Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Həyatımız tam "keyfiyyətli" deyil
“İnternational Living” jurnalı 2011-cu ilin Həyat keyfiyyəti İndeksini açıqlayıb

Azərbaycan 2011-cu ilin Həyat keyfiyyəti İndeksi üzrə (Quality of Life Index 2011) ötən illə müqayisədə bir qədər yaxşılaşaraq 56 balla 106-cu yeri tutub. Ötən il ölkəmiz 51 balla 139-cu yerdə olub. “İqtisadi forum” jurnalı bu barədə dünyanın nüfuzlu nəşrlərindən sayılan “İnternational Living” jurnalının tərtib etdiyi ölkələrin reytinq cədvəlinə istinadən xəbər verir.

Jurnalın reytinq cədvəli həyat səviyyəsi, mədəniyyət, iqtisadiyyat, ekologiya, səhiyyə, infrastruktur, ictimai təhlükəsizlik və iqlim sahələri üzrə 192 ölkə arasında aparılmış araşdırmaları əhatə edib. Hər bir sahə 100 ballıq sistemlə qiymətləndirilib. Halbuki 2010-cu ildə belə ölkələrin sayı 194 olub.

Ötən illə müqayisədə cədvəlin liderləri arasında xeyli dəyişiklik olub. Ən yüksək göstəriciyə 86 balla cədvələ liderlik edən ABŞ nail olub. 2010-cu ilin lideri olan Fransa 75 balla dördüncü yerə düşüb. Avstraliya, İsveçrə, Almaniya ilk beşliyi tərk etməli olublar. Əvəzində 2011-ci ildə Yeni Zelandiya ikinci (76), Malta üçüncü (76 bal), Monako (75 bal) isə beşinci olub.

Keçmiş SSRİ ölkələri arasına Baltik ölkələri həmişəki kimi digərləri ilə müqayisədə yüksək göstərici əldə ediblər. Estoniya 69 balla 32-ci, Latviya 69 balla 33-cü, Litva 68 balla 36-cı yeri tutub. Estoniya və Litvada azadlıq maksumum bal yığıb.

MDB ölkələri arasında ən yüksək göstəricini 60 balla 73-ci yeri tutan Ukrayna göstərib. Moldova 80-ci (59 bal), Gürcüstan isə 88-ci (58 bal) yeri tutub.  

Azərbaycan bu il mövqeyini az da olsa yaxşılaşdıra bilib. Ümumilikdə 56 bal toplayaraq 106-cı yerə yüksəlib. Halbuki ötən il ölkəmiz 51 balla 139-cu yerdə olub. Azərbaycan ən yüksək göstəriciyə mədəniyyət (71 bal) və həyatın dəyəri (71 bal) sahəsində nail olub. Ən aşağı qiyməti ötən il olduğu kimi azadlıq sahəsi üzrə alıb. Bu sahədə 100 mümkün baldan cəmisi 25-i toplaya bilib. Azadlıq səviyyəsi göstəricisinə görə Azərbaycan 192 ölkə arasında 145-ci yeri tutub. Ölkəmiz ictimai təhlükəsizlik sahəsində 71, iqlimdə 62, iqtisadiyyatda 66, ekologiyada 44 bal toplayıb. Bundan başqa səhiyyə üzrə 58, infrastruktur üzrə 33 bal yığa bilib.

Ermənistan 55 balla 110-cu, Qırğızıstan (54 bal) 114-ci, Rusiya 118-ci (54 bal), Qazaxıstan 133-cü (52),  Belorus isə 141-ci (51 bal) yeri tutub. MBD ölkələri arasında ən pis nəticələri Özbəkistan, Türkmənistan və Tacikistan göstərib. Özbəkistan 50 balla 143-cü, Türkmənistan 49 balla 153-cü, Tacikistan 48 balla 157-ci yeri tutub. 

Reytinq cədvəlini 34 balla Çad və 28 balla Somali tamamlayır.

 
 
Tarix: 17 Fevral 2011  |  Baxış sayı: 894




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV