Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Big Mac İndeksinə görə, dollar 86 qəpik olmalıdır
Amerikanın “The Economist” jurnalı özünün ənənəvi Big Mac İndeksini hesablayıb. İndeksə görə, dünyada dəyəri ən çox şişirdilmiş valyuta Norveç kronudur. Paytaxt Osloda satılan məşhur hamburqerin qiyməti 7 dollardır. Jurnalın ekspertləri hesab edirlər ki, kronun dəyəri 2 dəfəyədək şişirdilib və əslində bu valyutanın dollara nisbətən dəyəri 6,25 yox 12,1 kron olmalıdır.

“İqtisadi forum” jurnalının məlumatına görə, Big Mac İndeksi McDonald's şirkətinin dünyanın müxtəlif ölkələrində yerləşən restoranlar şəbəkəsində satılan məşhur hamburqerin qiyməti əsasında hesablanır. Müqayisə bazası kimi ABŞ-da satılan biq maqın qiyməti götürülür. Hazırda Amerikada biq maq 3,73 dollara satılır. Əgər hər hansı ölkədə biq maqın qiyməti bu həddən yüksəkdirsə, deməli, həmin ölkənin valyutasının dəyəri şişirdilib. Əgər biq maq ABŞ-dakı qiymətdən ucuzdursa, həmin ölkənin valyutasının məzənnəsi real dəyərindən aşağıdır və bu ölkədə dollar ucuz olmalıdır.

Ən bahalı biq maq İsveçdə, ən ucuzu isə Argentinadadır. Skandinaviya ölkəsində bu qida 6,56 dollara, Latın Amerikası ölkəsində isə 1,78 dollara satılır.

İndeksə görə, milli valyutasının məzənnəsi şişirdilmiş ölkələrə İsveç (biq maq $6,19-dır), Braziliya ($4,91), Danimarka ($4,9), Kolumbiya ($4,39), Avrozona ölkələri ($4,33), Kanada ($4), Türkiyə ($3,89) və Avstraliya ($3,84) daxildir.

Milli valyutası real dəyərindən az olan ölkələrə isə Argentina ($1,78), Ukrayna ($1,84), Şri-Lanka ($1,86), Honq Konq ($1,9) və Çin ($1,95) aiddir.
Çinin öz valyutasının möhkəmləndirmək qərarı ölkənin tutduğu mövqeyə təsir etməyib. Çində biq maq $1,95-dir. Jurnalın ekspertlərinə görə, əslində bu ölkənin milli valyutası olan yuanın dollara nəzərən məzənnəsi 6,78 yox 3,54 olmalıdır. Yuanın məzənnəsi 48% aşağı salınıb. Bundan başqa Braziliya valyutası 10,75%, Türkiyə lirəsi isə 4% ucuzlaşmalıdır.

Avronun ucuzlaşmasına baxmayaraq, Big Mac İndeksinə görə, Avropanın vahid valyutası real dəyərindən 16% bahadır. Ötən il bu göstərici 27% təşkil edib.

Ukraynada biq maq 14,5 qrivnaya satılır. Hazırda dollar 7,9 qrivnaya satlılır. Deməli, indeksə görə, qrivna 51% ucuzdur. Dollar 3,88 qrivna olmalıdır. Rusiyada biq-maq 2,34 dollara (71 rubl) satılır. Belə çıxır ki, bu ölkənin milli valyitasının dollara nisbətən “real” məzənnəsi 19 rubl olmalıdır.

Azərbaycanda yerləşən McDonald's restoranlar şəbəkəsində biq maq 3,2 manata satılır. İndiki məzənnə ilə götürsək onun qiyməti təxminən 4 dollar edir. Bu qiymət ABŞ-dakında 0,27 dollar və ya 7,2% bahadır. Bu o deməkdir ki, manatın dəyəri 7,2% şişirdilib. Əgər, Big Mac indeksinə inansaq, milli valyutanın dəyəri hazırda 80 qəpik yox 75 qəpik olmalıdır.

Tarix: 26 Iyul 2010  |  Baxış sayı: 848




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV