Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Bankların yarısının iqtisadiyyatda rolu yoxmuş
Onların sayını iki dəfə azaltmaq təklif olunur

Azərbaycanın kredit təşkilatları qlobal maliyyə böhranından minimum itki ilə çıxsa da, bank sektorundakı problemlər heç də böhranla birbaşa bağlı deyil. MB vəziyyətdən çıxış yolu olaraq bankların sayını azaltmaq təşəbbüsü ilə çıxış etsə də, sonra nədənsə geri çəkildi və hər şeyi zamanın öhdəsinə buraxdı. İstər dünya tendensiyası, istərsə də Azərbaycan banklarının maliyyə vəziyyətinin analizi onların birləşmə zəruriliyini göstərir.

"İqtisadi forum" jurnalının baş redaktoru Samir Əliyevin dediyinə görə, bu problemlər böhrandan öncə də mövcud olub. Belə ki, banklarda kapitallaşma problemi tam həllini tapmayıb. Hətta bəzi banklar nizamnamə kapitalına qarşı MB-nin tətbiq etdiyi minimal həddə riayət etmir. 4 bankın nizamnamə kapitalı bu həddən, yəni 10 milyon manatdan aşağıdır. Bunlardan 3 bankın nizamnamə kapitalı 5 milyondan 10 milyon manatadək, 1 bankın nizamnamə kapitalı isə 3,5 milyon manatdan az təşkil edir. İqtisadçı ekspert ölkənin bank sektorunda vəziyyəti "Ayna"nın oxucuları üçün şərh etdi.

- Mərkəzi Bankın uçot dərəcəsi ilə kredit faizləri arasında əlaqə mövcud deyil. 2008-ci ildən bəri uçot dərəcəsi 7 dəfə azaldılaraq 15 faizdən 2 faizə endirilib. Hazırda isə uçot dərəcəsi bir faiz qaldırılıb və 3 faizə çatdırılıb. Ancaq buna baxmayaraq kommersiya bankları tərəfindən verilən kreditlərin faiz dərəcələrində azalma, demək olar, müşahidə edilmir. Uçot dərəcəsi ilə kredit faizləri arasında 10 dəfəyədək fərq var. Bankların kredit və depozit portfellərində fərdi müştərilərin ən yüksək konsentrasiyası mövcuddur. Bu vəziyyət isə bankları yüksək kredit və likvidlik risklərinə məruz qoyur. "Moody's İnvestors Service" beynəlxalq reytinq agentliyi hesabatında bu problemi təsdiq edib.

Agentlik hesab edir ki, vəziyyətin bu həddə gəlib çıxmasına səbəb MDB ölkələrində, o cümlədən Azərbaycanda bank sisteminin aşağı inkişaf səviyyəsinə malik olmaları, risklərin adekvat idarəçiliyi olmadan yüksək riskli inkişaf strategiyası həyata keçirmələri, o cümlədən konsentrasiya səviyyəsini azaltmağa imkan verən normativ bazanın zəifliyidir.

Bundan başqa, zərərlə işləyən bankların sayı artıb. Məsələn, hər 7 bankdan biri ötən ili zərərlə başa vurub. Bank sistemi yeganə dövlət bankı olan Beynəlxalq Bankın inhisarındadır. Bu bank bütün parametrlər üzrə digər bankları geridə qoyur. Cəmi aktivlərin 44%-i, kredit portfelinin 47%-i Beynəlxalq Banka məxsusdur. O, bank sistemində hökmran mövqeyə malikdir. Bankın özəlləşdirilməsi ilə bağlı prezidentin fərmanı olsa da, hələ də həllini tapmayıb.

- Bankların sayının çoxluğu hansı problemlərə yol açır?

- Bu sualı cavablandırarkən bəzi faktları açıqlamaq yerinə düşərdi. Ötən il ölkə iqtisadiyyatına yatırılan kreditlərin həcmi 8,4 milyard manat təşkil edib ki, onun da 46,5%-i Beynəlxalq Bankın payına düşüb. Bir bank orta hesabla ildə 182,8 milyon manat, ayda isə 15,2 milyon manat həcmində kredit yatırıb. Beynəlxalq Bankın payını bu göstəricidən çıxdıqda, mənzərə daha acınacaqlı alınır. Məlum olur ki, kommersiya banklarının hər biri orta hesabla ildə 96 milyon manat, ayda isə 8 milyon manat həcmində kredit qoyub. Əmanətlərin həcmində də oxşar vəziyyətdir. Ölkə üzrə banklara yatırılmış 2,3 milyard manatlıq əmanətlərin 23%-i (536 milyon manat) Beynəlxalq Bankın payına düşür. Bu bankı nəzərə almasaq, deməli, bir bank orta hesabla ildə 40 milyon, ayda isə 3,3 milyon manat həcmində kredit cəlb edə bilib. Həm kreditlərin, həm də əmanətlərin həcmindən ilk 20 bankın payını çıxsaq, çox cüzi bir göstərici qalır.

Bu o deməkdir ki, ölkədə fəaliyyət göstərən bankların yarısı ölkədə ciddi bir iqtisadi rola malik deyil. Deməli, onlar ya birləşməli, ya da bank olmayan kredit təşkilatına çevrilməlidir. Bir sözlə, bank sisteminin analizi göstərir ki, Azərbaycanda bankların sayını 20-25-ə qədər azaltmaq məqsədəuyğundur. Yəni 2 dəfə...

Onu da deyim ki, hazırda dünyada bankların sayında azalma prosesi gedir. Xüsusilə də qlobal maliyyə böhranı bu prosesi daha da sürətləndirib. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə banklar digərinə və bir-biri ilə birləşməklə iriləşir. Kommersiya banklarının sayına görə ABŞ liderdir. Bu ölkədə 7 minə qədər bank fəaliyyət göstərir. Bankların sayına görə ikinci böyük dövlət Almaniyadır. Bankların sayına görə dünyada üçüncü böyük dövlət olan Rusiyada bankların çoxluğu üçün institusional zəmin olmayıb. SSRİ dövründə ölkədə cəmi 5 ixtisaslaşmış dövlət bankı fəaliyyət göstərib.

1988-ci ildən başlayaraq 90-cı illərin ortalarına qədər bankların sayı artaraq 3 minə yaxınlaşmışdı. Artıq 2010-cu ilə onları sayı azalaraq 1000-dən bir qədər artıq olub. Artıq Rusiya da bankların birləşdirilməsi işinə start verib.

Hesablamalara görə, 2010-cu il yanvarın 1-dən etibarən bankların kapitalına qoyulan minimal tələbin 90 milyon rubla (3 milyon dollar) qaldırılması 140 kredit təşkilatının lisenziyasının geri alınması ilə nəticələnə bilər. Çünki Mərkəzi Bankın məlumatına görə, məhz 140 bankın nizamnamə kapitalı 90 milyon rubldan azdır. Hazırda Rusiyada 1058 bank fəaliyyət göstərir. 2008-ci ildə 28, 2009-cu ildə 50 bank bağlanıb. Yerli ekspertlərin fikrincə, bu ölkədə bankların optimal sayı 200-300 olmalıdır.

- Azərbaycanda vəziyyət necədir?

- Azərbaycanda bankların sayı MDB-də Rusiya və Ukraynadan sonra üçüncüdür. Ölkədə əhalinin hər 100 min nəfərinə 0,5 bank düşür. Əhalinin hər 100 min nəfərinə düşən bankların sayına görə Azərbaycan MDB ölkələri arasında yalnız Tacikistandan, Rusiyadan və Ermənistandan geri qalır. Tacikistanda bu göstərici 5,7, Rusiya və Ermənistanda isə 0,7 təşkil edir. Empirik analizlər göstərir ki, bankların sayına bir çox amillər - tarixi, makroiqtisadi, institusional amillər təsir göstərir. Bura inflyasiya, adambaşına düşən ÜDM-in həcmi, bank sektorunun nisbi ölçüsü, ölkənin ərazi ölçüsü, əhalinin sayı və s. kimi amillər daxildir. Adambaşına düşən ÜDM-in həcmi artdıqca bank xidmətlərinə (pul köçürmələrinin həcmi artır, kreditlərə tələbat artır, depozit baza artır) tələbat da artır. Bank biznesinin cəlbediciliyi bazara yeni oyunçuların çıxmasını şərtləndirir ki, bu da bankların sayını artırır.

Bank sektorunun inkişaf səviyyəsini cəmi aktivlərin ÜDM-ə nisbəti ilə də ölçmək olar. Hesablamalara görə, iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrdə bank sektorunun cəmi aktivlərinin ÜDM-də payı 5 faizi ötmür.

Azərbaycanda 2009-cu ildə bank aktivlərinin ÜDM-də payı 34 faiz təşkil edib. Bu, Şərqi Avropa ölkələri göstəricilərindən (65-80 faiz) 2 dəfə azdır. Bu göstərici inkişaf etmiş ölkələrdə daha yüksəkdir. Fransada 280, Almaniyada 300, Britaniyada isə 400 faiz təşkil edir. Bank kreditlərinin ÜDM-də payı 24, əmanətlərin payı isə 7 faizdir. Bu göstəricilər orta Avropa göstəricisindən dəfələrlə aşağıdır.

Belə müqayisələrin siyahısını çoxaltmaq da olar. Reallıq ölkədə bankların sayını azaltmağı tələb edir. Məhz bu addımla maliyyə institutlarında yüksək kapitallaşmanı və maliyyə dayanıqlığını təmin etmək, bankların rəqabət qabiliyyətini artırmaq olar.

- Bankların sayının 2 dəfəyədək azaldılması bank sisteminə mənfi təsir etməz ki?

- Bankların yarıdan çoxu bazarda ciddi paya malik deyil və fəaliyyətləri dar çərçivə ilə məhdudlaşır. Onların bir hissəsi pul köçürmələri üzrə ixtisaslaşıb. Digərləri təsisçilərin və ya onlarla bağlı olan təşkilatların pul axınına xidmət edir. Mahiyyət etibarilə onlar korporativ xəzinədarlıq rolunu oynayırlar. Bu baxımdan bankların sayının azalması və kiçik bankların bir-biri ilə və ya digər iri banka birləşməsi bank sisteminin likvidliyinin artması və bank xidmətinin keyfiyyətinin yüksəlməsi üçün əsas olar. Çünki ümumi aktivlərdə cüzi paya malik olmalarına baxmayaraq, kiçik banklar ümumilikdə sektorun sabitliyinə təsir göstərir. Belə banklar məhdud müştəri qrupu ilə əməliyyatlarda yüksək konsentrasiyaya malikdir. Bu isə yüksək riskə gətirib çıxarır və kreditorlar və əmanətçilərin maraqlarına təhlükə yaradır. Kiçik banklarda aktivlərin, xüsusilə də kredit portfelinin zəif diversifikasiyası mövcuddur. Onların maliyyə və texnoloji resursları məhduddur, beynəlxalq maliyyə bazarlarına çıxış imkanları zəifdir. İri banklardan fərqli olaraq onlarda bank işinin müasir metodları və texnologiyaları çatışmır. Bütün bunlar kiçik bankları maliyyə sarsıntılarına qarşı həssas edir. Hətta paytaxtdan kənarda yerləşən istənilən kiçik bankın müflisləşməsi ümumilikdə bank sektoruna inamı itirir. Bu baxımdan bankların sayının ölkənin iqtisadi tələbatına uyğunlaşdırılması sektorun ümumilikdə maliyyə sabitliyini artırmağa imkan verər.

Yəqin ki, MB bankların sayını azaltmaqda mümkün 3 variantından ikisini seçəcək. Çünki zəif bankların müflisləşərək fəaliyyətini dayandırması əhalinin banklara olan kövrək etibarını birdəfəlik qıra bilər. Uzaq olmayan keçmişdə baş vermiş bank böhranı hökuməti ehtiyatlı olmağa vadar edir. Bu baxımdan Mərkəzi Bank bu variantın reallaşmasına imkan verməyəcək. Deməli, digər 2 variant - birləşmə və ya kredit təşkilatına çevrilmə bankların sayının azalmasının əsas mexanizmləri olacaq. Yüksək konsentrasiyanın qarşısını almaq üçünsə kiçik bankların bir-biri ilə birləşməsi və Beynəlxalq Bankın özəlləşdirilməsi vacibdir.

- Amma MB rəsmiləri öncə birləşmənin zəruriliyini vurğulasalar da, sonra prosesi zamanın öhdəsinə buraxdılar. Sizcə, bu addım nə dərəcədə əsaslandırılmış idi?

- Bilirsiniz, dünyada illərlə davam edən bankların azaldılması tendensiyası qlobal maliyyə böhranında bir az da sürətlənib. Ancaq bu azalma daha çox bankların bağlanması ilə fərqlənir. Məsələn, ABŞ-da 2009-cu ildə 140, 2010-cu ilin ilk aylarında isə 30-a qədər bank qlobal böhranın "qurban"ı olub. Avropada 1985-2005-ci illərdə bankların sayı 12670-dən 6400-ə düşüb. Yəni bu, dünyada gedən prosesdir və Azərbaycanın da ondan kənarda qalması mümkünsüzdür. Ən əsası, bunu ölkədə şərtləndirən amillər mövcuddur.

Bankların sayının azaldılması təbii yolla (birləşmə) və ya inzibati rıçaqlarla (normativlərin sərtləşdirilməsi, bank kapitalının minimal ölçüsü, lisenziyaya yenidən baxılması) həyata keçirilə bilər. Bir qayda olaraq bank işinə uyğun gəlməyən banklar bank olmayan kredit təşkilatlarına çevrilir. Yerdə qalan banklar iri kredit təşkilatlarının filiallarına çevrilir. İnkişaf etmiş ölkələrdə bir banka və əhalinin hər milyon nəfərinə düşən filialların sayı yüksəkdir.

Mən bu qənaətdəyəm ki, Mərkəzi Bank inzibati rıçaqlardan istifadə edərək bankların birləşmə prosesini sürətləndirməlidir. Əks halda, əhalinin banklara olan inamının itməsi və ya azalması gözləniləndir.

- Sayı azaltma bir tərəfdən bank sisteminin güclənməsinə xidmət edərsə, digər tərəfdən bu sistemi inhisarlaşma təhlükəsi ilə üzləşdirər... Belə bir mülahizə də var.

- Doğrudur. Çünki kiçik bankların sıradan çıxması, əvəzində 2-3 bankın daha da güclənməsi və hökmran mövqeyə çıxması gələcəkdə bank sistemində rəqabət qabiliyyətinin azalması və göstərilən xidmətin keyfiyyətinin aşağı düşməsi ilə sonuclana bilər. Bu baxımdan, birləşmə bank sektorunun ümumilikdə 2-3 adamın nəzarətinə keçməsi ilə yox, dayanıqlı və likvidli bank institutlarının formalaşması ilə nəticələnməlidir.

 
A.Əhmədova
06.11.2010
 
Tarix: 08 Noyabr 2010  |  Baxış sayı: 957




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV