Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Əmanətlər dollarlaşır
Manat əmanətləri isə azalır

May ayında əhali tərəfindən ölkə banklarına yatırılan əmanətlərin ümumi həcmi artsa da, manat üzrə cəlb edilmiş əmanətlərin həcmində azalma müşahidə edilib.Hesabat ayında milli valyuta üzrə əmanətlərin həcmi 8,6 milyon manat azalıb. Bu barədə “İqtisadi forum” jurnalı Mərkəzi Banka istinadən xəbər verir.

Bankın məlumatına görə, 2010-cu ilin iyun ayının 1-i tarixinə əmanətlərin ümumi həcmi 2 milyard 474,7 milyon manat olub. Bu, əvvəlki ayla müqayisədə 0,3%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 29,4%% çoxdur. May ayında ölkə banklarına yatırılmış əmanətlərin həcmi 7 milyon manat olub. 2010-cu ilin 5 ayı ərzində əmanətlərin həcmi 146,8 milyon manat artıb.

Əmanətlərin 1,06 milyardı manatla, 1,42 milyardı isə xarici valyutada yatırılıb. Aprel ayı müqayisədə əhali milli valyuta ilə əmanət qoyuluşu 8,6 milyon manat azalıb. Bununla da manatın ümumi əmanətlərdə xüsusi çəkisi aprel ayındakı 43,3%-dən mayda 42,8%-ə düşüb.

Manatın strukturuna diqqət yetirdikdə məlum olur ki, bu azalma tələb olunanadək əmanətlər hesabına baş verib. Belə ki, bir ayda bu növ əmanətlərin həcmi 16,6 milyon manat azalaraq 342,6 milyondan 326 milyon manata düşüb. Halbuki müddətli əmanətlər may ayında 8 milyon manat artıb.

Dünya maliyyə bazarlarına qeyri-sabitliyə baxmayaraq Azərbaycanda əhali xarici valyutaya etibarını hələ də saxlayır. Belə ki, xarici valyuta ilə əmanət qoyuluşunda may ayında artım qeydə alınıb. Artım həm müddətli, həm də müddətsiz əmanətlərdə müşahidə edilib. Hesabat ayında xarici valyuta əmanətləri 1 milyard 404,4 milyondan 1 milyard 420 milyon manata yüksəlib. Xarici valyuta üzrə müddətli əmanətlərin həcmi 5 milyon, müddətsiz əmanətlərin həcmi isə 10,6 milyon manat artıb.

Tarix: 13 Iyul 2010  |  Baxış sayı: 937




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV