Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


“Hökumət kooperativlərin yaradılmasına sehrli çubuq kimi baxırsa, səhvə yol verir”
Milli Məclisin aqrar siyasət komitəsinin iclasında “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsi müzakirə olunub. Dekabrın 14-də keçirilən müzakirələrdə danışan komitə sədri Eldar İbrahimov deyib ki, əhalinin böyük bir hissəsi onlara verilən pay torpaqların əkib becərə bilmir və ya torpaqdan lazımi qazanc götürmür: “Vəziyyətdən çıxış yolu kooperativlər yaratmaqdadır. Birinin torpağı, digərinin texnikası, başqa birinin isə pulu olar və güclərini bir yerə toplayıb təsərrüfat yaradarlar, qazanc götürərlər”.

"İqtisadi forum" jurnalının məlumatına görə, “Media forum” saytı iqtisadçı ekspert Rövşən Ağayevin “Kənd təsərrüfatı kooperasiyası haqqında” yeni qanun layihəsinə münasibətini soruşub. Ekspert deyib: “İndi dünyada mövcud olan kənd təsərrüfatı kooperativləri ilə sovet kolxozlarını eyniləşdirmək yanlışdır. Kolxozlar xüsusi mülkiyyətə əsaslanmırdı və administrativ qaydada formalaşdırılmışdı. Eyni zamanda həmin qurumlar mərkəzləşdirilmiş iqtisadi sistem qarşısında sərt plan öhdəlikləri daşıyırdı və dövlətin inzibati-idarəetmə sisteminin bir elementi idi. Bazar münasibətləri şəraitində fəaliyyət göstərən kooperativlər isə üzvlərin tam könüllüyünə əsaslanır, bütün yerdə qalan özəl təsərrüfat subyektləri kimi dövlətlə bu qurumları bir-birinə yalnız vergi öhdəlikləri bağlayır.

Hazırda inkişaf etmiş ölkələrdə kənd təsərrüfatı kooperativlərinin 2 fərqli forması fəaliyyət göstərir. Birinci forma istehsal kooperativləridir və aqrar istehsalın vahid müəssisə çərçivəsində təşkilini nəzərdə tutur. Təcrübə göstərir ki, kiçik ölçülü fermer təsərrüfatlarının və şəxsi ev təsərrüfatlarının aqrar sektorda dominantlıq qazandığı şəraitdə bu cür kooperativlər kənd təsərrüfatı istehsalının səmərəliliyini yüksəltmək üçün mühüm iqdisadi alət rolunda çıxış edə bilir. Bu halda eyni profilli, məsələn, taxıl, ət və ya süd isteshsalı üzrə ixtisaslaşmış, amma pərakəndə fəaliyyət göstərən xırda istehsalçılar əmlaklarını və maliyyə resurslarını kooperativ müəssisə çərçivəsində birləşdirirlər. Lakin hər bir üzv nizamnamənin şərtlərinə uyğun olaraq istədiyi anda əmlakını geri çəkməklə müstəqilləşə də bilir.

İkinci forma istehlak kooprativləridir. Ayrı-ayrı ölkələrin təcrübəsində bu cür kooperativlər istehsal mərhələsi istisna olmaqla məhsulun saxlanması, tədarükü, emalı və satışı mərhələsinin hər biri üzrə ayrılıqda və ya birlikdə yaradılır. Məsələn, emal kooperativləri yalnız son məhsulun hazırlanması, satışla məşğul olanlar məhsulların çeşidlənməsi, qablanması və satışı, xidmət üzrə ixtisaslaşanlar meliorasiya, veterinar, bitki mühafizəsi kimi xidmətdlərin çatdırılması ilə məşğul olurlar. Məsələn, süd emalı ilə məşğul olan bir neçə fermer təsərrüfatı eyni kooperativdə birləşir və onların özlərinə məxsus emal müəssisəsi olur.

Hazırda aqrar sektorun geniş potensiala malik olduğu inkişaf etmiş ölkələrin hamısında kənd təsərrüfatı sektoru yüksək kooperasiyalaşma səviyyəsənə malikdir. Məsələn, Danimarka həm əhali sayına, həm də kənd təsərrüfatına yararlı torpaqların həcminə görə Azərbaycandan 2 dəfə, kənd təsərrüfatı sektorunda çalışanların sayına görə isə 13 dəfə geri qalır. Amma bu ölkənin aqrar istehsalının indiki həcmi Azərbaycandan iki dəfə böyük olan ölkənin kənd təsərrüfatı məhsullarını 100 faiz ödəməyə çatır.

Danimarka aqrar məhsulların ixrac həcminə görə dünyanın 15 ölkəsi sırasında yer alır. Bu ölkə dünyanın nadir ölkələrindəndir ki, aqrar istehsalının 80 faizə qədəri ixraca yönəlir. Heç şübhəsiz, bu inkişafın əsas səbəblərindən biri son yüzillikdə Danimarkada aqrar sektorun tam kooperasiya münasibətlərinə keçididir. Ölkədə mövcud olan 40 mindən artıq fermer təsərrüfatının hamısı istehlak kooperativlərində birləşiblər. Həmin kooperativlər əsasən süd və ət emalı üzrə ixtisaslaşıblar. Kooperativlərə üzv olan fermerlər öz məhsullarını məhz onların nəzdində fəaliyyət göstərən zavodlara satmaq öhdəliyinə malikdirlər. Bu həm də məhsulun fermerdən alınacağına dair təminat mexanizminin yaradılması deməkdir.

Oxşar misalları başqa ölkələrin də timsalında görmək olar. Məsələn, hazırda süd istehsalının Kanadada 50, İsveçdə 80, Niderland və Almaniyada isə 35 faizi kooperativlər tərəfindən realizə olunur.

Azərbaycanda aqrar sektorun hazırkı durumu kənd təsərrüfatının kooperasiyalaşmasını zəruri edir. Aqrar məhsulların 95 faizindən çoxu ev təsərrüfatlarında formalaşır. Fermer təsərrüfatları yox səviyyəsindədir. Orta hesabla bir ev təsərrüfatına 1,5-2 hektar becərilən torpaq sahəsi düşür. Halbuki dünya ölkələrinin təcrübəsi göstərir ki, fermerlərin sərəncamında 10-15 hektardan az torpaq olduqda həmin təsərrüfatlar rentabelli işləyə bilmir, onların bazar və ixrac yönümlü məhsul istehsalını təşkil etmək potensialı aşağı olur. Kooperasiyalaşma mexanizmi vasitəsi ilə sayı 800 minə çatan kiçik ölçülü ailə-kəndli təsərrüfatlarının konsalidasiyası son dərəcə vacibdir. Azərbaycanda istehlak koopertivləri ilə yanaşı istehsal yönümlü strukturların da formaşdırılması son dərəcə mühümdür. Qonşularımızdan Qazaxıstan və Rusiya xeyli müddətdir koopersiyalaşma ilə bağlı zəruri hüqui baza formalışdırıblar”.

Lakin ekspertin fikrincə, hökumət kooperativlərin yaradılmasına Azərbaycanın ağır vəziyyətdə olan aqrar sektorunu xilas edəcək sehrli çubuq kimi baxırsa, səhvə yol verir: “Əslində hökumət koopersiya qanununa qədər vacib olan başqa qanunları da qəbul etməlidir. Məsələn, kənd təsərrüfatının dövlət tənzimlənməsi barədə qanunun qəbulu mühümdür. Həmin sənəddə aqrar sahənin dövlət tənzimlənməsinin prinsip və istiqamətləri, formaları, xüsusilə də zəmanətli qiymətlərin tətbiqi zəruri olan kənd məhsullarının əhatə dairəsi və qiymətqoymanın prinsipləri, ixracın stimullaşdırılması mexanizmləri, aqrar sektorun maliyyələşdirilməsi üçün hökumətin minimum öhdəlikləini orada dəqiq müəyyən etməlidir.

Kənd təsərrüfatı istehsalçılarının kredit kooperativlərinə dair hüquqi mexanizmlərin yaradılmasına da ehtiyac var. Xarici təcrübədə bu cür ittifaqlar üzvlərinin və dövlətin maliyyə dəstəyi ilə formalaşır, əsasən maliyyə-kredit institutlarına çıxışı olmayan xırda istehsalçıların maliyyə resurslarına olan tələbatını ödəyir. Qərbdə bu qurumlara kredit kassaları da deyirlər. İnkişaf etmiş ölkələrin az qala hər kəndində belə kassalar mövcuddur. Onlar rəqabət mühitində xırda fermerlərin iri kapitallı təsərrüfatlar tərəfindən udulmasına qarşı peyvənd rolunda çıxış edir”.

Rövşən Ağayev Azərbaycan reallığında kənd təsərrüfatı kooperativlərinin effektiv işləməsi üçün daha 3 problemin həllini vacib sayır: “Əvvəla, dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə bütün fermerlərin eyni dərəcədə çıxış olmalı, həmin torpaqlardan istifadə üzərində ictimai nəzarət imkanları genişləndirilməlidir.

İkincisi, aqrar məhsulların ixrac qabiliyyətlilyinin artırılması üçün anoloji məhsulların idxalına olan gizli maraqlar zərərsizləşdirilməlidir.

Nəhayət, fermerlərin maraqlarını müdafiə edən və hökumətin aqrar sahə ilə bağlı qərarlarına təsir imkanları olan müxtəlif birliklərin yaradılması dəstəklənməlidir. Məsələn, bir çox ölkələrdə xırda torpaq mülkiyyətçilərinin, iri torpaq sahiblərinin, süd, ət, taxıl, meyvə istehsalçılarının hər birinin ayrıca assosiasiyaları fəaliyyət göstərir. Hökumət hər il bu qurumlarla rəsmi aqrar sazişlər imzalayır. Həmin sazişdə hökumətin aqrar sektorun problemlərinə dair dəqiq öhdəlikləri müəyyən olunur. Əgər belə mexanizmlər olmaycaqsa, kooperativlərin yaradılması vəziyyəti dəyişməyəcək”.

 
Tarix: 16 Dekabr 2010  |  Baxış sayı: 1795




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV