May ayında ölkə üzrə bankların ehtiyatları 19,1 milyon azalaraq 235,3 milyon manata düşüb. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, aprel ayında ehtiyatların ümumi həcmi 254,4 milyon manat təşkil edib.
Bank ehtiyatlarının 94,5%-i və ya 222,4 milyon manatı sərbəst, 5,5%-i və ya 12,9 milyon manatı isə məcburi ehtiyatların payına düşür. Ay ərzində sərbəst bank ehtiyatlarının həcmi 18,6 milyon, məcburi ehtiyatlar isə 0,5 milyon manat azalıb.
2010-cu ilin 5 ayı ərzində bankların sərbəst ehtiyatları 40,2% azalaraq 371,6 milyondan 222,4 milyon manata düşüb.
Cari ilin yanvar-may ayları ərzində bankların ehtiyatları 40% azalaraq 235,3 milyon manata enib.
Xatırladaq ki, Mərkəzi Bankın qərarına əsasən 2009-cu ilin martından etibarən kommersiya bankları üçün məcburi ehtiyat normalarının həddi 3%-dən 0,5%-ə endirilib.