Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Manat necə möhkəmləndi?
Milli valyutamız qlobal maliyyə böhrandan üzüağ çıxdı, möhkəmləndi, amma dəyərini də itirib

Üç gündən sonra Azərbaycan manatının yeni əsginaslarının dövriyyəyə buraxılmasının 5 ili tamam olur. Bu gün isə yeni manatın ictimaiyyətə təqdim olunmasından 5 il ötür.

Lent.az yeni əsginasların 5 il ərzində mal və xidmətlərə münasibətdə nə qədər dəyərdən düşdüyünü, xarici valyutalarla müqayisədə nə dərəcədə möhkəmləndiyinə dair kiçik müqayisələr aparıb. Xatırladaq ki, Azərbaycan manatının denominasiya və yeni nəsil pul nişanlarının (AZN) dövriyyəyə buraxılması prezidentin 7 fevral 2005-ci il tarixdə imzaladığı “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” fərman gerçəkləşib. Həmin fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçidlə əlaqədar 1 yeni manat AZN 5000 köhnə AZM-ə bərabər tutuldu. AZM və AZN-in birgə 1 il ərzində – 2006-cı ildə dövriyyədə oldu və yalnız 2007-ci il yanvarın 1-dən isə yeni manata tam keçid təmin edildi. 2005-ci il dekabrın 28-də təqdimatı keçirilən yeni manat 1, 5, 10, 20, 50, 100 ekvivalentində olan əsginaslar və 1, 3, 5, 10, 20, 50 metal pul nişanlarından ibarət oldu.

Manatımızın böhran imtahanı

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirir ki, 5 il əvvəl manatın denominasiyasının əsas məqsədlərindən biri uçot sisteminin sadələşdirilməsi idisə, digər məqsəd həmin pula olan inamını təmin etmək idi. Çünki bir qayda olaraq, pul ucuzlaşdıqca və dəyərdən düşdükcə insanların da milli valyutaya olan inamı azalır: “Bu səbəbdən hökumət denominasiyaya getməklə bir növ milli valyutanın həm ABŞ valyutasından üstün, həm də sabit olduğuna insanlara psixoloji cəhətdən inandırmaq idi”.

Samir Əliyev deyir ki, əslində bu yanaşma özünü doğruldub. Yəni ötən 5 ildə hökumət manatın ucuzlaşmasına imkan vermədi. Onun fikrincə, manat dövriyyəyə buraxıldığı tarixdə dünya bazarında xeyli problemlər, o cümlədən qlobal maliyyə böhranı baş versə də, milli valyutamız həmin böhrandan manat üzüağ çıxıb: “Bir çox ölkələr devalvasiya, yəni milli valyutasını ucuzlaşdırma yolunu tutdu. Qonşu Rusiyadan, Qazaxıstandan tutmuş Avropa ölkələrinə qədər bu çox dövlətlər öz milli valyutalarını ucuzlaşdırdı. Ancaq Azərbaycanda manatın sabitliyi qorunub saxlandı. Güclü ictimai təzyiqlərə baxmayaraq, Mərkəzi Bank manatı ucuzlaşdırmaq siyasətinə getmədi və öz valyuta ehtiyatları hesabına manatın kursunu sabit saxladı”.

Manata inam artıb

Ekspert bildirir ki, Mərkəzi Bankın bu addımı insanların manata olan etibarını bir qədər də artırıb. Onun fikrincə, əmanətlərin və kreditlərin həcminə diqqət yetirsək, əvvəlki illərdə həmin depozitlərin və kreditlərin tərkibində manatın payı çox az olub. Sonrakı illərdə isə bu istiqamətdə manatın xüsusi çəkisində artım müşahidə olunub: “Düzdür, 2009-cu ildə devalvasiya məsələsi ortaya çıxanda vətəndaşlar bir qədər qorxuya düşərək banklarda olan əmanətlərini geri götürməyə, yaxud da manatı xarici valyutaya çevirməyə başladı. Ancaq bu təhlükə sovuşduqdan sonra insanların manata etibarı yenidən artdı”.

Statistik məlumatlar belə deməyə əsas verir ki, başa çatmaqda olan 2010-cu ildə manata olan ictimai inam bir qədər də artıb. İlin əvvəlində bütün əmanətlərdə manatın payı 40 faiz idisə, indi bu göstərici 45 faizə yüksəlib. Bundan başqa, ilin əvvəlində ölkə üzrə kredit qoyuluşlarında manatın tərkibi 58 faiz təşkil etdiyi halda, artıq bu, 62 faizə qədər artıb. Üstəlik, milli valyutaya inam və etibar yüksək olduğundan banklar kreditləri daha çox manatla verir. Həmçinin əhali də öz əmanətlərini daha çox milli manatla saxlayır. Bu, özünü həmdə dünyada ABŞ dollarının və avronun qiymətinin kəskin şəkildə dəyişməsi səbəbindən əhalinin xarici valyutadan qaçmasında göstərir.

Bununla belə, ekspertlər hesab edirlər ki, manata inamın artmasının əsas səbəbi milli valyutamızın özünün etibarlılığından çox ABŞ dolları və avronun dəyərsizləşməsidir. Elə bu səbəbdən həm banklar, həm də əhali 5 il əvvəl dövriyyəyə buraxılan əsginaslara münasibətdə bir qədər ehtiyatlılıq nümayiş etdirir. Düzdür, Mərkəzi Bank manatın sabit saxlanması üçün bütün inzibati imkanlardan istifadə edir. Ancaq əvvəlki illərlə müqayisədə insanların milli valyutaya inamı artsa da, bu inam tam deyil. Bu, dollar və avronun timsalında insanların son dövrlər xarici valyutalara inamsızlığından doğan inamdır. Çünki əvvəl avro, sonra isə dolların ucuzlaşması və bu valyutaların məzənnələrinin qeyri-sabitliyi onlardan imtinalara gətirib çıxarır. Eyni zamanda insanların banklara əmanət yatırmağa bir o qədər də maraqlı olmadığının göstəricisidir.

Xatırladaq ki, bu ilin ortalarına qədər avronun manata olan nisbəti 15 faizədək ucuzlaşıb. Bir qədər sonra avronun dəyəri bir qədər artsa da, ABŞ dolları manata nisbətən kursu bir qədər də aşağı düşüb. Nəzərə alsaq ki, Azərbaycan iqtisadiyyatı dollardan asılıdır, onda ABŞ valyutasında hər hansı sıçrayış insanların manata inamını azalda bilər. Samir Əliyev deyir ki, bunu Mərkəzi Bankda da başa düşürlər və bu səbəbdən dolların bahalaşmasına imkan vermir. Onun sözlərinə görə, ABŞ valyutası hətta ən baha olduğu dövrdə Azərbaycanda 1 dollar 80,37 qəpik olub: “Bir çox ölkələr var ki, orada milli valyuta ABŞ dollarına nisbətdə 5-10 faiz ucuzlaşıb. Azərbaycan Mərkəzi Bankı isə manatın məzənnəsinin qorunub saxlanmasına üstünlük verdi və hələ ki, buna nail olur”.

Bununla belə, istehlak qiymətləri ilə müqayisədə 5 yaşlı manatın dəyəri ötən müddət ərzində dəyərdən düşməsi də nəzərdən qaçmır. Bu, özünü təkcə bazar şərtləri əsasında müəyyənləşən qiymətlərdə deyil, dövlət tərəfindən tənzimlənən qiymətlərdə də özünü göstərir. Məsələn, yeni manatın dövriyyəyə buraxıldı ilk dövrlərdə Bakı şəhərində sərnişindaşıma xidmətlərinin qiyməti 10 qəpik olduğu halda, sonradan bu qiymətlər 20, bəzi kənd və qəsəbələr üzrə isə 30 qəpiyədək bahalaşıb. Bakı Metropolitenində isə gedişhaqqı 5 qəpikdən 15 qəpiyə qaldırılıb.

Dəyərdən düşən pul

Manatın ucuzlaşması son 5 ilin istehlak qiymətlərində daha aydın görünür. Məsələn, 2006-cı ilin yanvarında Bakıda 1 kiloqram mal əti 18 min AZM (3 manat 60 qəpik), dana əti 22 AZM (4 manat 40 qəpik), qoyun əti 25 min AZM (5 manat) idisə indi həmin qiymətlər müvafiq olaraq, 6 manat, 7 manat və 8 manat səviyyəsindədir. Ancaq ötən 5 ildə manat xarici valyutalarla münasibətdə öz məzənnəsini sabit saxlaya bilib.

Ekspertlər bildirirlər ki, iqtisadi baxımdan manatın dollara nisbətən ucuzlaşması vacibdir. Ən azı ona görə ki, manatın möhkəmlənməsi ölkədə istehsalı aşağı salır, rəqabət qabiliyyətini və ən əsası ölkənin ixrac potensialını zəiflədir. Amma bir mühüm məqam da var ki, Azərbaycanın ərzaq tələbatının böyük hissəsi xaricdən gətirilir. Nəzərə alsaq ki, hazırda bütün dünyada ərzağın qiyməti bahalaşmaqda davam edir, onda manatın sərbəst buraxılması ilə xaricdəki bahalı qiymət Azərbaycana ixrac olunur. Bu səbəbdən də manat dollara nisbətən ucuzlaşarsa, xaricdən gətirilən məhsullar daha da bahalaşa bilər.

Samir Əliyev deyir ki, Mərkəzi Bank məhz bunu nəzərə alaraq, manatın ucuzlaşmasına imkan vermir. Bu isə xaricdən idxal olunan qiymət artımının və inflyasiyanın qarşısının alınması məqsədi daşıyır. Onun sözlərinə görə, 2009-cu ildə manat dollara nisbətdə 0,3 faiz düşmüşdü, bu il isə əksinə, dollar ucuzlaşıb. Belə ki, ilin əvvəlində 1 dolların Azərbaycan manatına nisbəti 80,37 qəpik idisə indi dolların qiyməti 79,97 qəpik təşkil edir.

Elxan SALAHOV

Tarix: 29 Dekabr 2010  |  Baxış sayı: 1386




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV