Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Banklarımız ictimaiyyətə açıq deyillər
Standard & Poor’s Azərbaycan banklarının informasiya şəffaflığı indeksini açıqlayıb

Azərbaycan banklarının informasiya şəffaflığı indeksi MDB ölkələri üzrə bankların orta göstəricisindən də aşağıdır. “İqtisadi forum” jurnalı bu barədə Standard & Poor’s reytinq agentliyinin ölkə bankları barədə hazırladığı tədqiqata istinadən məlumat verir.

Standard & Poor’s reytinq agentliyin mütəxəssislərinin hazırladıqları “Azərbaycan banklarının informasiya şəffaflığı: aşağı tənzimləyici intizam məlumatın açıqlanması sahəsində inkişafa əngəl törədir” adlı tədqiqatda qeyd edilir ki, 2010-cu ildə Azərbaycanın 30 iri bankının informasiya şəffaflığı indeksi (İŞİ) üzrə orta bal 30% təşkil edib. Maliyyə məlumatlarına əlçatanlığın qiymətləndirilməsinə daha mühafizəkar yanaşdıqda məlum olur ki, orta göstərici daha aşağıdır və 19%-ə bərabərdir. Bu göstərici MDB ölkələrinin analoji bankları ilə müqayisədə kifayət qədər aşağıdır. Məsələn, Rusiyada bu səviyyə 52%, Ukraynada isə 43% təşkil edir.

Tədqiqata görə, Azərbaycan banklarının aşağı orta balı əsas etibarilə veb-saytlarda məlumatların kifayət qədər olmaması, illik hesabatların tam yerləşdirilməməsi, o cümlədən rəsmi hesabatlılığa aşağı tələbin olması ilə bağlıdır. Bundan başqa məlumatların ingilis dilində açıqlanması səviyyəsinin məhdud olması da balın səviyyəsinə təsir göstərib.

Hesabata görə, 30 bank arasında AccessBank, Muğanbank, Amrahbank, Rabitabank və DemirBank şəffaflıq üzrə ən yüksək göstəriciyə malik olub. Bu bankların hər biri 40%-dən çox bal toplayıb. Tədqiqatçıların fikrincə, ölkədə ən şəffaf bank (52%) AccessBankdır.

Müəlliflərə görə, banklar tərəfindən məlumatların açıqlanması təcrübəsinin əsas xüsusiyyəti daha çox bunlardır: bu banklar əsas benefisiar mülkiyyətçilər haqqında məlumatı açıqlayırlar, auditdən keçmiş maliyyə hesabatını dərc edirlər, risklərin idarə edilməsi üzrə tam məlumat təqdim edirlər, idarəetmə orqanları haqqında geniş məlumatlar nümayiş etdirirlər. Tədqiqat göstərir ki, banklar digər komponentlərlə müqayisədə mülkiyyətin strukturu haqda daha çox məlumat verirlər. Bu komponent üzrə orta bal 48% təşkil edir. İkinci yerdə maliyyə məlumatlarının açıqlanması səviyyəsi (36%) gəlir. Ancaq cari əməliyyatlar və idarəetmə orqanlarının fəaliyyət planı və tərkibi haqda məlumatların açıqlanması səviyyəsi isə aşağıdır. Korporativ prosedurlar və idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması barədə isə həddindən az məlumatlar açıqlanır.

Hesabata görə, Azərbaycanın tənzimləyici orqanları banklardan bir neçə növ hesabatı dərc etməyi və müəyyən həcmdə cari məlumatlar təqdim etməyi tələb edirlər. Ancaq banklar bu tələbləri zəif yerinə yetirilər. Müəlliflər tələblərə tam əməl etməyi məhdudlaşdıran müxtəlif aspektlər arasında banklar tərəfindən tənzimləyici orqanlara təqdim edilən mövcud hesabatların mərkəzləşdirilmiş bazasının olmamasını qeyd edirlər.

Hesabata görə, 2010-cu ildə cəmi 14 bank maliyyə hesabatlılığı üzrə beynəlxalq standartlar (MHBS) üzrə illik maliyyə hesabatını internet səhifələrində yerləşdirib. Daha 12 bank sorğu əsasında maliyyə hesabatını təqdim edib.

Bankların mülkiyyət strukturunun analizi göstərir ki, bank sektorunda mülkiyyətçilərin konsentrasiyası yüksəkdir. Bankların 93%-də payı 25%-dən çox olan və nəzarət səhm paketinə sahib ən azı 1 mülkiyyətçi mövcuddur. Bankların 79%-də majoritar səhmdarlar var.

Tədqiqata cəlb edilən 30 bank Azərbaycanın ən böyük banklarıdır. Bank aktivlərinin 96%-i onların payına düşür.

Tarix: 25 Oktyabr 2010  |  Baxış sayı: 923




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV