Dünya Bankı: “Dünyada kölgə iqtisadiyyatının payı artır”
Dünyada kölgə iqtisadiyyatı getdikcə genişlənməkdədir. Hazırda dünya iqtisadiyyatında onun çəkisi 35,5%-ə çatıb. “İqtisadi forum” jurnalının məlumatına görə, Dünya Bankı bu günlərdə 151 ölkə haqqında hesabat açıqlayıb.
Bankın məlumatına görə, 1999-2007-ci illərdə aparılmış tədqiqatın nəticəsinə görə, bütün dünyada kölgə iqtisadiyyatının payı artmaqda davam edir və hazırda ÜDM-nin 35,5%-i həddinə çatıb. 199-cu ildə bu göstərici 32,9% təşkil edib.
Ən az kölgə iqtisadiyyatı İsveçrədə (8,6%), ABŞ-da (8,8%), Avstriyada (9,8%) və Lüksevburqda (9,9%) qeydə alınıb. Ən çox bu göstərici qanunsuz iqtisadiyyat isə Gürcüstanda (70%), Boliviyadada (68,1%) və Azərbaycanda (63,3%) müşahidə edilib.
Bütün reytinq cədvəllərində ön sıralarda olan Baltikyanı ölkələr də vəziyyət ürəkaçan deyil. Latviyada 1999-cu ildə kölgə iqtisadiyyatının payı 39,6% idisə, 2007-ci ildə onun payı 44,3%-ə yüksəlib. Latviya 109-cu yerdədir. Nisbətən yaxşı vəziyyət Litvadadır. 151 ölkə arasında 64-cü olan Litvada ÜDM-nin 31,9%-i həcmində qanunsuz dövriyyə mövcuddur. Estoniya isə 40,3% göstərici ilə Latviyada 7 pillə aşağıda - 102-ci yerdədir.
Qonşu Rusiyada bu göstərici 48,6% təşkil edir. Şimal qonşumuz cədvəldə 130-cu yerdədir. Ukrayna 145-ci (54,9%), Belorus 136-cı (49,8%) yeri tutub.
Bankın məlumatına görə, 151 ölkə arasında yalnız 11 ölkədə kölgə iqtisadiyyatının payı azalıb.