Avropa Mərkəzi Bankı (AMB) uçot dərəcəsini maliyyə bazarlarından problemlər həllini tapmamış qaldıra bilər. “İqtisadi forum” jurnalının Reutersə istinadən verdiyi məlumata görə, bu barədə AMB-nin İdarəetmə Şurasının üzvü Yurgen Ştark açıqlama verib.
Ştarkın fikrincə, son zamanlar makroiqtisadi göstəricilərin müşahidə edilən dinamikası onu deməyə əsas verir ki, avro zonada resesiya bu ilin III rübündə səngiyə bilər. Bununla yanaşı, Şuran üzvünün dediyinə görə, AMB inflyasiyanın artım tempinin tezləşməsi ilə mübarizəni davam etdirəcək.
Ştark əlavə edib ki, uçot dərəcəsinin uzun müddət aşağı səviyyədə saxlanılması mənfi hallara gətirə bilər. Onun sözlərinə görə, bütün dünyada aşağı uçot dərəcəsi bazarda yeni “köpüyün” yaranması riski və bu və ya digər aktivlərin qiymətinin əsassız artımı deməkdir.