Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


NEFT PULLARI NEFT FONDU VASİTƏSİLƏ SOVRULUR
Azər Mehtiyev: “Fonddan layihələrə birbaşa maliyyə ayrılması imkanları məhdudlaşdırılmalıdır”

Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov fondun büdcəsini açıqlayıb. İcraçı direktor 2011-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edərkən bildirib ki, Neft Fonduna indiyədək 40 milyard dollar vəsait daxil olub. İndiyədək bu vəsaitlərin 20 milyard dolları xərclənib. Ş.Mövsumov bildirib ki, fonddan xərclənən vəsaitin böyük bir hissəsi dövlət büdcəsinə transfertlərdir. Bundan başqa, fond bir sıra mühüm layihələri maliyyələşdirir: “Layihələr seçildiyi zaman onların Azərbaycan və region üçün əhəmiyyətli olması əsas götürülür”. Qeyd edək ki, Neft Fondu hazırda 5 əsas layihənin maliyyələşməsini həyata keçirir.

Neft Fondu vəsaitləri necə xərclənir? Fonddan maliyyələşən layihələrin səmərəliliyi, əhəmiyyəti nə dərəcədədir və nəhayət, vəsaitlərin xərclənməsində şəffaflığa nə dərəcədə əməl edilir?
Mövzu ilə bağlı suallarımızı İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev  cavablandırdı. Neft Fondu vəsaitlərinin böyük bir hissəsinin hər il dövlət büdcəsi vasitəsilə xərcləndiyini deyən Azər bəy 2010-cu ildə fonddan büdcəyə 5,9 milyard manatın transfert olunduğunu, gələn il isə bu rəqəmin 6,48 milyard manata çatdığını qeyd etdi. Ekspertin sözlərinə görə, baxmayaraq ki, fondun özünün birbaşa layihələrə nəzarət etmək imkanı demək olar ki, yoxdur, Azərbaycanda Neft Fondundan birbaşa layihələrin maliyyələşdirilməsi təcrübəsi də var: “Dövlət büdcəsindən ayrılan vəsaitlərə dövlət xəzinədarlığı vasitəsilə Maliyyə Nazirliyi ən azı daxili nəzarəti həyata keçirə, bundan əlavə, Hesablama Palatası nəzarət edə bilirsə, Neft Fonduna daxili nəzarət mövcud deyil. Nə də indiyəcən olan təcrübədə Hesablama Palatası tərəfindən fonddan birbaşa maliyyələşən layihələrin icrasına nəzarət aparılmayıb. Təbii ki, bu da ciddi bir problem yaradır”.
İndiyəcən fonddan birbaşa maliyyələşən layihələr içərisində ən böyüyü Oğuz-Qəbələ-Bakı su kəməri layihəsidir. Bu layihəyə ilin sonuna kimi ayrılan vəsaitlər 747,4 milyon manata çatacaq, ancaq gələn il də əlavə olaraq 33,5 milyon manat ayrılması, bununla da ümumi məbləğin 780,9 milyon manata çatması gözlənilir. Bu, faktiki olaraq layihənin dəyərinin 1 milyard dollara çatması deməkdir və layihənin icrasına başlananda elan olunmuş dəyərindən demək olar ki, iki dəfə çoxdur. Layihə 2008-ci ildə başa çatmalı idi, amma ləngidi. Son rəsmi açıqlamada bu ilin sonunda kəmərin istifadəyə veriləcəyi bildirilirdi, lakin gələn ilin büdcəsindən də vəsait ayrılması layihənin bu il də istifadəyə verilməyəcəyi təsəvvürü yaradır. Həmsöhbətimiz qeyd etdi ki, bu layihə və onun səmərəliliyi haqqında aparılan araşdırmalar heç də ürəkaçan nəticələr verməyib: “Neftçilərin Hüquqlarını Müdafiə Mərkəzi tərəfindən layihənin sosial və iqtisadi monitorinqi aparılmışdı. Kəmər Bakı əhalisinin içməli su ilə fasiləsiz təminatı məqsədilə inşa edilir. Monitorinq göstərirdi ki, indiyəcən gələn suyun itkilərinin aradan qaldırılması Bakı əhalisinin fasiləsiz su ilə təminatına imkan verirdi. Hətta rəylərə görə, kəmərin istifadəyə verilməsi buna imkan vermir”.
Neft Fondundan birbaşa maliyyələşən digər böyük bir layihə “Samur-Abşeron suvarma sisteminin yenidənqurulması” layihəsidir. A.Mehtiyevin sözlərinə görə, əslində bunun da bir istiqaməti Bakının içməli su təminatıdır, həmçinin digər məqsəd Abşeron yarımadasına həm içməli, həm suvarma suyunun çatdırılmasıdır. Bu layihəyə 2009-cu ilin sonunacan 364,5 milyon manat xərclənib. Fondun 2010-cu il büdcəsində daha 131 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Gələn il isə 110 milyon manatın ayrılması planlaşdırılır ki, bu da bütövlükdə 605,5 milyon manat deməkdir: “Layihənin başa çatması ilə bağlı hələ heç bir rəsmi məlumat verilmir. İndiyəcən heç bir hökumət qurumu tərəfindən bu layihədə işlərin gedişi ilə bağlı hesabat təqdim edilməyib”.
Fonddan maliyyələşən böyük layihələrdən biri “Qaçqın və məcburi köçkünlərin sosial-məişət problemlərinin həlli ilə bağlı tədbirlərin maliyyələşdirilməsi xərcləri”dir. Bu istiqamətdə 2009-cu ilin sonunacan 612,9 milyon manat vəsait xərclənib, 2010-cu ildə 105 milyon manat vəsait ayrılması nəzərdə tutulub, gələn il isə daha 110 milyon manat ayrılması planlaşdırılır. Bütövlükdə isə layihə üzrə xərclər 828 milyon manata çatır: “Gördüyünüz kimi, yalnız Neft Fondundan bu istiqamətə bir milyard dollardan çox vəsait ayrılır. Qaçqın və məcburi köçkünlərin sosial-məişət problemlərinin həlli istiqamətində görülən işlərlə bağlı zaman-zaman mətbuatda da rəylər açıqlanıb. Həm QHT, həm mətbuat araşdırmaları burada çox ciddi mənimsəmələrə yol verildiyini, xərclərin şişirdildiyini göstərir”.
Hazırda Neft Fondundan maliyyələşən bir layihə də Bakı-Tiflis-Qars dəmir yolu layihəsidir. Layihəyə hər il nəzərdə tutulduğundan dəfələrlə az vəsait xərclənir ki, ekspertin fikrincə, bu, işlərin arzuolunan sürətlə həyata keçirilməməsi ilə bağlıdır: “Xüsusilə Gürcüstan və Türkiyə ərazisində dəmiryolunun yenidənqurulması ilə bağlı işlərdə ciddi problemlərin olması ayrılan vəsaitlərin lazımınca xərclənməsinə imkan vermir”. Qeyd edək ki, 2009-cu ilin sonuna kimi bu layihə çərçivəsində 48,1 milyon manat vəsait yönəldilib. 2010-cu ilin büdcəsində 80 milyon nəzərdə tutulsa da, sonradan azaldılıb 34 milyona endirildi. Gələn il yenə 80 milyon manatın yarılması nəzərdə tutulur.
A.Mehtiyevin sözlərinə görə, Neft Fondundan maliyyələşən layihələr içərisində əhəmiyyət baxımından xüsusi diqqət cəlb edən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili Dövlət Proqramının maliyyələşdirilməsi”dir: “Bu proqrama hər il 10 milyon manat ayrılması nəzərdə tutulur, lakin bunun çox cüzi bir hissəsi sərf edilir. 2008-ci ildə ayrılan vəsaitin 2,3 milyon, 2009-cu ildə 7,9 milyon manat xərclənib. Bu il də 10 milyon manat ayrılıb, lakin bu vəsaitlərin istifadəsində ciddi problemlərin olması diqqəti cəlb edir. Bizdə olan məlumatlara görə, xaricdə oxuyan tələbələrin maliyyələşdirilməsində, ümumiyyətlə, xaricdə oxumaq istəyən tələbələrin bu vəsaitə əlçatanlığında ciddi problemlər mövcuddur. Gələn il fond bu istiqamətə 15 milyon manat ayırmağı nəzərdə tutur”.
Ekspert bildirir ki, bu layihələrin səmərəliliyi, şəffaflığı və hesabatlılığı ən vacib məqamlardır: “Bu layihələrə institutsional baxımdan və vətəndaş cəmiyyətinin ictimai nəzarət imkanları yoxdur. Ayrı-ayrı QHT-lərin, xüsusilə Mədən Sənayesində Şəffaflıq Koalisiyasının ictimai nəzarəti artırmaq istiqamətində cəhdləri olub. Lakin bir tərəfdən zəruri informasiyaya çıxış imkanlarının məhdudluğu, digər tərəfdən də ictimai monitorinqlərin təşkili ilə bağlı hökumət qurumları tərəfindən maneələrin yaradılması buna imkan vermir”. A.Mehtiyevin sözlərinə görə, burda çox ciddi iki məsələyə toxunulmalıdır: “Əvvəla, Neft Fondunun özünün idarə edilməsi və fondun ictimai hesabatlılığı məsələsi çox ciddidir. Bildiyiniz kimi, fond Azərbaycanda yalnız prezident qarşısında hesabatlıdır, fondun Müşahidə Şurasında ictimaiyyətin heç bir nümayəndəsi yoxdur, şura bütövlükdə icra strukturlarının rəhbərlərindən ibarətdir. Qurum heç parlamentə də hesabat vermir. İkinci bir məsələ isə Neft Fondundan layihələrə birbaşa maliyyənin ayrılmasıdır ki, bayaq dediyimiz kimi, bu maliyyənin hərəkəti, onun istifadəsi üzərində nəzarət funksiyası olmadığından qurumun bu imkanları məhdudlaşdırılmalıdır. Burada sual çıxa bilər ki, fonddan vəsaitlərin büdcə vasitəsi ilə xərclənməsi daha çoxmu nəzarət imkanı verir? Təbii ki, bizdə büdcə vasitəsi ilə maliyyələşən investisiya layihələrinin də ciddi şəffaflıq və hesabatlılıq problemlərinin olduğunu deyə bilərik. Əslində həmin sahədə də Maliyyə Nazirliyinin daxili nəzarət, Hesablama Palatasının yoxlama imkanları olmasına baxmayaraq, ictimai nəzarəti təmin etmək imkanları məhduddur. O baxımdan indiki şərtlər daxilində Neft Fondundan maliyyələşən layihələrin də büdcə vasitəsilə maliyyələşməsinə keçməyin vəziyyəti düzəldəcəyinə inam azdır. Bütün hallarda büdcəyə yönəldilən və büdcədən maliyyələşən layihələr haqda məlumat əldə etmək, onun açıqlığı fondla müqayisədə daha yüksəkdir”.

Həbibə ABDULLA
"Yeni Müsavat"
Tarix: 12 Oktyabr 2010  |  Baxış sayı: 934




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV