Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Dollar kəskin ucuzlaşıb
ABŞ valyutası Azərbaycanda 22 aylıq minimuma enib

Dünya bazarlarında ABŞ valyutasının ucuzlaşması özünü Azərbaycanda da göstərir. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, ölkəmizdə dolların manata nisbətən rəsmi məzənnəsi son 22 ayda ən aşağı həddə düşüb. 

Mərkəzi Bankın məlumatına görə, oktyabrın 6-da ABŞ valyutasının manata nisbətən rəsmi məzənnəsi 80,22 qəpik müəyyən edilib. Bu, 11 yanvar 2009-cu ildən bəri ən aşağı göstəricidir. Həmin tarixdə 1 dollar 80,17 qəpiyə bərabər olub.

Ötən ay dollar manata nisbətən 0,2% ucuzlaşıb. Sentyabrda dolların rəsmi məzənnəsi 80,38 qəpikdən 80,26 qəpiyə düşüb. Ümumilikdə 2010-cu ilin ötən 10 ayı ərzində manat dollara nisbətən 0,1% bahalaşıb.

Xatırladaq ki, 2009-cu ildə ümumilikdə milli valyutamız ABŞ dollarına nisbətən 0,2% ucuzlaşıb.

Dolların ucuzlaşması öz təsirinin avroya da göstərib. Oktyabrın 6-da Avropa valyutasının rəsmi məzənnəsi 1 manat 11,12 qəpiyə yüksəlib. Bu son 8 ayda ən yüksək məzənnədir. Belə ki, sonuncu dəfə fevralın 4-də (1 manat 11,58 qəpik) avro bu həddə olub. Ancaq cari ildə avro manata nisbətən 3,4% ucuzlaşıb.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev Azərbaycanda dolların ucuzlaşmasını dünya maliyyə bazarında gedən proseslərlə əlaqələndirdi: “Hazırda dünyada ekspertlərin “valyuta müharibəsi” adlandırdığı bir savaş gedir. Artıq beynəlxalq təşkilatlar, o cümlədən BVF tərəfindən bu təsdiq edilib. Əksər ölkələr böhrandan yaranmış iqtisadi problemlərini həll etmək üçün milli valyutalarının süni şəkildə ucuzlaşdırırlar və bu məzənnədən bir alət kimi istifadə edirlər. Bu isə həmin ölkələrin əsas ticarət tərəfdaşlarında narazılıq yaradır. Ən əsası bu addımın yayılması ümumilikdə özünə gəlməmiş dünya iqtisadiyyatının artım tempini yavaşıdır. Burada təkcə inkişaf etməkdə olan yox, eyni zamanda inkişaf etmiş ölkələr də bu siyasətə qatılır. Məsələn, bu günlərdə əsas ixracatçılardan olan Yaponiya iyenanı ucuzlaşdırmaq üçün uçot dərəcəsini sıfıra endirdi. ABŞ da öz növbəsində büdcə kəsiri və borc problemlərinin həll etmək üçün dolları ucuzlaşdırır” – deyə ekspert bildirib.

S.Əliyev açılamasında dolların əsas valyutalara nisbətən ucuzlaşdığını bildirib. “Ümumilikdə dolların məzənnəsi ABŞ-ın 6 əsas ticarət tərəfdaşlarının milli valyutalarının daxil olduğu valyuta səbətinə nisbətən 0,6% ucuzlaşıb. Avro 1,3689-dan 1,3799 dollara bahalaşıb. Yapon iyenası isə 83,30-dan 83,42 dollara yüksəlib” – deyən ekspertə görə, əsasən dollara bağlı olan manat da dollara nisbətən bahalaşıb.

Əslində dolların ucuzlaşmasının gözlənilən olduğunu bildirən ekspert hesab edir ki, bu müvəqqəti xarakter daşıyır. “ABŞ iqtisadiyyatı hələ də özünə gəlməyib. Büdcə kəsiri getdikcə böyüyür. Dövlətin borcu isə günbəgün rekord vurur. İşsizlik problemi həllinin tapa bilməyib. Üstəgəl əsas ticarət tərəfdaşı olan Çinin milli valyutasının süni surətdə ucuzlaşdırması iqtisadi artımı ləngidir. Bu baxımdan dolların ucuzlaşması bir növ çıxış yoludur. Bu siyasəti ABŞ zaman-zaman həyata keçirib. Ancaq fikrimcə, bu uzun çəkməyəcək. İlin sonuna doğru dolların az da olsa möhkəmlənməsinin şahidi olacayıq.” – deyə ekspert bildirib.

Ekspert hesab edir ki, Mərkəzi Bank bazara müdaxilə etməli və Azərbaycanda dolların kəskin ucuzlaşmasına imkan verməməlidir. Çünki bu proses xarici valyutada yerləşdirilən əmanətlərin geri götürülməsi ilə yanaşı neftdən kənar 5%-lik ixracı da sıradan çıxara bilər.

Tarix: 06 Oktyabr 2010  |  Baxış sayı: 854




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV