Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


www.budget.az resurs saytının təqdimatı keçirildi

Azər Mehtiyev: “Bu gün biz göstərdik ki, büdcə məlumatlarını ictimaiyyətə açıqlamaq ciddi problem deyil

“Büdcə şəffaflığının və büdcə proseslərində ictimai iştirakçılığın təmin edilməsi məhz informasiyaların istənilən vaxt və operativ əldə edildiyi şəraitdə mümkündür. Bu isə ilk növbədə büdcə məlumatlarına əlçatanlığın effektiv mexanizmlərinin formalaşdırılmasını tələb edir.” “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev www.budget.az  resurs saytının təqdimatı ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Jurnalın məlumatına görə, dekabrın 2-də Avropa otelinin Kür zalında Milli Büdcə Ofisi vətəndaş cəmiyyəti və xarici təşkilatların iştirakı ilə www.budget.az  resurs saytının təqdimatı keçirib.

Milli Büdcə Ofisinin (MBO) meneceri Rəna Rzayeva çıxışında MBO-nun haqqında qısa məlumat verib: “Milli Büdcə Ofisi Milli Büdcə Qrupunun (MBQ) təşəbbüsüdür və əsaslı iqtisadi tədqiqat və siyasi təkliflər vasitəsilə Azərbaycanın iqtisadiyyatına, milli büdcə prosesinin keyfiyyətinin artırılmasına və inkişafına dəstək olmaq məqsədini daşıyır. 2006-cı ildən bu günə qədər MBQ ölkədə iqtisadiyyat sahəsində aparıcı ekspertlərin işindən bəhrələnmişdir və Azərbaycan hökumətinin büdcə layihələrinə və onların icrasına müstəqil rəy irəli sürən yeganə təşkilatdir. MBQ bir sıra analitik məhsul, o cümlədən iqtisadiyyatın müxtəlif sahələrinə aid məqalələr, makro-iqtisadi qiymətləndirmələr, təhlili və informativ hesabatlar və siyasət təkliflərinin müəllifidir.”

Sonra R.Rzayeva qeyd etdi ki, Azərbaycanın dövlət büdcəsi ilbəil artır, büdcə ilə bağlı tədqiqatlar, xəbərlər, tədbirlər də müvafiq olaraq, çoxalır və zənginləşir. Bu şəraitdə dövlət büdcəsinin formalaşdırılmasına, xərclənməsinə və onunla bağlı məlumatların əlçatanlığı və şəffaflığına diqqət də artır. MBQ neçə illik fəaliyyətində də bu istiqamətlər üzrə iş aparır və bu məqsədlə dövlət büdcəsi ilə maraqlananlar üçün vahid resurs bazası olan www.budget.az saytını hazırlayıb. R.Rzayeva www.budget.az resurs saytının geniş auditoriya: peşəkar iqtisadçı və tədqiqatçılar, jurnalistlər, müvafiq donor institutlarının əməkdaşları və vətəndaş cəmiyyətinin nümayəndələri üçün faydalı olacağına ümidvar olduğunu bildirdi.

Sonra söz təqdimat üçün saytı hazırlayan İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin nümayəndələrinə verildi. Birliyin sədri Azər Mehtiyev layihə barədə məlumat verərək bildirdi ki, layihənin məqsədi büdcə məlumatlarının elektronlaşdırılması vasitəsilə geniş ictimaiyyətin, həmçinin bütün maraqlı tərəflərin, media, QHT-lər, siyasi institutlar, biznes qurumları və s. büdcə məlumatlarına əlsatanlığının artırılmasıdır.   

Onun sözlərinə görə, layihə 2 mərhələdə həyata keçirilib.Əvvəlcə elektron büdcə kitabxanasının yaradılması çərçivəsində büdcə məlumat bazası yaradılıb. Sonra isə büdcə məlumatlarının özündə əks etdirəcək sayt yaradılıb. O, qeyd etdi ki, dövlət qurumları büdcə məlumatlarının çapının fiziki baxımdan mümkün olmadığını bəhanə gətirərək büdcə zərfini ictimaiyyətdə gizlətməyə çalışırlar. Bu gün isə biz göstərdik ki, bu məlumatları ictimaiyyətə açıqlamaq ciddi problem deyil.

Büdcə şəffaflığını problemlərinə toxunan sədr bildirdi ki, büdcə şəffaflığının və büdcə proseslərində ictimai iştirakçılığın təmin edilməsi məhz informasiyaların istənilən vaxt və operativ əldə edildiyi şəraitdə mümkündür. Bu isə ilk növbədə büdcə məlumatlarına əlçatanlığın effektiv mexanizmlərinin formalaşdırılmasını tələb edir. «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası qanununun 31-ci maddəsində də qeyd olunur ki, informasiya sahibi ictimai informasiyanı elə üsulla açıqlamalıdır ki, bu informasiya ehtiyacı olan hər kəsə mümkün qədər tez çatsın. Hazırkı şəraitdə belə mexanizmlərin ən işlək forması büdcə informasiyalarının elektronlaşdırlımasıdır.

Saytın təqdimatı üçün söz  İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevə verildi. Onun sözlərinə görə, hazırda Azərbaycanda büdcə informasiyalarına ictimaiyyətin çıxışı sahəsində son dərəcə ciddi problemlər mövcuddur. Halbuki «İnformasiya əldə etmək haqqında» Qanunun 29-cu maddəsinə əsasən büdcə proqnozları və büdcənin icrasına dair məlumatlar ictimaiyyət üçün açıq olmalıdır. Bununla belə, hazırda qüvvədə olan «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası qanununun 14-cü maddəsi geniş ictimaiyyətin müfəssəl büdcə məlumatlarına çıxış imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Belə ki, həmin maddə növbəti büdcə ili üzrə budcə layihəsilə birgə xərclərin iqtisadi və təşkilati təsnifatını özündə əks etdirən ətraflı sənədin, büdcədənkənar əməliyyatlara dair məlumatların, büdcədən maliyyələşən investisiya layihələrinin siyahısını və həmin siyahılar üzrə xərclərin məbləğinin mətbuatda dərcinə lüzum görmür.

Ekspertə görə,səlahiyyətli dövlət qurumları budcə məlumatlarına əlçatanlığın təmin olunması sahəsindəki mövcud problemləri büdcə sənədlərinin bir neçə yüz səhifədən ibarət olması və yüzlərlə səhifədən ibarət məlumat toplusunun mətbuatdan dərcinin fiziki mümkünsüzlüyü ilə izah edirlər. Buna görə də bizim təşkilat informasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə büdcə məlumatlarının internet şəbəkəsində yerləşdirilməsi imkanlarında istifadə etmək şansından yararlandı.

Ekspertə görə,  www.budget.az saytı 2 hissədə ibarətdir: büdcəyə dair ümumi məlumatlar və büdcə məlumat bazası. Birinci hissədə Azərbaycan dövlət büdcəsi və onunla bağlı ən mühüm məlumatlar, əsas büdcə terminləri, dövlət büdcəsinin illər üzrə göstəriciləri, büdcədənkənar fondlar və onların büdcələri, dövlətin xarici borcu, büdcəyə dair tədqiqatlar və nəşrlər, hesabatlar, statistik məlumatlar, və s. əksini tapıb. Saytda habelə investisiya layihələri və büdcə qanunvericiliyi yerləşdirilib.

Büdcə məlumat bazasında isə 2004-2011-ci illərdə dövlət büdcəsi xərclərinin funksional, təşkilati və iqtisadi təsnifatı yerləşdirilib. Bu məlumatlara çıxış pulsuzdur. Hər bir şəxs sərbəst olaraq bazadan istidafə edə bilər.

Ekspert sonda onu da bildirdi ki, bu unikaldır: “www.budget.az saytı tipli portallar bir sıra ölkələrdə, o cümlədən qonşu Rusiya və Qazaxıstanda mövcuddur. Ancaq xərclərini iqtisadi, funksional və iqtisadi təsnifatını özündə əks etdirən, investisiya layihələrinin siyahısının tam dərc olunduğu ikinci belə sayta hələki rast gəlinməyib”.

Çıxışçılardan iqtisadçı Zöhrab İsmayıl, sabiq millət vəkili Nazim Məmmədov, Asiya İnkişaf Bankının təmsilçisi saytla bağlı arzu və təkliflərini iştirakçıların diqqətinə çatdırdılar.

Tarix: 02 Dekabr 2010  |  Baxış sayı: 1054




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV