Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, ABŞ dolları yaxın 5 ildə az da olsa ucuzlaşacaq. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Fondun analitik departamentinin direktoru Devid Robinson dövrü mətbuata açıqlamasında bilirib.
“Cari göstəricilərə əsaslanaraq yaxın 5 il müddətində dolların müəyyən qədər dəyərsizləşməsini gösləyirik. Konkret rəqəm söyləmək çətindir, çünki bu tip proqnozlarda səhv ehtimalı böyükdür”, - deyə Robinson bildirib.
İqtisadçının proqnozuna görə, dolların ucuzlaşması tədricən olacaq.
Bununla yanaşı Robinson bildirir ki, son aylar dollar avroya nisbətən “çox”, valyuta səbətinə nisbətən isə bir qədər zəif bahalaşıb. Onun fikrincə, dolların bahalaşması dünya iqtisadiyyatının bərpasını dəstək olmasa da, ona mane də olmayıb.