Rusiyanın valyuta ehtiyatı 6 gündə 6 milyard dollar artıb
11 sentyabr 2009-cu il tarixinə Rusiyanın beynəlxalq ehtiyatlarının həcmi artaraq 410,9 milyard dollara çatıb. Halbuki cəmisi bir həftə öncə bu rəqəm 404,9 milyard olub. Bu barədə “İqtisadi forum” jurnalı Rusiyanın Mərkəzi Bankına istinadən xəbər verir.
Bununla da Rusiyanın Mərkəzi Bankının qızıl-valyuta ehtiyatı son bir həftə ərzində 6 milyard dollar artıb.