Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

KİV nümayəndələrinin nəzərinə!!!

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi
“Azərbaycanda dövlət satınalmaları sistemində problemlər”
mövzusunda

jurnalist araşdırmaları müsabiqəsinin
növbəti mərhələsini elan edir.
Müsabiqədə yazılı və elektron KİV-də çalışan bütün jurnalistlər iştirak edə bilərlər.

davamı

VALYUTA
  1 USD 0.8038
  1 EUR 1.0203
  1 RUB 0.1409
  1 GBP 0.1104
  100 JPY 0.2123
07.09.2010 23:09
SORĞU
Sizcə, hökumət SSRİ dövründə banklarda yatırılmış əmanətləri qaytaracaq?
Bəli
Xeyr
Bilmirəm
NƏŞRLƏR
TəDQIQATLAR


Azərbaycan Kənd Bələdiyyələri
Assosiasiyasının fəaliyyətinin
qiymətləndirilməsinə dair
TƏDQİQAT HESABATI



Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR


Büdcənin parlament müzakirələri:
beynəlxalq təcrübədən Azərbaycan
üçün çıxan dərslər


Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya


2010-cu il dövlət büdcəsi layihəsi barədə Milli Büdcə Qrupunun RƏYİ


"Paytaxt yerliözünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi"


Bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı hərrac və müsabiqələrin monitorinqi



Mərkəz Bank valyuta əməliyyatlarını artırıb
Samir Əliyev: “Mərkəzi Bank manatınm kursunun sabit saxlanması üçün dollar satışını artırır”

May ayında manatın ABŞ dollarına nisbətən məzənnəsinin sabit saxlanılması üçün daxili bazarda aparılmış valyuta əməliyyatlarının həcmi 1 milyard 22 milyon dollar təşkil edib. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

2009-cu ilin may ayında valyuta mövqeyinin möhkəmlənməsi üçün daxili bazarda aparılmış valyita əməliyyatlarının həcmi 0,4 milyard dollar olub.

Jurnalın məlumatına görə, valyuta satışında artım digər vayutalar üzrə də baş verib. Belə ki, may ayında avronun məzənnəsinin tənzimlənməsi üçün aparılmış əməliyyatların həcmi 226,8 min avro təşkil edib. Halbuki ötən ilin müvafiq dövründə bu göstərici 3 dəfə az - 88,8 min avro olub.

İngilis funt sterlinqi üzrə əməliyyatlar 15,5 min funt, rus rublu üzrə 323,8 min rubl həcmində əməliyyat aparılıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Həmin dövrdə Mərkəzi Bank manatın kursunun sabitliyi üçün 0,6 min funt və 171 min rubl həcmində alqı-satqı əməliyyatı aparıb.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev “İqtisadi forum” jurnalına açıqlamasında bu artımı manatın məzənnəsinin qorunması ilə bağlayıb. Onun fikrincə, dünya bazarında dollar möhkəmlənən kimi ABŞ valyutasında asılı olan manata təyziq güclənir və Mərkəzi Bank bu təyziqi minimuma endirmək üçün daxili bazara dollar satışını artırır: “2009-cu ilin əvvəlində də manat belə təyziqlə üzləşmişdi və hətta onun ucuzlaşması məsələsi gündəmə gəlmişdi. Həmin dövrdə manatın sabitliyi üçün Mərkəzi Bank dollar satışını kəskin artırdı. Ötən ilin fevral və mart aylarına bazarın həcmi 1,3 milyard dollara çatmışdı. Sonrakı dövrlərdə azalma müşahidə edilsə də 2010-cu il başlayandan avronun ucuzlaşması yenidən dolları gücləndirdi və uyğun olaraq dollara tələbat artdı.”

Ekspertə görə, Mərkəzi bankın apardığı valyuta əməliyyatlarının təxminən yarısı valyuta mövqeyinin möhkəmlənməsinə yönəldilir. Ümumilikdə bazarın 30%-ni manatın dollara nisbətən məzənnəsinin saxlanması ilə bağlı aparılan əməliyyatlar təşkil edir.

Ekspert hesab edir ki, Mərkəzi Bank açıqlamalarında ölkədə dollara tələbatın az olduğunu bildirsə də, reallıq onun əksini deyir. “Hazırda Azərbaycanda donor funksiyasını yerinə yetirən Neft Fondundan aldığı vəsaitləri nəzərə almasaq Bankın ehtiyatları son aylar azala-azala gedir.Təkcə may ayında Mərkəzi Bankın valyuta ehtiyatı 140,7 milyon dollar azalıb. Mərkəzi Bank manatınm kursunun sabit saxlanması üçün bazarda dollar satışını artırır. Bu isə valyuta ehtiyatının azalmasını şərtləndirir”.

S.Əliyevin fikrincə, iyun ayında da Bankın valyuta ehtiyatının azalmasının müşahidə edəcəyik.

Tarix: 12 Iyul 2010  |  Baxış sayı: 55




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Səxavətli neft pulları və «xəsis» büdcə hesabatı
 
İKİNCİ YAZI
 
Azərbayсanda büdсə xərсlərinin həm effektivliyi, həm də şəffaflığı son dərəсə сiddi problemdir. Məmurlar büdсə vəsaitlərilə şəxsi pulları kimi davranırlar. Ən pisi odur ki, ölkədə nə iсtimai vəsaitlərin effektiv və şəffaf istifadəsinə təminat verən qanunveriсi baza, nə də fəal iсtimai nəzarət mexanizmləri var. 

Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru
AZƏRBAYCANIN BANKLARI, BİRLƏŞİN!
 
                   II YAZI
 
Azərbaycanda bankların çoxluğu ilə bağlı müzakirələr son aylar gündəmdən düşmür. Bu müzakirələr xüsusilə də Mərkəzi Bank rəsmisinin bankların sayının yarıbayarı azaldılmasının zəruri olması fikrindən sonra daha da qızışıb. Bankın rəhbəri Elman Rüstəmov birləşmənin hazırda gündəmdə olmadığını açıqlasa da bu prosesin gec-tez baş verəcəyi şübhəsizdir. E.Rüstəmov əslində birləşmənin uzunmüddətli proses olduğunu deməklə bankların sayının azaldılmasının gündəmdən çıxmadığına dolayısı işarə vurub.

Azər MEHTİYEV
İTY İB-in sədri

Neftə əsaslanan inkişaf

Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.


ARXİV