Avropanın dövlət və hökumət başçıları arasında ən varlı şəxs İrlandiyanın baş naziri Brayan Kouen hesab olunur. Onun illik qazancı $342,4 min təşkil edir. Kouen dünyanın ən varlı rəhbərləri arasında 4-cü yeri tutur.
“İqtisadi forum” jurnalının Рolitics.ie saytına istinadən verdiyi məlumata görə, Fransa prezidenti Nikolə Sarkozi Avropada ikinci ən varlı siyasi rəhbərdir. Onun illik gəliri $319,8 minə bərabərdir. Sarkozi dünya reytinq cədvəlində 5-ci yeri tutur.
Reytinq cədvəlində üçüncü yeri Almaniya kansleri Angela Merkel tutur. Onun illik gəliri $303,8 minə bərabərdir. Dünyanın ən varlı siyasətçilər reytinqində Merkel 9-cu yerdədir.
Britaniyanın yeni seçilmiş baş naziri Devid Kameron qazancına görə Avropada 4-cü, dünyada isə 10-cu olub. Baş nazirin illik gəliri $300,4 min təşkil edir.
Dünyanın ən varlı siyasətçisi isə Sinqapurun baş naziri Li Syan Lundur. Onun gəlirləri avropalı həmkarlarının gəlirlərinin xeyli üstələyir. Lunun ildə $2,75 milyon qazanır.
Honq Konq xüsusi inzibati rayonunun rəhbəri Donald Çanq illik gəliri $515,3 min olmaqla ikinci, ABŞ prezidenti Barak Obama $400 min qazancla üçüncü yerdədir.