Avropa Şimali Amerikanı dünyanın ən varlı regionu mövqeyindən sıxışdırıb çıxarıb. Ötən il Şimali Amerika əhalisinin aktivləri 21,8% azalaraq 29,3 trilyon dollara düşüb. 2007-ci illə müqayisədə Avropada azalma 5,8% olub. Bu barədə “İqtisadi forum” jurnalı aktivlərin idarə edilməsi təcrübəsinin öyrənilməsi üzrə ixtisaslaşan Boston Consulting Group (BCG) tədqiqat şirkətinin istinadən xəbər verir.
Hazırda Avropada əmanətlərin, o cümlədən müxtəlif qiymətli kağızların həcmi 22,2 trilyon avro (32,7 trilyon dollar) dəyərində qiymətləndirilir.
Dünya üzrə var dövlət ötən il 11,7% azalaraq 2007-ci ildəki 104,7 trilyondan 92,4 trilyon dollara düşüb. Bu, 2001-ci ildən bəri ilk azalmadır.
2008-ci il ərzində milyonçuların sayı azalaraq 11 milyondan 9 milyon nəfərə düşüb. Milyonçuların sayı ən çox Şimali Amerika və Avropa regionunda azalıb. Bütün azalmaların 22%-i bu regionların payına düşüb. Bütün bunlara baxmayaraq ABŞ hələki milyonçularının sayına görə dünyada liderdir. Bu ölkədə milyonçuların sayı təxminən 4 milyon nəfərdir. Gəlirləri 1 milyon dollardan çox olan insanların sayına görə Sinqapur liderdir. Ölkə əhalisinin 8,5%-i milyonçudur.
BCG-nin məruzəsinin həmmüəlliflərindən olan Piter Damiş fikrincə, dünya rifahının bərpası növbəti illərdə baş verəcək və o böhrandan əvvəlki səviyyəyə yalnız 2013-cü ildən sonra çatacaq. Onun hesablamalarına görə, yaxın 4 ildə dünyada illik rifah artımı 4% olacaq. Yaponiya istisna olmaqla, Asiya-Sakit Okean regionunda isə bu artım daha yüksək olacaq – 9,5%