Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


"JEK"-lərin fəaliyyəti qanunsuzdur"
«Mənliz haqqı», «əmlak vergisi» adı altında soyğunçuluq həyata keçirilir

Müxtəlif dövlət qurumları kollegiya iclasları keçirərək korrupsiyaya qarşı mübarizəni gücləndirəcəklərini bəyan edirlər. Əgər hökumət, həqiqətən, korrupsiyaya qarşı geniş tədbirlər həyata keçirmək niyyətindədirsə, o zaman yazacağımız faktlara diqqət çəkməlidirlər. Bu gün Mənzil İstismar İdarəsinin yığdığı «mənzil haqları», bələdiyyələrin topladığı əmlak vergisi hara getdiyi bəlli deyil. Əhalidən toplanan milyonların hesabatı verilmir.  

2009-cu ildə dövlət büdcəsindən Bakıda yerləşən Mənzil İstismar İdarələrinə 10 milyon manat subsidiya ayrılıb. Bu vəsait Mənzil Fondunun əsaslı təmirinə və mənzil xidməti haqlarının maya dəyərindən yüksək olmasını kompensasiyaya etmək üçün xərclənirdi. İqtisadi Təşəbəssürlərə Yardım İctimai Birliyinin eksprerti Rövşən Ağayevin sözərinə görə, 2009-cu ildə subsidiyalardan əlavə MİS-lər 30 milyon manata qədər xidmət haqqı yığıblar: «Həmin il Bakıda yerləşən MİS-lərin 40 milyon manatlıq büdcəsi olub. Bu, böyük vəsaitdir. Amma onun nə toplanması, nə xərclənməsi istiqamətləri ilə bağlı ciddi informasiya verilir».

Beləliklə «mənzil haqqı» adı altında böyük korrupsiya hökm sürür. Qeyd edək ki, MİS-lər dövlət büdcəsindən ayrılan vəsaiti guya liftlərin, blokların cari təmirinə, müxtəlif santexnik xidmətlərin göstərilməsinə xərcləyir. Lakin bəllidir ki, bütün bu xidmətlər sakinlərin əlavə ödənişləri hesabına həyata keçirilir. 
Habelə, Nazirlər Kabinetinin 2000-ci ildə qəbul etdiyi qərara görə, İctimai Mənzil Fondlarına (bura fərdi həyatyanı evlər aid deyil. Bura çoxmərtəbəli binalar daxildir) mənzil sahibləri hər kvadrata görə 1,05 qəpik dəyərində «mənzil haqqı» keçirir. 

R.Ağayevin fikrincə, nə vaxtsa «JEK»lər ləğv olunarsa, binanın yerləşdiyi torpaq da xüsusi mülkiyyət kimi əhali arasında bölünəcək: «Yəni xüsusi mülkiyyət şəkilində kollektiv məsuliyyət daşıyacaq. Bu zaman İctimai Mənzil Fondu adlanmayacaq.

Yeni Mənzil Məcəlləsi qəbul olunub. Həmin məcəllədə sovet dövründən qalan «JEK»lərin fəaliyyəti haqqında heç bir məlumat yoxdur. Əgər mənzil münasibətlərini həyata keçirən əsas qanun Mənzil Məcəlləsidirsə, burada «JEK»lərin heç bir hüquqi əsası yoxdur. Bu o deməkdir ki, indiki Mənzil İstismar Sahələrinin fəaliyyəti qanunsuzdur. Onların fəaliyyətini tənzimləyən heç bir hüquqi akt yoxdur. Ona görə də onlar dərhal ləğv olunmalıdır. Əvəzində isə vətəndaşların səsi ilə formalaşan mənzil birlikləri yaradılnmalıdır. Birliklərin idarə heyətinin sədri də həmin binada yaşayanlardan biri olmalıdır. Şəffaflığın olması üçün birliklər həmin binanın özlərində yerləşməlidir».

Vətəndaşlar «JEK»lərə mənzil haqları ilə yanaşı, bələdiyyələrə əmlak vergisi də ödəyirlir. Ekspert bələdiyyələrin vergi yığımını tam qanunsuz apardığını bildirdi: «Vergi Məcəlləsinin 196-201 maddələri fiziki şəxslərdən əmlak vergisinin tutulma qaydalarını tənzimləyir. 198-ci maddəyə görə fiziki şəxslərin əmlakı onların xüsusi mülkiyyətində olan binaların invertarlaşdırılmış dəyərinə görə vergi tətbiq olunmalıdır. İnvertal dəyəri isə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən evlərə çıxarış alanda müəyyənləşdirməli və bununla bağlı sənəd verməlidir. Fiziki şəxsin mülkü ev də ola bilər, kommersiya obyekti də».

Ağayevin fikrincə, burada ən önəmli məsələ qanunverciliyin tələbinə görə fiziki şəxslərin əmlakının mütləq invertar dəyərinin olmasıdır: «Həmçinin vətəndaşların mülkində olan əmlak 5 min manata qədər olduqda vergiyə cəlb olunmur. 5 min manatı örtdükdə artıq məbləğin 0,1 faizi dəyərində vergi tutulur. Məsələn, əgər evin dəyəri 10 min manatdırsa, onun 5 min manatı vergiyə çıxılmır. Qalan hissəsi üçün 5 manat ildə bir dəfə ödənməlidir.

Qanunvericiliyə görə müəyyən təbəqələr üçün vergi güzəştləri var. Kimsə əmlakını xalq musiqi alətlərinin, suvenerlərin istehsalı ilə istifadə edirsə, onlar əmlak vergisinə cəlb olunmur. Qarabağ müharibəsi əllilərinin, veteranlarının ödəməli olduqları əmlak vergisinin məbləği 30 manata qədər azaldılır.

Vergi Məcəlləsinin 201-ci maddəsinə görə binalar üzrə əmlak vergisi müvafiq icra hakimiyyəti orqanı müəyyən etdiyi qaydada binaların invertal dəyərinə əsaslanır. 
Son zamanlar bələdiyyələr evlərə özlərinin bildiyi şəkildə bildiriş vərəqələri göndərir. Halbuki, qanunda göstərilir ki, burada invertal dəyərin olması mütləqdir. Bu dəyəri müəyyənləşdirmək isə yalnız Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətindədir. Bələdiyyələrin evlərə göndərdiyi bildiriş sənədlərinin isə hamısı qanunsuzdur. Vergilər Nazirliyi bələdiyyələrin qanunvericiliyə zidd olan əməlləri barədə ictimaiyyətə açıqlama verməlidir və Ədliyyə Nazirliyinə qanunsuz əməllə bağlı rəsmi məktub göndərməlidir».

Vüsalə RÜSTƏMOVA 
Tarix: 16 Fevral 2011  |  Baxış sayı: 1794




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV