Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


2011-ci ilin 3,4 milyard manatlıq investisiya büdcəsi
Rövşən Ağayev: “Hökumət gizli subsidiyalaşmadan açıq subsidiyalaşmaya keçib”

2011-ci ilin investisiya proqramına nəzər saldıqda aydın olur ki, kifayət qədər böyük miqdarda vəsaitlər ayrılıb. Nazirlər Kabinetinin 26 yanvar tarixli 21 saylı sərəncamı ilə təsdiqlənən investisiya proqramı ümumilikdə 418 layihəni nəzərdə tutur. İnvestisiya büdcəsi isə 3 milyard 380 milyon manat təşkil edir. Proqramda ən böyük xərc istiqamətlərini nəqliyyat layihələri təşkil edir. Bu istiqamətə ötən ilkindən 305 milyon manat az vəsait ayrılıb. Proqramda diqqət çəkən maraqlı məqam odur ki, bu il Əzizbəyov-hava limanı yoluna vəsait ayrılmayıb. Məlumat üçün bildirək ki, həmin layihəyə dövlət büdcəsindən 6 ildə 360 milyon manat vəsait xərclənib.

İnvestisiya proqramı haqda danışan İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayevin sözlərinə görə, ən böyük nəqliyyat layihəsi hava limanı-Mərdəkan dairəsi-Bilgəh yoludur. Qeyd edək ki, həmin yola indiyə qədər 250 milyon manat ayrılıb. Bu ilin büdcəsindən isə 120 milyon manat ayırmaqla 19 kilometrlik yola xərclənən vəsaitləri 370 milyon manata çatdırılıb. İkinci böyük nəqliyyat layihəsi “Gənclik” metrosu ətrafında inşa edilən yol kompleksidir. Layihəyə 80 milyon manat ayrılıb. Ötən il ayrılan 225 milyon manatla birlikdə kompleks büdcədən 305 milyon manat almış olur. Daha bir irimiqyaslı və eyni zamanda şübhəli layihə Bakı şəhərində nəqliyyatın intellektual idarəedilməsi layihəsidir. Layihəyə bu ilin büdcəsindən 20 milyon manat ayrılıb, ötən il isə bu istiqamətə 36 milyon manat yönəldilmişdi. R.Ağayev bildirdi ki, 56 milyon manat ayrılan layihənin nə məqsəd daşıdığı hələ qaranlıq olaraq qalır. “Magistral yol-2" layihəsində Azərbaycan tərəfinin payı olaraq 90 milyon manat ayrılıb. Bakı-Şamaxı yolunun genişləndirilməsində yenə Azərbaycan tərəfinin payı kimi 15 milyon manat ayrılıb. Beynəlxalq dəniz ticarəti limanına 2011-ci ilin büdcəsindən 50 milyon manat yönəldilib. Qeyd edək ki, layihəyə əvvəlki illərdə 60 milyon manat xərclənib.

R.Ağayevin sözlərinə görə, qeyri-nəqliyyat layihələri içərisində də kifayət qədər böyük vəsaitlər ayrılanı var. Bunlardan Heydər Əliyev Mərkəzini vurğulamaq olar. Layihəyə bu il 88 milyon manat vəsait ayrılıb. İndiyə qədər mərkəzin tikintisinə 170,3 milyon manat xərclənib. Beləliklə, bu istiqamətdə istifadə olunan büdcə vəsaitlərinin həcmi 251,3 manata çatır. Şəmkir çayı üzərində dəryaçanın tikintisi layihəsinə ayrılan vəsaitlər də fantastik həddə çatıb. Bu ilin investisiya proqramı çərçivəsində həmin layihəyə 100 milyon manat ayrılıb, indiyə qədər isə 141 milyon manat xərclənib. Bu da artıq layihənin büdcədən 241 milyon manat alması deməkdir.

 

Qusar turizm mərkəzinə 520 milyon manat

İndiyə qədər büdcədən görünməmiş həddə vəsait Qusar turizm kompleksinə ayrılıb - 245 milyon manat. Buna qədər isə həmin layihəyə 279,6 milyon manat istifadə edilib. 520 milyon manatdan çox vəsait ayrılan və hələ tikintisi davam edən kompleksə bundan sonra da vəsait ayrılacağı şübhəsizdir.

Bakı Şəhər İcra Hakimiyyətinə də bu il kifayət qədər böyük məbləğdə vəsait ayrılıb - 102,4 milyon manat. Həmin vəsaitin 73,4 milyon manatı tarixi binaların təmiri və fəvvarələrin tikintisi üçün nəzərdə tutulub. Təhsil Nazirliyinə 88 milyon manat ayrılıb ki, bunun da 44 milyon manatı qəza vəziyyətində olan məktəblərin təmiri üçün nəzərdə tutulur: “Əvvəlki illərdən fərqli olaraq həmin məktəblərin siyahısı, konkret bölgü açıqlanmayıb. Bu isə o deməkdir ki, Təhsil Nazirliyinə ayrılan vəsaitin faktiki olaraq 50 faizinin təyinatı haqda detallı məlumat yoxdur”.

İnvestisiya proqramında diqqət çəkən ən ciddi məqam iri vergi ödəyicilərinə ayrılan vəsaitlə bağlıdır. Bir daha aydın olur ki, adları iri vergi ödəyicisi olsa da, büdcədən ən çox pul alanlar elə məhz bu qurumlardır. Bu il üst-üstə 5 quruma - “Azərsu”, AZAL, Bakı Metropoliteni, “Bakıelektrikşəbəkə” və “Azərenerji” - 679,2 milyon manat vəsait ayrılır ki, bu da ümumilikdə büdcə investisiyalarının 20 faizi deməkdir. Yəni faktiki olaraq dövlət büdcədən ayırdığı investisiyanın hər 5 manatından 1-ni öz mülkiyyətində olan şirkətlərə verir. Ən böyük pay isə AZAL-a ayrılacaq - 261,1 milyon manat. Həmin vəsaitin təyinatına gəlincə, 100 milyon manat beynəlxalq hava limanında yeni aerovağzal kompleksinin, 50 milyon manatı limanda uçuş-enmə zolağının və yollarının, 80 milyon manat isə Qəbələdə hava limanının tikintisinə xərclənəcək: “Qeyd etmək yerinə düşər ki, son layihə heç bir əsaslandırma olmadan həyata keçirilir”. Bakı Metropoliteninə 164,3 milyon manat ayrılıb. Bunun 70 milyon manatı “Memar Əcəmi”-"Avtovağzal" stansiyasının tikintisinə, 60 milyon manatı “Bakı Metropoliteni üçüncü növbənin Şimal tikintisi” adı altında təyinatlanıb.


Oğuz-Qəbələ-Bakı su kəmərinin dəyəri 820 milyonu ötdü

“Azərsu”ya ayrılan vəsaitlərə gəldikdə, maraqlıdır ki, qurumun büdcəsindən Oğuz-Qəbələ-Bakı su kəmərinə də vəsait ayrılıb: “Məsələ ondadır ki, həmin layihəyə bu il Neft Fondundan da 35 milyon manat yönəldilib. Hesablamalarımız göstərir ki, su kəmərinə üst-üstə ayrılan vəsaitin həcmi 820 milyon manata çatıb”. Meliorasiya sisteminə 186,5 milyon manat vəsait ayrılıb. Bunun 100 milyonu yuxarıda da qeyd etdiyimiz kimi, Şəmkirdə su anbarının tikintisinə nəzərdə tutulub. 27,7 milyon manat isə sel və daşqın təhlükəsi ilə bağlı tədbirlərə xərclənəcək.

R.Ağayevin sözlərinə görə, investisiya layihələri ilə tanışlıq göstərir ki, bu günlərdə hökumətin korrupsiyaya qarşı başlatdığı kampaniya blefdir: “Dövlət şirkətlərinə ayrılan vəsaitlər burada ən incə nöqtədir. Bu qurumlarda heç bir islahat getmədən hökumət böyük miqdarda vəsait ayırır. Məsələn, ”Bakıelektrikşəbəkə"yə 50 milyon manat ayrılıb. Halbuki “Barmek” 4 il fəaliyyət göstərdi, dövlətdən bir qəpik də vəsait almırdı, özü də indiki qiymətlərdən 3 dəfə ucuz idi elektrik enerjisi. Amma indi dövlət şəbəkəyə hər il vəsait ayırır, hər dəfə də 50 milyon manatdan çox. Qiyməti artıranda da elan etmişdilər ki, elektrik enerjisi artıq maya dəyərindən bahaya satılır. Yəni bu şirkətə dövlət büdcəsindən vəsait ayırmağın heç bir əsaslandırması yoxdur. Faktiki hökumət gizli subsidiyalaşmadan açıq subsidiyalaşmaya keçib və korrupsiya da açıq müstəviyə adlayıb".

Tarix: 15 Fevral 2011  |  Baxış sayı: 1135




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV