Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Ukraynada bir sıra vergilərin dərəcələri azaldılır
Gələn ildən yeni Vergi Məcəlləsi qüvvəyə minir

Ukrayna prezidenti Viktor Yanukoviç yeni Vergi Məcəlləsini təsdiq edib. 2011-ci ilin yanvar ayının 1-dən etibarən ölkə əhalisi yeni vergi ödəyəcəklər. “İqtisadi forum” jurnalının Prezidentin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yeni Məcəllə dövlət və yerli vergi və rüsumları tənzimləyir.

Qanuna görə, hüquqi şəxslərin mənfəət vergisi 4 il ərzində mərhələli şəkildə 25%-dən 16%-ə endiriləcək. Belə ki, 2011-ci ildə 25%-dən 23%-ə, 2012-ci ildə 21%-ə, 2013-cü ildə 19%ə, 2014-cü ildə 16%-ə endiriləcək.

Yüngül sənaye, gəmiqayırma, aviasiya sənayesi, mehmanxana biznesi 10 il müddətində mənfəət vergisindən azad olunur.

Məcəllə eyni zamanda əlavə dəyər vergisinin dərəcəsinin 20%-dən 17%-ə qədər azaldılmasını və ƏDV-nin avtomatik tətbiqini nəzərdə tutur. 2011-ci il yanvarın 1-dən 31 dekabr 2013-cü ilə kimi ƏDV-nin dərəcəsi 20%, 2014-cü ildən etibarən 17% tutulacaq.

Fiziki şəxslərin gəlirləri iki dərəcə ilə vergiyə cəlb ediləcək. Aylıq gəlirləri minimum əmək haqqını 10 mislinə kimi olan təşkil edən gəlirlərdən 15%, 10 mislindən çox olan gəlirlərdən isə 17%-lə vergi tutulacaq.
 
Məcəllə həmçinin fiziki şəxslərin bank depozitlərindən əldə etdikləri gəlirlərin vergiyə cəlb edilməsini nəzərdə tutur. 2015-ci ildən etibarən belə gəlirlərdən 5% həddində vergi tutulacaq.

Məcəllədə 2012-ci ildən əmlak vergisinin tətbiqi nəzərdə tutulur. Sahəsi 120 kvadratmetrə qədər olan mənzillər, 250 kvadratmetrə qədər olan evlər bu vergidən azad olunurlar. Vergi öhdəliklərinin hesablanması zamanı vergi bazası mənzillər üçün 120 kv.m., evlər üçün 250 kv.m. azaldılır. 
Tarix: 06 Dekabr 2010  |  Baxış sayı: 966




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV