Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Ekspert “kiçik hökumət” modeli təklif edir

“Azərbaycan kimi kiçik və unitar ölkədə böyük həcmli məmur aparatının saxlanması qətiyyən effektli sayıla bilməz. Hökumətin böyük olması koordinasiyanın effektivliyini, onun çevikliyini aşağı salır”. "İqtisadi forum" jurnalının məlumatına görə,  İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayev “Media forum”a açıqlamasında bildirib ki, “kiçik hökumət” modeli həm qərar qəbulunda çevikliyin artırılması, həm də dövlətin xərc yükünün yüngülləşdirilməsi baxımından olduqca vacibdir.

Ukrayna prezidenti Viktor Yanukoviç dekabrın 9-u hökumətdə struktur dəyişikliyi aparıb. Prezident fərmanı ilə 112 mərkəzi icra orqanından 63-ü qalıb, nazirliklərin sayı isə 20-dən 16-ya endirilib. Prezident Nazirlər Kabinetinə ciddi ixtisarlar aparmaq, hökumətin tərkibini 26 nəfərdən 17-yə endirməyi, işçilərin sayını isə iki dəfə azaltmaq tövsiyəsi verib.

Azərbaycanda hökumət strukturunun daha effektli və mobil olması üçün hansı addımları atmaq lazımdır? Bu istiqamətbə hansı problemlər var?

Ekspert bildirir ki, Azərbaycan reallığında əksər hallarda dövlət qurumlarının funksiya və səlahiyyətləri konkret şəxslərə uyğunlaşdırılır: “Məsələn, son illər Azərbaycanda hansısa hökumət qurumu yaradılmazdan öncə onun rəhbərinin kim olacağı müəyyənləşir, təyinatdan sonra isə həmin qurumun əsasnaməsinin işlənməsi yeni rəhbərə həvalə olunur. Hazırda Azərbaycan Nazirlər Kabineti təxminən 45 ali qurumdan təşkil olunub. Bu, Litva, Estoniyada və Gürcüstan kimi bizimlə oxşar siyasi-iqtisadi sistemə malik ölkələrin anoloji göstəricilərindən orta hesabla 2-2,5 dəfə çoxdur. Əgər əhalisi bizdən təxminən 6 dəfə çox olan Ukrayna hökuməti Azərbaycan Nazirlər Kabinetindən cəmi 2 dəfə çox olacaqsa, deməli, bizdə də hökuməti kiçiltmək üçün kifayət qədər imkanlar qalır”.

R.Ağayevin sözlərinə görə, bu proses təkcə struktur vahidlərinin sayının azılması ilə yekunlaşmamalıdır: “Bizdə dövlət idarəetmə sistemində məşğulluq həddən artıq sıxdır. Doğrudur, hazırda bu sistemdə çalışan insanların heç də hamısı dövlət qulluğu haqqında qanunvericliyin təsir dairəsində olan işçilər deyil. Apardığımız araşdırmalar göstərir ki, Azərbaycanın hökumət qurumlarında qeyri-qulluqçu statusu ilə çalışanların sayı heç də qulluqçuların sayından az deyil. Rəsmi statistikada bu məlumatların üzərindən sükutla keçməsi dediyim faktları təsdiqləyir. Qiymətləndirmələrimizə əsasən deyə bilərəm ki, hazırda statusundan asılı olmayaraq Azərbaycanın dövlət idaretməsində çalışanların sayı əhalinin hər 1000 nəfərinə düşən nisbəti baxımından biz inkişaf etmiş ölkələri 35-40 faiz üstələyirik”.

R.Ağayev düşünür ki, oxşar və ya bir-birinə yaxın profilli strukturların konsolidasiyası ilə hökumətin ölçülərini əhəmiyyətli dərəcədə kiçiltmək olar: “Məsələn, Səhiyyə və Sosial Müdafiə nazirliklərinin bazasında vahid Sosial Məsələlər Nazirliyinin, kommuniksiyaya məsul olan strukturların əsasında İnfrastruktur Məsələlər Nazirliyinin formalaşdırılması ideya olaraq kifayət qədər realdır. Lakin bu ssenari təkcə mexaniki olaraq hansısa strukturların ləğvinə deyil, həmçinin dövlət qurumlarının real funksiyalarına uyğun statusunun müəyyənləşdirilməsinə də imkan verəcək”.

Ekspertin yanaşması budur ki, Nazirlər Kabinetinin kiçildilməsi hökumət qurumlarını təsərrüfat funksiyalarından azad etməklə onları yalnız dövlət siyasətinin reallaşdıran qurumlara çevirə bilər: “Dövlət xidmətləri nazirlik və komitələr vasitəsi ilə deyil, ayrı-ayrı korporasiyalar vasitəsi ilə gerçəkləşdirilməlidir. Bundan əlavə, hökumətin işinin nəticələrinin qiymətləndirilməsi sisteminin hazırlanmasına ehtiyac var. Bu özü də təkcə Nazirlər Kabinetinin yox, onun ayrı-ayrı strukturlarının da fəaliyyətinin qiymətləndirilməsi üçün göstəricilərin formalaşdırılmasını nəzərdə tutur. Məhz belə göstəricilər əsasında cəmiyyət hökumət qurumlarının kadr resursları, onların əmək haqqı fondu və işinin nəticəsi arasında uyğunluğu qiymətləndirmək imkanı qazana bilər.

Hökumət qurumlarının fəaliyyətinin ictimai tələbətlara nə dərəcədə uyğun olduğunu bilmək hər kəsin hüququdur. Hazırda əksər ölkələrdə hər bir hökumət qurumunun cari, orta və uzunmüddətli fəaliyyət proqramları təsdiqlənir. Hökumətin parlamentə hesabatında isə həmin qurumların proqram fəliyyətinə nə dərəcədə əməl etməsi, proqramdan kənarlaşmalar, onların səbəbləri dəqiq əks olunur”.

 
Tarix: 11 Dekabr 2010  |  Baxış sayı: 971




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV