Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Kredit faizlərinin yüksək olmasına hansı amillər təsir edir?

Media və İctimai Təşəbbüslər Mərkəzi bununla bağlı tədqiqat aparacaq

Media və İctimai Təşəbbüslər Mərkəzi Açıq Cəmiyyət İnstitutunun maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində dekabr ayından etibarən kredit bazarını təhlil edəcək. Mərkəzin rəhbəri Samir Əliyevin “İqtisadi forum” jurnalına verdiyi məlumata görə, tədqiqat çərçivəsində Azərbaycan banklarında kredit faizlərinin yüksək olmasına təsir edən amilləri qiymətləndirəcək.

Onun sözlərinə görə, tədqiqatdan öncə təşkilatın ekspertləri tərəfindən kredit bazarında ilkin araşdırmalar aparılıb. “Artıq uzun müddətdir dövrü mətbuatda iqtisadçılar kredit faizlərinin yüksək olması ilə bağlı həyacan təbili çalırlar. Aparılmış sorğular, ictimai müzakirələr, beynəlxalq maliyyə institutlarının (Moody`s, Fitch) hesabatları bu fikri təsdiq edir. Ölkənin əsas bankı olan Mərkəzi Bankın rəsmiləri kredit faizlərinin yüksək olduğunu etiraf edirlər. Bunun zərbəsi, ilk növbədə kredit götürənə dəyir və yekunda bank sistemi təhlükə ilə qarşılaşır və ölkə iqtisadi aktivlik aşağı düşür”, - deyə S.Əliyev bildirir. 

Onun sözlərinə görə, hazırda Azərbaycanda bank kreditlərinin orta faiz dərəcəsi milli valyutada 14%, xarici valyutada isə 17% təşkil edir. Biznes kreditləri 20-25%, istehlak kreditləri isə 20-30% civarındadır. Bəzi hallarda istehlak kreditlərinin faiz dərəcələri 36%-ə çatır. Xarici ölkələrin bank sisteminin təhlili ölkədəki faiz dərəcələrinin yüksək olduğunu sübut edir. Məsələn, Avropa Birliyi ölkələrində istehlak krediti orta hesabla 7-8%-ə verilir. Almaniya, Lüksemburq, Finlandiya, Belçika və Fransada dərəcələr müddətində asılı olaraq 2-7% təşkil edir. ABŞ-da bu göstərici 5%-dən çox deyil.

Mərkəzin sədrinə görə, tədqiqatın aparılması çərçivəsində Azərbaycanın maliyyə bazarında kredit faizlərinin yüksək olmasını şərtləndirən amillərin müəyyən ediləcək, bu amillərin təsir dərəcəsinə görə ranqlaşdırılacaq və hər bir amil üzrə faiz dərəcələrinin aşağı salınması istiqamətində siyasət təklifləri hazırlanaraq qərar qəbul edən şəxslərə çatdırılacaq. Tədqiqat zamanı habelə bir sıra ölkələrdə faiz dərəcələrinin təsiri və kredit faizlərinin aşağı salınmasına gətirib çıxarmış uğurlu təcrübələr öyrəniləcək və həmin ölkələrin qanunvericiliyi araşdırılacaq.

 
Tarix: 06 Dekabr 2010  |  Baxış sayı: 986




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV