Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Aran kəndlərinin su axtarışı...

“bp-Azərbaycan”ın tərəfdar olduğu şirkətlərlə birliklə neft kəmərinin keçdiyi ərazilərdə quraşdırdığı sutəmizləyici qurğular digər bölgələr üçün də nümunə ola bilər. Artıq ölkənin içməli su qıtlığının müşahidə olunduğu bölgələrdən bu qurğuların tikintisi, onun idarə edilməsi mexanizmlərinə maraq göstərilir. Belə ki, Mərkəzi Aran rayonlarından olan bələdiyyə qurumları və ictimai təşkilatlar bp-nin bu təcrübəsindən bəhrələnmək niyyətindədir.

Elə bu niyyətlə də bölgənin bir qrup nümayəndəsi bp və tərəfdaş şirkətlərin dəstəyi ilə Kürdəmir rayonunu ərazisində quraşdırdığı sutəmizləyici qurğulara baxış keçirib. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin və “Oxfam” təşkilatının ekspertlərinin iştirak etdiyi tanışlıq baxışına  “Aran” humanitar təşkilatının nümayəndələri də qatılıb. Səfərdə məqsəd bp şirkətinin maliyyə dəstəyi ilə yerli icma tərəfindən tikilmiş təmizləyici su qurğularının iş prinsipini öyrənmək və həmin təcrübənin Bərdə, Tərtər, Ağcabədi rayonlarında tətbiqi imkanlarının araşdırmaq olub.

Xatırladaq ki, bp və onun Bakı-Tbilisi-Ceyhan (BTC), Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları neft kəmərlərinin keçdiyi ərazilərdə bu tip qurğular quraşdırıb. Bu layihə BTC və CQBK tərəfindən onların İctimai Sərmayə Proqramı çərçivəsində 2005-ci ildə başlanmış “İçməli su təminatının yaxşılaşdırılması” (İSTY) adlı təşəbbüsün bir hissəsidir. “Ümid” Humanitar və Sosial Yardım Mərkəzi tərəfindən həyata keçirilən layihə çərçivəsində indiyədək 11 kənddə sutəmizləyici qurğu quraşdırılıb. Bu qurğuları səmərəli və şəffaf idarə etmək məqsədilə icma-bələdiyyəyə məxsus məhdud məsuliyyətli şirkətlər formasında idarəetmə strukturları yaradılıb.

“bp-Azərbaycan” şirkətinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Tamam Bayatlı deyir ki, İSTY-nin ümumi dəyəri 776.090 dollar (təxminən 695.592,5 min manat) təşkil edib və bu təşəbbüs Kürdəmir rayonunun Sığırlı, Karrar, Çöhranlı, Atakişili kənd, Karrar qəsəbə, Ucar rayonunun Bərgüşad, Güləbənd, Alpout və  Ağdaş rayonunun Orta Ləki, Qarabörk və Təzə Şilyar kənd əhalisini içməli su ilə təmin edir. Onun sözlərinə görə, iki mərhələdən ibarət layihənin birinci hissəsində 6, ikinci hissəsində isə 5 kənddə sutəmizləyici qurğular quraşdırılıb. Birinci mərhələdə (2005 iyun-2006 noyabr) 6 sutəmizləyici qurğuların tam şəkildə tikilməsinə ümumilikdə 251 160 dollar, ikinci mərhələdə isə (2007 yanvar-2009 mart) 524 930 dollar vəsait xərclənib.

“Çeşmə” necə quruldu?

Bp və tərəfdaşlarının maliyyə dəstəyi ilə “Ümid” Humanitar və Sosial Yardım Mərkəzi tərəfindən həyata keçirilən layihə çərçivəsində indiyədək quraşdırılmış 11 sutəmizləyici qurğunun 1-i Sığırlı kəndində yerləşir. Mərkəzi Aran rayonlarından olan bələdiyyə qurumları və ictimai təşkilatların nümayəndələri də görüşə Sığırlıdan başlayıb. Qurğunun idarə edilməsi məqsədilə yerli icmanın yaratdığı “Çeşmə” MMC-nin rəhbəri Fariz Şəmiyev əldə etdikləri təcrübədən danışarkən deyib ki, təmizləyici qurğu 2006-cı ildə tikilib. Onun sözlərinə görə, təxminən 11 aylıq dövrü əhatə edən layihənin ümumi dəyəri 39805 manat olub. Layihənin icrası zamanı bp-nin ayırdığı vəsaitdən başa yerli icma üzvlərindən də tiyinti üçün pul yığılıb. Üstəlik icma əmək və tikinti materialları şəklində də layihənin icrasına öz töhfələrini verib.

Ümumlikdə layihənin xərc istiqamətləri üzrə bölgü isə belədir:

- fəhlələrin əmək haqqı – 6.038 manat;
- nəqliyyat xərci – 369 manat;
- material xərci – 14.810 manat;
- su təmizləyici qurğunun alınması və quraşdırılması – 12.828 manat;
- icmanın töhfəsi (nəğd) – 2.250 manat;
- əmək və material – 3.510 manat.

Bundan başqa, qurğuların tam normal işləməsi üçün əlavə olaraq, 5000 dollar məbləğində xərc çəkilərək bəzi ehtiyat hissələri dəyişdirilib. Fariz Şəmiyev deyib ki, su təmizləmə qurğusunun yerləşdiyi məntəqənin mülkiyyət hüququ “Çeşmə” MMC-yə məxsusdur. Onun sözlərinə görə, məntəqə 2007-ci ildən fəaliyyət göstərir və MMC hər ay bələdiyyəyə 24 manat məbləğində vergi ödəyir. Qurğunun sutəmizləmə gücünə gəlincə, qurğu orta hesabla sutka ərzində 50 ton su təmizləyə bilir.

Xatırladaq ki, hazırda Sığırlıdakı sutəmizləyici qurunun yerləşdiyi ərazidə 3 hovuz var. Onlarda 2-nin hər birinin su tutumu 50 tondan çoxdur. Bundan başqa, qurğu üçün su ehtiyatının toplanması məqsədilə 45-50 ton tutuma malik daha bir hovuz da tikilib. Beton-karkas tipli üçüncü hovuzun tikintisi 5000 dollara başa gəlib. Hazırda bu hovuzda son tamamlanma işləri aparılır və yaxın vaxtlarda onun da istifadəyə veriləcəyi gözlənilir.

Suvarma suyunu içməli suya çevirə qurğu

Fariz Şəmiyev deyir ki, sutəmizləyici məntəqədə əlavə olaraq, 4 ton tutumu olan su çəni də quraşdırılıb. Onun sözlərinə görə, 1 ton suyun təmizlənməsinin maya dəyəri 1,5 manata başa gəlir. Həmsöhbətimiz qurğunun işləmə mexanizmindən danışarkən bildirir ki, qurğu üçün əsas su mənbəyi suvarma kanaldır. Belə ki, su xüsusi boru vasitəsilə kanaldan götürülür, suvarma suyu əvvəlcə hovuzlardan birinə toplanaraq orada çökdürülür. Bundan sonra çökdürülmüş su boru vasitəsilə bir neçə metr aralıda yerləşən başqa anbara axıdılır. Buradan isə çökdürülmüş su əvvəlcə təmizləyici qurğuya, oradan təmizlənmiş su üçün nəzərdə tutulan çənə tökülür. Onun sözlərinə görə, suvarma sudan istifadəyə görə Meliorasiya və Su Təsərrüfatı Komitəsinə suyun hər 1000 kubmetri üçün 1 manat ödənilir. Ancaq 2010-cu ilin əvvəlindən başlayaraq bu məbləğ 5 manatadək qaldırılıb.

Yeri gəlmişkən, məntəqə qış mövsümündə ayda 300-400 ton, yayda isə 600-700 ton su satır. Təxminən 4 ton tutumu olan su maşınları əhaliyə xidmət göstərir. Bir maşın suyun əhali üçün topdan satış qiyməti isə 5 manatdır. Lakin icma bəzi ailələrin içməli su təminatını pulsuz ödəmək üçün müəyyən güzəştlər də tətbiq edir. Belə ki, imkansız ailələr, şəhid ailələri və güzəşt qrupuna daxil olan digərlərinə adambaşına gündəlik 10 litr olmaqla pulsuz su verilir. Həmin normativdən artıq istifadə edilən su üçün güzəştli ailələr tərəfindən eyni qaydada pul ödənilir.

Bununla belə, bəzi hallarda ayrı-ayrı şəxslər özlərinə məxsus su maşınları ilə buradan aldığı suyu əhaliyə 15 manata satır. Fariz Şəmiyev deyir ki, “Çeşmə” MMC-nin özünün 5,4 ton su tutumu olan maşını var. Həmin maşınla əhaliyə xidmət göstərən sürücü isə əməkhaqqını “Çeşmə” MMC-dən alır. Xatırladaq ki, hazırda Sığırlı kəndində 6500 nəfərə yaxın əhali yaşayır. Bu kənddəki ailələrin sayı isə təxminən 1300-1500-dür.

Rüblük analizlərə 30 manat

Bu qurğular vasitəsilə əhaliyə verilən içməli suyun təmizliyinə gəlincə, “Çeşmə” MMC bu məsələyə çox ciddi yanaşır. Belə ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi hər üç aydan bir bu qurğularda sanitar yoxlamalar aparır. Həmin yoxlamalarda suyun iyi, rəngi, dadı, bulanıqlığı və digər fiziki-kimyəvi göstəriciləri araşdırılır və analizin nəticələri həm bp-yə, həm də icmaya təqdim olunur. Təmizlənmiş suyun nümunəsi Səhiyyə Nazirliyinin Epidemiologiya və Gigiyena Mərkəzinin laboratoriyasında kimyəvi və bakterioloji analizdən keçdikdən sonra isə “Çeşmə” MMC müayinəni aparan quruma 30 manat ödəyir.  

“Bulaq AC”-nin xərc payı: bp 27000, icma 5000 manat

Elə Kürdəmir rayonunun Çöhranlı kəndinin içməli su tələbatını ödəməyi qarşısına məqsəd qoyan “Bulaq AC” MMC-nin rəhbəri Rauf Hacıyev də bu fikirdədir. Onun sözlərinə görə, Şirvan kanalından qidalanan su təmizləyici qurğu 2008-ci ildə tikilib və layihənin ümumi dəyəri 32000 manat olub. Vəsaitin 27000 manatı bp şirkəti, 5000 manatı isə icma tərəfindən qoyulub.

Hazırda qurğu sutkada 50 ton su təmizləyə bilir. Məntəqənin ərazisindəki 2 hovuzun hər birinin tutumu isə 20 tondur. Məntəqədə əlavə olaraq, 4 tonluq su çəni mövcuddur.  Sığırlıda olduğu kimi, burada da 1 ton suyun təmizlənməsinin maya dəyəri 1,5 manata başa gəlir. Həmçinin “Bulaq AC” MMC-nin də təmizlədiyi su  hər 3 aydan bir Səhiyyə Nazirliyinin Epidemiologiya və Gigiyena Mərkəzinin laboratoriyasında kimyəvi və bakterioloji analizdən keçir. Bir analizin dəyəri 30 manatdır. Şirvan suvarma kanalından götürülən sudan istifadəyə görə “Bulaq AC” MMC Meliorasiya və Su Təsərrüfatı Komitəsinə ildə 20 manat ödəyir.

Hər ay təxminən 3-4 ton həcmində su satdıqlarını deyən Rauf Hacıyevin sözlərinə görə, onlar təmizlədikləri suyu əsasən, pərakəndə satılır. Hər 20 litr suyun əhaliyə satış qiyməti 40 qəpikdir. Müsahibimiz söyləyir ki, Çöhranlı kəndində 1200 nəfər yaşayır və ev təsərrüfatlarının sayı 220 nəfərdir.

“Bulaq AC” MMC-nin rəhbəri bp və onun tərəfdarlarının maliyyə dəstəyi ilə tikilən qurğuları daha üstün hesab edir. Onun sözlərinə görə, bu qurğuların tikintisinə xərclənən vəsaitlərin bir hissəsinə yerli əhalidən yığılan ianələr və natura şəklində əmək də aiddir. Rauf Hacıyevin fikrincə, ümumilikdə bu qurğuların texniki avadanlıqlarla tam təchiz edilərək işlək vəziyyətə gətirilməsinə orta hesabla 75-80 min dollar sərf olunub, yerdə qalan vəsait isə əhalinin su ilə təminatını ödəmək üçün alınan nəqliyyat vasitələrinə, su qablarına və digər köməkçi vasitələrə xərclənib.

Yeri gəlmişkən, qurğular suyu birbaşa kanallardan yox, xüsusi hovuzlardan götürür. Belə ki, bu qurğuların ərazisində hər biri 40 ton su tutumu olan 2 hovuz da tikilib. Kanaldan gələn su həmin hovuzlara yığılır, orada suyun içərisindəki tullantılar çökdürülür və nisbətən durulmuş su təmizləyici qurğuya ötürülür. Bu isə suyun daha yaxşı təmizlənməsinə və qurğuların uzunömürlü olmasına imkan verir. Dövlətin vəsaiti hesabına tikilən qurğularda isə əlavə hovuzlar tikilmədiyindən qurğular suyu birbaşa kanaldan götürür. Elə ona görə də “Bulaq AC” MMC-nin rəhbəri hesab edir ki, bp-nin quraşdırdığı sutəmizləyici qurğulardan verilən su daha keyfiyyətlidir.

Xatırladaq ki, Kürdəmirdə sutəmizləyici qurğulara baxışdan sonra İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi, “Aran” humanitar təşkilatı və “Oxfam”ın ekspertləri bu təcrübənin Bərdə, Tərtər və Ağcabədi rayonlarının sudan korluq çəkən kəndlərində tətbiqinə dair birgə layihələrin hazırlanması barədə razılığa gəlib. Ekspertlərin fikrincə, bu qurğular digər su mənbələri ilə müqayisədə daha effektiv fəaliyyət göstərir. Bunun başlıca səbəbi isə həmin qurğuların idarəçiliyində, işin təşkilində yerli icmanın yaxından iştirak etməsidir. Belə ki, dövlət və bələdiyyə qurumlarından fərqli olaraq, yerli icmalar mövcud imkanlardan daha səmərəli və effektiv istifadə etməkdə daha maraqlıdır. Bu səbəbdən də bp-nin təcrübəsinin susuzluqdan əziyyət çəkən kəndlərdə tətbiqi həmin bölgələr üçün vacib hesab olunur.

Modern.az

 
Tarix: 11 Noyabr 2010  |  Baxış sayı: 1255




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV