Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


“Bələdiyyələrə səlahiyyət vermək vaxtıdır”
BINA bələdiyyələrin birləşdirilməsində mövcud olmuş problemləri tədqiq edib
 
“Biz daim vurğulayırdıq ki, bələdiyyələr birləşdikdən sonra onların səlahiyyətlərinin artırılmalı və maliyyə imkanları genişləndirilməlidir. Əks halda bələdiyyələrin problemləri daha da dərinləşəcək. Ancaq təəssüf ki, islahatların davamı baş vermədi. İndi bələdiyyələrin problemləri birə-beş artıb. Çünki 3-4 bələdiyyənin birləşməsi eyni zamanda həmin bələdiyyələrdə mövcud olmuş problemlərin birləşməsi deməkdir”. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə bələdiyyələrin birləşməsinə həsr olunmuş dəyirmi masada İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev çıxışı zamanı bildirib.
 

“İqtisadi forum” jurnalının məlumatına görə, dekabrın 10-da Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansının (BİNA) təşkilatçılığı ilə “Bələdiyyələrin birləşdirilməsi onların inkişafına nə verdi?” mövzusunda dəyirmi masa keçirib.

Tədbiri giriş sözü ilə açan “Bələdiyyələrin inkişafı naminə” QHT Alyansının koordinatoru Abil Bayramov Alyansın 2010-cu ildə gördüyü işlər barədə qısa məlumat verib. O qeyd edib ki, BİNA hər il Azərbaycanda yerli özünüidarənin mövcud vəziyyəti ilə bağlı rəy hazırlayır və yerli və beynəlxalq təşkilatlara yayır. Bundan başqa bələdiyyələrin müxtəlif problemlərinə dair siyasət sənədləri və tədqiqatlar işləyərək hökumətə tövsiyələr təqdim edir, hazırladığı təkliflərin vəkillik kampaniyasını aparır. Bu müddətdə müxtəlif tipli ictimai müzakirələr, fokus qruplarla görüşlər, TV verilişlər, media kampaniyası və s. təşkil edilib. Onun sözlərinə görə, Alyans yola salmaqda olduğumuz ildə müxtəlif mövzularda siyasət sənədləri və tədqiqatlar işləyib. Bunlardan biri də bələdiyyələrin birləşmədən sonrakı vəziyyətinin tədqiqidir. A.Bayramov iştirakçıların diqqətinə çatdırdı ki, 2009-cu ildə ölkədə bələdiyyələrin birləşdirilməsi prosesi baş verdi və onların sayı azaldıldı. BİNA bələdiyyələrin  böyüdülməsi istiqamətində həyata keçirilən islahatı dəstəkləməklə bu prosesi yerli özünüidarənin inkişafı üçün vacib addımlardan hesab edir. Koordinatora görə, elə bu məqsədlə birləşmə prosesinin bələdiyyələrin fəaliyyətində hansı təsir göstərdiyini araşdırmaq qərarına gəlinib.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bələdiyyələrin birləşməsi prosesində və sonradan ortaya çıxan problemlər barədə təqdimat etdi. Onun sözlərinə görə, birləşmənin bələdiyyələrin fəaliyyətinə tam təsirindən danışmaq hələ tezdir. Çünki birləşmənin effektivliyinə ilkin qiymət vermək üçün ən azı bir maliyyə ili başa çatmalıdır. “Bilirsiniz ki, yerli büdcələrin maliyyə ili dekabrın 31-də başa çatır. Bələdiyyə büdcələrindəki mədaxil və məxarici təhlil etmək üçün 2010-cu ilin maliyyə ilinin başa çatmasını gözləməliyik. Ancaq bu halda 2010-cu ilin maliyyə göstəricilərini 2009-cu illə müqayisə etmək və maliyyə imkanlarındakı dəyişikliklər barədə fikir yürütmək olar.”, -deyən ekspertə görə, tədqiqat əsasən birləşmə prosesinə və birləşmədən sonra ortaya çıxan problemlərin aşkar olunmasına və onların həlli istiqamətində təkliflərin verilməsinə yönəldilib.

Bələdiyyələrin birləşdirilməsinin onların inkişafında aparılacaq islahatların başlanğıcı olmalı olduğunu bildirən ekspertə görə, proses bununla bitməməlidir. “Biz daim vurğulayırdıq ki, bələdiyyələr birləşdikdən sonra onların səlahiyyətlərinin artırılmalı və maliyyə imkanları genişləndirilməlidir. Əks halda bələdiyyələrin problemləri daha da dərinləşəcək. Ancaq təəssüf ki, islahatların davamı baş vermədi. İndi bələdiyyələrin problemləri birə-beş artıb. Çünki 3-4 bələdiyyənin birləşməsi eyni zamanda həmin bələdiyyələrdə mövcud olmuş problemlərin birləşməsi deməkdir. Üstəgəl nəzərə alaq ki, hətta vergi yığımı 100% icra olunsa belə bələdiyyə büdcələrinin indiki səviyyəsi onun normal fəaliyyətinə imkan vermir. Bələdiyyələr birləşib amma onlara verilən dotasiyaların həcmində artım yoxdur. Əgər əvvəl hər bir bələdiyyə orta hesabla 1000 manat məbləğində dotasiya alırdısa, böyüdülmədən sonra 3-4 bələdiyyəni özündə birləşdiyi bələdiyyə də 1000 manat həcmində dotasiya alır. Dövlət büdcəsində maliyyə yardımlarının artırılması mexanizmləri təkmilləşdirilməlidir. Bu baxımdan hökumət səlahiyyətlərin artırılması istiqamətində konkret tədbirlər görməlidirlər. Artıq bələdiyyələrə səlahiyyət vermək vaxtıdır. ”  - deyə ekspert bildirib.

Birləşmə prosesinə toxunan çıxışçıya görə, Azərbaycanda yerli özünüidarə institutu yaradılanda bələdiyyələrin sayı 2667 olub. Fəaliyyətlərinin 10 ili ərzində bu orqanların sayı artaraq 2008-ci ildə 2757-yə çatmışdı. Azərbaycanda yerli özünüidarə orqanlarının sayının çoxluğu, ölçülərinin kiçikliyi lə bağlı vətəndaş cəmiyyəti üzvləri tərəfindən aparılmış vəkillik kampaniyasının nəticəsi olaraq hökumət 2009-cu ildə bələdiyyələrin böyüdülməsi istiqamətində konkret addım atıb. Bələdiyyələrin birləşdirilməsində hökumət əvvəlcə könüllülük prinsipinə üstünlük versə də bu mexanizmin işləməməsi səbəbindən sonradan inzibati üsullardan istifadə etməli olub.

Bələdiyyə orqanlarına verilən qeyri-rəsmi tapşırıqlar nəticəsində bələdiyyə orqanları “könüllü” yığıncaqlar keçirtdilər və birləşməyə qərar verdilər. Bundan sonra əvvəlcə onların sayı 2757-dən 1762-ə qədər azaldıldı. Daha sonra bu prosesə Naxçıvan Muxtar Respublikası da qoşuldu. Bu birləşmə nəticəsində Naxçıvan MR-də bələdiyyələrin ümumi sayı 215-dən 171-ə qədər azaldı. Ümumilikdə ölkə üzrə aparılan birləşmə tədbirləri nəticəsində yerli özünüidarə qurumlarının sayı 2757-dən 1718-ə qədər azaldıldı. Bu proses nəticəsində 1044 bələdiyyə ixtisar olunub, 5-i isə yaradılıb. Bu isə son nəticədə 1039 və ya 38% bələdiyyənin azalması deməkdir.

Sonra ekspert diqqəti problemlərə yönəltdi. S.Əliyevə görə, hökumət birləşdirməni “1 inzibati ərazi vahidi – 1 bələdiyyə” prinsipi ilə həyata keçirtsəydi yaxşı olardı. Düzdür birləşmə inzibati ərazi vahidliyi əsasında aparılıb. Ancaq hələ də bəzi inzibati ərazi vahidliklərində bir neçə bələdiyyənin qalması müşahidə edilir. Hətta bir bələdiyyə ərazisində 2 inzibati ərazi vahidliyinin olması faktları da var. Digər problem birləşmə zamanı təmsilçiliyin nəzərə alınmamasıdır. “Bu gün 3-4 bələdiyyənin birləşməsi halları mövcuddur. Ancaq yeni seçilmiş bələdiyyə üzvləri arasında bütün yaşayış məntəqəsini təmsil etmiş şəxslər yoxdur. Bu isə müəyyən problemlər yaradır, əhali ilə bələdiyyə arasında münaqişəyə əsas olur. Əhali görəndə ki, onun kəndini və ya bələdiyyəsini təmsil edən şəxs birləşmiş bələdiyyədə təmsil olunur onun bu quruma etibarı da yüksək olar. Bu məsələ həllini tapmasa gələcəkdə problemlərin ortaya çıxması labüddür”, - deyə ekspert bildirib. Ekspert digər problemlər qismində bələdiyyə qurumunun yaradılması üçün əhali sayının aşağı həddinə məhdudiyyətin qoyulmaması və əhali sayının yuxarı həddinə məhdudiyyətin olmasıdır.

S.Əliyev qeyd etdi ki, bir sıra bələdiyyələr cari ilin birinci rübündə maliyyə əməliyyatları apara bilməyiblər, işçilərinə əmək haqqı verə bilməyiblər. Səbəb də birləşmiş bələdiyyələrin nizamnamələrinin təsdiqinin ləngidilməsi olub. Ekspertə görə, büdcə gəlirlərində, o cümlədən vergi daxilolmalarında müəyyən artım müşahidə edilir. “Ancaq bu artımın konkret olaraq birləşmə ilə bağlı olduğunu söyləmək hələki tezdir. Bunun üçün maliyyə ilinin yekunlaşmasını gözləmək lazımdır” – deyə ekspert dövlətin bu sahədə konkret addım atmalı olduğunu bildirib.

Dəyirmi masa iştirakçıları tədqiqat ətrafında müzakirə aparıblar.

Tarix: 10 Dekabr 2010  |  Baxış sayı: 1000




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV