Ötən ay Azərbaycanın beynəlxalq ehtiyatlarının həcmi əvvəlki ayla müqayisədə $197,3 milyon azalaraq $5 milyard 909,3 milyona düşüb. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, may ayında ehtiyatın həcmi $6 milyard 106,6 milyon olub.
2010-cu ilin 6 ayında beynəlxalq ehtiyatların həcmi 4,3% və ya $241,3 milyon artıb. Yanvarın 1-i tarixinə bu göstərici $5 milyard 668 milyon təşkil edib.
Beynəlxalq ehtiyatın $5 milyard 630,4 milyonu xarici valyutada yerləşdirilən aktivlər təşkil edir. Bu aktivlər iyun ayında $195,8 milyon azalıb.
Ölkənin BVF-dəki ehtiyat mövqeyi $0,194 milyona bərabərdir. SDR-də (xüsusi borclanma hüququ) yatırılan vəsaitin həcmi $278,74 milyondur.
Ölkənin beynəlxalq ehtiyatlarının tərkibinə qızıl yoxdur.
Məlumat üçün bildirək ki, beynəlxalq ehtiyatlara Neft Fondunun vəsaiti nəzərə alınmayıb.