Dünya bazarlarında Avropa valyutasının möhkəmlənməsi özünü Azərbaycanda da göstərir. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, ölkəmizdə avronun manata nisbətən rəsmi məzənnəsi son 3 ayda ən yüksək həddə qalxıb.
Mərkəzi Bankın məlumatına görə, avqustun 2-də Avropa valyutasının manata nisbətən rəsmi məzənnəsi manat 5 qəpik müəyyən edilib. Bu, 4 may 2010-ci ildən bəri ən yüksək göstəricidir. Həmin tarixdə 1 avro 1 manat 6 qəpiyə bərabər olub.
Ötən ay avro manata nisbətən 7,1% bahalaşıb. İyulda avronun rəsmi mıəzənnəsi 98 qəpikdən 1 manat 5 qəpiyə yüksəlib.
2010-cu ilin 7 ayı ərzində isə avronun kursu 1,1575-dən 0,9561 manata düşüb. Bu müddətdə ucuzlaşma 9,2% təşkil edib.