Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Mənzillər məcburi sığortalanacaq
Rövşən Ağayev: «Indiki şəraitdə məcburi sığorta sisteminin tətbiqi insanlardan pul qoparmaq məqsədi güdür»

Maliyyə Nazirliyinin təşəbbüsü ilə Azərbaycanda mənzillərin məcburi sığortalanmasını nəzərdə tutan qanun layihəsi hazırlanıb. “Icbari sığorta haqqında” qanunun tətbiqindən sonra vətəndaşlar bütün daşınmaz əmlaklarını məcburi qaydada sığorta etdirməli olacaqlar. Bu zaman daşınmaz əmlak bütün aktual risklərdən sığortalanmalıdır. Azərbaycanda sığorta bazarının iflic vəziyyətdə olduğu, nəinki mənzil hətta avtomobillərin sığortalanması zamanı ortaya ciddi problemlərin çıxdığı bəllidir. Belə olan halda, daşınmaz əmlakın məcburi sığortası Azərbaycan vətəndaşları üçün nələr vəd edir?

Iqtisadçı Rövşən Ağayevin sözlərinə görə, sığorta bazarının inkişafı istənilən halda vətəndaşların xeyrinədir. Çünki bu, risklərdən, itkilərdən sığortalanmaq deməkdir. Amma problem  ondadır ki, Azərbaycanda məcburi sığorta üçün lazımi şərait yoxdur: “Bizdə sığorta bazarında və sığorta münasibətlərinin tənzimlənməsində ciddi problemlər var. Məsələn, avtomobillərin üçüncü şəxs qarşısında icbari sığortası on ildən artıqdır ki, həyata keçirilir. Amma bu zaman hansı problemlərin yaşandığına hər kəs şahiddir. Ikinci problem odur ki, Azərbaycanda normal sığorta bazarı yoxdur, sığorta şirkətləri ayrı-ayrı məmurların nəzarətindədir. Dövlət orqanlarını, özəl müəssisələri məcbur edirlər ki, əmlaklarını gedib həmin sığorta şirkətlərində sığortalatsınlar, vəsait də onlara çatsın. Rəqabətli sığorta bazarı olmayanda icbari sığorta sisteminin heç bir effekti olmur”.

Iqtisadçı hesab edir ki, ən böyük problemlərdən biri əmlaka görə sığorta haqqının alınması zamanı yaranır: “Tutalım kiminsə avtomobili qəza törədir və ya başqa bu kimi problem yaranır. Bu zaman sığorta haqqını almaq müşkülə çevrilir. Bu həm də onunla bağlıdır ki, qanunda sığorta edənlərlə sığorta olunanlar arasında münasibətlər dəqiq tənzimlənmir. Sığorta bazarının yaxşı işləməsi, insanların lazımi anda sığorta haqlarını ala bilməsi üçün ölkədə müstəqil məhkəmə hakimiyyəti olmalıdır. Şirkət sığorta haqqını ödəməkdən imtina edəndə vətəndaş arxayın olmalıdır ki, onun haqlarını bərpa edəcək obyektiv məhkəmələr var. Bütün bunlar olmadığı üçün hazırkı şəraitdə məcburi sığorta sistemi yalnız insanlardan pul qoparmaq məqsədi güdür”.


Gültəkin

“Azadlıq” qəzeti

7 noyabr 2010

Tarix: 08 Noyabr 2010  |  Baxış sayı: 1225




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV