Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


“DÖVLƏTİN İNHİSARINDA OLAN ŞİRKƏTLƏR İSTİSNASIZ OLARAQ İKİ YOLDAN BİRİNİ SEÇİRLƏR - TARİFLƏRI ARTIRMAQ”

- Dövlət rəsmiləri son qiymət artımlarını iqtisadi mülahizələrlə əsaslandırır. Məsələn, Tarif Şurasının katibi Elşən Əsədov “Media forum” saytına müsahibəsində bildirib ki, “Azərsu”da çalışanların maaşı orta aylıq əmək haqqından aşağıdır və onların əmək haqlarında dəyişiklik olması üçün su pulu artmalı idi. Siz bu əsaslandırma ilə razısınızmı?

- Son tarif artımı ilə bağlı rəsmi açıqlamalar əsaslandırılmış və peşəkar yanaşmalara söykənmir. Nümunə kimi bircə detala diqqət yetirək. Tarif Şurasının məlumatında qeyd edilir ki, hazırda “Azərsu” ASC-nin xərclərinin 30,4 fizini əmək haqqı məsrəfləri təşkil edir. Sözsüz ki, şura vizual məlumatlar əsasında araşdırma aparıb bu nəticəyə gəlib. Amma bu, ölkə əhalisinin mənafeyi ilə əlaqəli məsul qərarların qəbulu üçün ciddi əsaslandırma ola bilməz. Yəni su şəbəkəsində xərclərin üçdə birinin əmək haqqına yönəlməsi, həmçinin həmin qurumda çalışanların əmək haqlarının orta ölkə göstəricisindən aşağı olması o demək deyil ki, vəziyyətdən çıxış yolu mütləq tariflərin kəskin artırılmasıdır.

Vəziyyət bir az da dərindən araşdırılsa, xərclərin azaldılması imkanları da üzə çıxa bilər. Məsələn, bir çox kommunal xidmət sahələrindən fərqli olaraq “Azərsu” köhnə sovet sistemi ilə işləyir, elektron və ya nağdsız ödəniş sisteminə keçməyib. Axı bu cür ödəniş sisteminin tətbiqi işçilərin sayını əhəmiyyətli dərəcədə azaltmağa imkan verir. Şübhəsiz, işçi qüvvəsinin sayının optimallşadırlması sistem daxilində daha ədalətli əmək haqqı səviyyəsini təmin edə bilər.

Başqa bir məqam da var. Ölkədə şəffaf və rəqabətli satınalma sistemi mövcud deyil. Kim təminat verə bilər ki, belə şəraitdə “Azərsu” ASC-nin, yaxud elə “Azərbaycan Dəmir Yolları”nın aldığı mal-materialın faktiki qiyməti bazar dəyərindən yuxarı deyil? Məsələn, beynəlxalq təcrübədə belə bir yanaşma var: ictimai funksiya daşıyan bütün qurumlar aldıqları mal və xidmətlərin orta bazar dəyərini, həmin məhsulları hansı şirkətlər vasitəsilə aldığını ictimaiyyət üçün daimi açıq saxlayır. Bizdə isə dövlət satınalmalarının ən xarda detalı belə hərbi sirr kimi qorunur. Belədə ictimaiyyət niyə tariflərlə xərclər arasında kəskin fərqin olmasına dair rəsmi mövqenin etibarlıılığına şübhə ilə yanaşmamalıdır?

Qısası, dövlətin inhisarında olan şirkətlər maya dəyəri ilə tariflər arasında fərqi örtmək üçün istisnasız olaraq iki yoldan birini seçirlər - tarifləri artırmaq. Heç kim ağlına gətirmək istəmir ki, idarəetmə sisteminin təkmilləşdirilməsi, şəffaf idarəçiliyin formalaşdırılması xərclərin həcmini də azalda bilər.

Yeri gəlmişkən, adətən hökumət tariflərin artırılmasını kommunal sektorda islahatların tərkib hissəsi kimi təqdim edir. Təqdimat o baxımdan səhvdir ki, əslində tarif sisteminin təkmilləşdirilməsi bütövlükdə idarəetmə islahatlarının bir elementi ola bilər. Normalda kommunal sektorun idarəçiliyi ilə əlaqəli islahat proqramı qəbul edilməli, tarif siyasətinin hazırlanması prinsipləri, islahatların aparılmasının və tarif artımlarının mərhələləri orada dəqiq əks olunmalıdır.

Kommunal sektorda idarəetmənin təkmilləşdirilməsi üçün dünyada qəbul olunmuş yanaşma var. Bu sektorun təqdim etdiyi məhsul və ya xidmətləri yaradan müəssisə həmin məhsulları, yaxud xidmətləri son istehlakçıya çatdıran şəbəkədən tamamilə ayrı fəaliyyət göstərir. Özü də hökumət maksimum kommunal sektoru dövlətsizləşdirir ki, həmin müəssisələr dövlət üçün izafi maliyyə yükünə çevrilməsin.

Bir vaxtlar biz Azərbaycanda elektrik enerjisi sektorunda “Azərenerji” və “Barmek”in timsalında bunun şahidi olmuşuq. Həmin dövrdə “Barmek” indikindən üç dəfə ucuz tariflə işlədiyi halda dövlət büdcəsindən bir manat da maliyyə yardımı almırdı. Amma bu müəssisədən sonra yenidən dövlət şirkəti idarəçiliyi öz əlinə aldı. Həmin dövrdən indiyiədək “Bakıelektrikşəbəkə” dövlətdən hər il orta hesabla 100 milyon dollar subsidiya alır.

Elə “Azərsu” ASC-nin özünə axır 4 ildə təkcə dövlət büdcəsindən 500 milyon dollara yaxın subsidiya verilib. Xarici kreditləri də nəzərə alanda bu müəssisənin dövlət üçün nə qədər ağır yük olduğunu görməmək mümkün deyil. Halbuki supaylaşdırma şəbəkəsni ən azı uzunmüddətli idarəetməyə verməklə izafi xərclərdən və şəbəkədaxili korrupsiyadan can qurtarmaq olar.

Nəhayət, istər su, istərsə də dəmiryol sektoru xarici audit üçün tam qapalıdır. Normalda heç olmasa iki ildə bir dəfə bu şirkətlər öz qapılarını beynəlxalq səviyyədə qəbul olunan ixtisaslaşmış audit şirkətlərinin üzünə açmalıdır. Eyni zamanda özlərinin maliyyə fəaliyyətini ictimaiyyət üçün tam açıq saxlamalıdır.

- Poçt xidmətləri, su və dəmiryol nəqliyyatında bahalaşma digər sahələrdə qiymətlərə nə dərəcədə təsir göstərə bilər?

- Bir qayda olaraq o məhsul və xidmətlərin tariflərinin artımı ümumilikdə bahalaşmaya əsaslı təsir edir ki, onların aparıcı tələbat mallarının istehsalı ilə bağlı xərclərdə payı xeyli yüksək olsun. Poçt xidmətləri, dəmiryol nəqliyyatından istifadə və su istehlakı ilə bağlı xərclər ümumi məhsul istehsalı xərclərində, məsələn, yanacaq və elektrik enerjisi qədər yüksək xüsusi çəkiyə malik deyil.

Bununla belə, son tarif artımının qiymətlərin ümumi yüksəlişinə təsirsiz qalacağını da söyləmək düzgün olmazdı. Misal üçün, suyun xammal kimi istifadə olunduğu məhsulların - şirələrin, qablaşdırılmış sərin içkilərin, spirtli içkilərin bahalaşması istisna deyil. Yaxud bu gün dəmir yolu ilə sərnişin daşımanın başqa bir funksiyası da var. Əhalinin rayonlardan kənd təsərrüfatı məhsullarının müəyyən hissəsini məhz sərnişin qatarları ilə daşıdığı sirr deyil. Həmin məhsulların daşınma xərclərinin artımı aqrar məhsulların qiymətini artıra bilər.

Bundan əlavə, əhalinin müəyyən hissəsi dəmir yolla gediş ucuz olduğu üçün ölkənin ucqar ərazilərinə qatarla getməyi üstün tuturdu. İndi, məsələn, Gəncə şəhərinə qatar və taksi ilə sərnişin daşımanın qiyməti eyniləşib. Belə şəraitdə əhalinin kütləvi şəkildə taksi xidmətlərinə üz tutması onların tariflərinin artımı ilə müşayiət oluna bilər. Necə ki metroda qiymətlərin 3 dəfə artımından sonra biz bunun şahidi olduq. Həmin artımlardan sonra yeraltı nəqliyyatda sərnişin dövriyyəsi 15 faizədək azaldı.


"Media forum"

 
Tarix: 02 Fevral 2011  |  Baxış sayı: 1051




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV