Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

KİV nümayəndələrinin nəzərinə!!!

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi
“Azərbaycanda dövlət satınalmaları sistemində problemlər”
mövzusunda

jurnalist araşdırmaları müsabiqəsinin
növbəti mərhələsini elan edir.
Müsabiqədə yazılı və elektron KİV-də çalışan bütün jurnalistlər iştirak edə bilərlər.

davamı

VALYUTA
  1 USD 0.8038
  1 EUR 1.0203
  1 RUB 0.1409
  1 GBP 0.1104
  100 JPY 0.2123
07.09.2010 23:09
SORĞU
Sizcə, hökumət SSRİ dövründə banklarda yatırılmış əmanətləri qaytaracaq?
Bəli
Xeyr
Bilmirəm
NƏŞRLƏR
TəDQIQATLAR


Azərbaycan Kənd Bələdiyyələri
Assosiasiyasının fəaliyyətinin
qiymətləndirilməsinə dair
TƏDQİQAT HESABATI



Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR


Büdcənin parlament müzakirələri:
beynəlxalq təcrübədən Azərbaycan
üçün çıxan dərslər


Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya


2010-cu il dövlət büdcəsi layihəsi barədə Milli Büdcə Qrupunun RƏYİ


"Paytaxt yerliözünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi"


Bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı hərrac və müsabiqələrin monitorinqi



Zərərlə işləyən bankların sayı rekord həddə çatıb
Hər üçüncü bank zərərlə işləyir

May ayını daha 4 bank zərərlə başa vurub. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, bununla da ölkədə zərərlə işləyən bankların sayı rekord həddə - 13-dən 17-yə çatıb. Sonuncu dəfə 2006-cı ilin avqustunda belə bankların sayı 16 olub.

2010-cu ilin iyun ayının 1-i vəziyyətinə ölkə banklarının əldə etdikləri mənfəətin həcmi 85,03 milyon manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 10,7% çoxdur. Mayda bankların ümumilikdə mənfəəti təxminən 8,2 milyon manat artıb. Mənfəətlə işləyən bankların sayı 34-dən 30-a düşüb.

Hesabat ayında bankların zərərində də artım müşahidə edilib. Bu müddətdə bankların zərəri aprel ayı ilə müqayisədə 2,8 milyon artaraq 24,55 milyon manat təşkil edib. Bir ay öncə zərərin həcmi 21,8 milyon manat olub. Zərərlə işləyən bankların sayı 13-dən 17-yə yüksəlib.

İyunun 1-i vəziyyətinə bankların yekun mənfəəti 60,48 milyon manata bərabər olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə azdır. 2009-cu ilin mayında bu göstərici 128,97 milyon manat təşkil edib.

Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda 47 bank fəaliyyət göstərir. Onlardan 1-i dövlət, 46-sı özəldir. Özəl bankların 23-ü isə xarici kapitallıdır.

Tarix: 02 Iyul 2010  |  Baxış sayı: 103




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Səxavətli neft pulları və «xəsis» büdcə hesabatı
 
İKİNCİ YAZI
 
Azərbayсanda büdсə xərсlərinin həm effektivliyi, həm də şəffaflığı son dərəсə сiddi problemdir. Məmurlar büdсə vəsaitlərilə şəxsi pulları kimi davranırlar. Ən pisi odur ki, ölkədə nə iсtimai vəsaitlərin effektiv və şəffaf istifadəsinə təminat verən qanunveriсi baza, nə də fəal iсtimai nəzarət mexanizmləri var. 

Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru
AZƏRBAYCANIN BANKLARI, BİRLƏŞİN!
 
                   II YAZI
 
Azərbaycanda bankların çoxluğu ilə bağlı müzakirələr son aylar gündəmdən düşmür. Bu müzakirələr xüsusilə də Mərkəzi Bank rəsmisinin bankların sayının yarıbayarı azaldılmasının zəruri olması fikrindən sonra daha da qızışıb. Bankın rəhbəri Elman Rüstəmov birləşmənin hazırda gündəmdə olmadığını açıqlasa da bu prosesin gec-tez baş verəcəyi şübhəsizdir. E.Rüstəmov əslində birləşmənin uzunmüddətli proses olduğunu deməklə bankların sayının azaldılmasının gündəmdən çıxmadığına dolayısı işarə vurub.

Azər MEHTİYEV
İTY İB-in sədri

Neftə əsaslanan inkişaf

Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.


ARXİV