünya çempionatında iştirak edən komandalara başçılıq edən məşqçilərin reytinqini tərtib edib. “İqtisadi forum” jurnalının məlumatına görə, reytinq cədvəli 32 ölkəni təmsil edən komandaların məşqçilərinin gəlirləri əsasında hazırlanıb.

Hazırda bu komandaların bir çoxu turniri tərk edib. Onlardan biri də ən bahalı məşqçi kimi reytinqə başçılıq edən İngiltərə yığmasını çalışdıran italyan əsilli Fabio Kapellodur. Onun illik gəliri 8,8 milyon avro təşkil edir. Kapello komandasını ancaq 1/8 finalına kimi apara bildi. İngiltərənin Almaniyaya (1:4) böyük hesabla məğlubiyyətindən sonra turniri tərk etməli oldular.

Almaniyanı çalışdıran İoahim Lev isə 2,5 milyon avro gəlirlə siyahıda üçüncü yeri tutub. 2006-cı ildə İtaliyaya dünya çempionu adını qazandırmış Marmello Lippinin illik gəliri 3 milyon avroya bərabər. Hazırda İtaliya komandasının sükanı arxasında durmuş Lippi reytinqdə ikinci yeri tutur.

Dünya çempionatının 32 finalçısı arasında ən az məvacib alan məşqçi Şimali Koreya və Nigeriya yığmasındadır. Şimali Koreyanın məşqçisi ildə 170 min avro qazanır. Onun Nigeriyadan olan həmkarı Şaybu Amodunun illik gəliri isə 130 min avroya bərabərdir.

Ümumilikdə məşqçilərin reytinq cədvəli aşağıdakı kimidir:

Fabio Kapello (İngiltərə) – 8,8 milyon avro
Marçello Lippi (İtaliya) – 3 milyon avro
İohim Löv (Almaniya) – 2,5 milyon avro
Bert van Marveyk (Hollandiya) – 1,8 milyon avro
Ottmar Hisfeld (İsveçrə) – 1,75 milyon avro
Vinsente Del Boske (İspaniya) – 1,5 milyon avro
Karluş Keyruş (Portuqaliya) – 1,35 milyon avro
Pim Verbeek (Avstraliya) – 1,2 milyon avro
Karlos Alberta Parreya (CAR) – 1,2 milyon avro
Havyer Aqirre (Meksika) – 1,2 milyon avro
Karlos Dunqa (Braziliya) – 800 min avro
Diyeqo Maradona (Argentina) – 800 min avro
Takeşi Okada (Yaponiya) – 800 min avro
Rikki Qerbert (Yeni Zelandiya) – 800 min avro
Otto Rexagel (Yunanıstan) – 750 min avro
Pol Le Quen (Kamerun) – 650 min avro
Marselo Bersa (Çili) – 580 min avro
Raymon Domenek (Fransa) – 560 min avro
Vahid Xalilociç (Kot-d-İvuar) – 510 min avro
Xun Yanq Mu (Cənubi Koreya) – 410 min avro
Morten Olsen (Danimarka) – 390 min avro
Milovan Rayeviç (Qana) – 370 min avro
Radomir Antiç (Serbiya) – 310 min avro
Bob Bredli (ABŞ) – 280 min avro
Matyas Kek (Sloveniya) – 250 min avro
Cerardo Martino (Paraqvay) – 250 min avro
Rabah Saadan (Əlcəzair) – 250 min avro
Reynaldo Rueda (Honduras) – 240 min avro
Vladimir Rays (Slovakiya) – 220 min avro
Oskar Tabares (Uruqvay) – 210 min avro
Kim Çonq Xam (Şimali Koreya) -170 min avro
Şaybu Amadu (Nigeriya) – 130 min avro
Tarix: 30 Iyun 2010  |  Baxış sayı: 762




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV