Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Azərbaycanın qeyri-azad iqtisadi azadlığı
Heritage Foundation 2011-ci il üzrə İqtisadi Azadlıq İndeksini açıqlayıb

Azərbaycan iqtisadi azadlığın səviyyəsinə görə 179 ölkə arasında 92-ci yeri tutub və əsasən qeyri-azad ölkələr kateqoriyasına daxil edilib. “İqtisadi forum” jurnalının məlumatına görə, Heritage Foundation 2011-ci il üzrə İqtisadi Azadlıq İndeksini (Index of Economic Freedom) açıqlayıb.

Fondun hesabatına görə, Azərbaycan İqtisadi Azadlıq İndeksi üzrə 100 mümkün baldan 59,7-ni toplayaraq 92-ci yerə yüksəlib. Azərbaycan 2008-ci ildə 107, 2009-cu ildə isə 99-cu, 2010-cu ildə isə 96-cı yeri tutumuşdu. Bu il ölkəmiz topladığı bal 0,9 bənd artıb, mövqeyini isə daha 4 pillə möhkəmləndirib.

Reytinq cədvəlində ən aşağı bal 0, ən yüksək bal isə 100-dür. Fond balların həcmi əsasında iqtisadi azadlıq səviyyəsini aşağıdakı kimi təsnifləşdirib:

100-80 bal – azad ölkələr;
79,9-70 bal - əsasən azad ölkələr
69,9-60 bal - orta azad ölkələr
59,9-50 bal - əsasən qeyri-azad ölkələr
49,9-0 bal – qeyri-azad ölkələr


Azərbaycan topladığı balın həcminə görə, əvvəlki illərdə olduğu kimi 2010-cu ildə də əsasən qeyri-azad ölkələr qrupuna daxil edilib.

Iqtisadi Azadlıq İndeksi 10 komponent əsasında tərtib edilib. Bu komponentlərə - biznes, ticarət, fiskal, hökumət xərcləri, monetar, investisiya, maliyyə, mülkiyyət hüquqları, korrupsiyadan azadolma və əmək azadlıqları daxildir. Bu komponentlərin hər biri ayrı-ayrılıqda 100 ballıq şkala ilə qiymətləndirilib.

Azərbaycan əmək azadlığı (81,1 bal), fiskal azadlıq (83,9 bal), hökumətin xərcləri (71,0 bal), biznes azadlığı (72,9 bal), ticarət azadlığı (77,1 bal) komponentləri üzrə yüksək bal toplayıb. Bundan başqa monetar azadlığı üzrə 72,6, investisiya azadlığı üzrə 55, maliyyə azadlığı üzrə isə 40 bal qazanıb. Ən aşağı göstərici əvvəlki illərdə olduğu kimi mülkiyyət hüquqları (20 bal) və korrupsiyadan azadolma (23 bal) səviyyəsində müşahidə edilib.

2010-cu ildə Ermənistan 69,7 balla 36-cı yeri tutub. Bu ölkənin mövqeyində son 2008-2010-cu illərdə geriləmə olsa da bu il irəliləyiş müşahidə edilib. Belə ki 2008-ci ildə 28-ci yerdən 2010-cu ildə 38-ci yerə düşən Ermənistan bu il 2 pillə yüksələ bilib. Ermənistan orta azad ölkələr qrupuna daxil edilib.

Gürcüstan nisbətən zəif nəticə göstərib. Ancaq buna baxmayaraq Gürcüstan MDB ölkələri arasında azad ölkələr sırasına düşən yeganə dövlətdir. Qonşumuz 70,4 balla 29-cu yerə düşüb. Halbuki ötən il 26-cı yeri tutub.

Estoniya 75,2 balla 14-cü, Litva 71,3 balla 24-cü, Latviya isə 65,8 balla 56-cı yeri tutub. Bu il Estoniya və Litva üçün uğurlu olsa da, Latviya üçün uğursuz olub. Estoniya 2, Litva 5 pillə irəliləyib. Latviya isə 6 pillə geriləliyib. Ancaq buna baxmayaraq Estoniya və Litva əsasən azad olan ölkələr sırasında mövqlərini möhkəmləndiriblər. Latviya isə orta azad ölkələr qrupunda təmsil olunub. Bu qrupda təmsil olunan digər iki MDB ölkəsi QırğızıstanQazaxıstan olub. Birincinin mövqeyində də pisləşmə müşahidə edilsə də, ikincidə yaxşılaşma baş verib. Qırğızıstan 61,1 balla 83-cü, Qazaxıstan 62,1 balla 78-ci ölkə statusunu qazanıb.

Digər MDB ölkələri Azərbaycandan da pis nəticə göstərib. Moldova 125-ci (53,7), Tacikistan 128-ci (53), Rusiya 143-cü (50,3) yeri tutmaqla əsasən qeyri-azad ölkələr sırasına daxil olub. Belarus (47,9 balla 155-ci yer), Özbəkistan (45,8 balla 163-ci yer), Ukrayna (45,8 balla 164-cü yer) və Türkmənistan (43,6 balla 169-ci yer) isə azad olmayan ölkələrə daxil edilib.

Ən çox bal toplayan Honq Konq 89,7 balla həmişəki kimi cədvələ liderlik edir. Sonrakı yerləri Sinqapur (87,2) və Avstraliya (82,5) tutur. Cədvəlin son üçlüyünü Kuba, Zimbabve Şimali Koreya qapayır. Onların topladığı ballar uyğun olaraq 27,7, 22,1 və 1 bal olub.
Tarix: 26 Yanvar 2011  |  Baxış sayı: 963




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV