Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Su tarifləri: kəndlə şəhərə fərqli baxış
 Ekspert: “Xidmətin keyfiyyət göstəriciləri mərkəzdən regionlara doğru uzaqlaşdıqca azalır və əsas diqqət bu istiqamətə yönəldilməlidir”

Tarif Şurasının suyun qiymətinin qaldırılması ilə bağlı qərarından sonra ölkə ictimaiyyəti üçün ciddi əhəmiyyət kəsb edən bir sual ortaya çıxıb. Söhbət ondan gedir ki, Tarif Şurası yalnız “Azərsu” Səhmdar Cəmiyyətinin göstərdiyi xidmət sahələrində qiymətləri artırıb. Halbuki, ölkə əhalisinin bir qismi, xüsusən də kənd yerlərində yaşayanların su təminatı ilə “Azərsu” məşğul olmur.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev məsələni Lent.az-a şərh edərək bildirir ki, mərkəzləşmiş su sisteminə qoşulan “Azərsu”yun nəzarətində olan ərazilərdə qiymətlər Taarif Şurasının qərarı ilə müəyyənləşir. Mərkəzləşdirilmiş su sistemi olmayan ərazilərdə isə su təminatı bələdiyyələrin və ayrı-ayrı qurumların quraşdırdığı artezianlar hesabına ödənilir. Ancaq həmin suyun dəyərinin toplanması mexanizmi yoxdur və istər əhalinin su təminatında, istərsə də sudan istifadə haqlarının yığımında ciddi problemlərə yol açır.

Nəzarətdən kənar tarif

Müsahibimiz söyləyir ki, mövcud qanunvericilikdə mərkəzləşdirilmiş su sistemindən kənar mənbələrdən istifadə olunan suyun ödənişlərini mexanizm yoxdur. Onun fikrincə, Su Məcəlləsində deyilirsə ki, su pullu olmalıdır, onda suyun pullu olmasına təminat verən, yaxud da suyun pulunu müəyyənləşdirən mexanizmlər olmalıdır: “Məsələ burasındadır ki, “Azərsu”yun səlahiyyət dairəsində olan ərazilərdə suyun haqqını Tarif Şurası öz qərarında göstərir. Bu isə o deməkdir ki, kənd yerlərində, o cümlədən “Azərsu”yun nəzarətində olmayan ərazilərdə həmin tariflər tətbiq olunmur. Belə olan halda həmin ərazilərdə tarifin müəyyənləşdirilməsi üçün başqa mexanizm işlənməlidir».

Məsələ burasındadır ki, hələ belə bir mexanizm yoxdur. Ancaq ölkənin həyati və strateji əhəmiyyətli bir sahəsində qiymət tənzimlənməsi olmaması da əlavə suallar doğurur. Rövşən Ağayev deyir ki, kənd yerlərində insanların bələdiyyələr və başqa təşkilatlar vasitəsilə suya çıxışı var, bu təşkilatlar su təminatına müəyyən şərait yaradıb. Amma həmin təşkilatların istehlak olunan suyun haqqını almaq üçün əlində hüquqi əsas yoxdur. Bu səbəbdən yerli özünüidarə ilə vətəndaşlar arasında çox ciddi ziddiyyətlər yaranıb: “Bu, lokal xarakterli problem də deyil ki, bələdiyyə özbaşına, öz qərarları ilə həll etsin. Bu mexanizmlər bələdiyyənin normativ aktları ilə həll oluna bilməz”.

Ekspert bildirir ki, bu, yüz minlərlə insanın həyatına təsir edən ölkə miqyaslı problemidir. Elə ona görə də qanunverici hakimiyyət tərəfindən zəruri normativ aktlar qəbul olunmalıdır. Rövşən Ağayevin sözlərinə görə, həm su pulunun müəyyən olunması qaydaları, prinsipləri, meyarları, ölçüləri, həm də ödənişlərin yuxarı və aşağı həddi konkret şəkildə müəyyənləşməlidir. Həmçinin müəyyənləşdirilən tariflərin su sisteminin fəaliyyətinə təminat verməsi mexanizmləri, bu təminatın su sistemini saxlamadığı halda dövlətin üzərinə düşən maliyyə öhdəlikləri də aydınlaşmalıdır.

Xatırladaq ki, “Azərsu”ya münasibətdə dövlət bu öhdəlikləri yerinə yetirir. Belə ki, su təsərrüfatında tariflərlə xərclərin təmin olunmayan hissəsi “Azərsu”ya subsidiya şəklində verilir. Məsələn, son 3-4 ildə “Azərsu” investisiya şəklində hər il 100 milyon manat subsidiya alır. Üstəlik Səhmdar Cəmiyyət dövlətin zəmanəti altında böyük kreditlərdən də bəhrələnir.

Rövşən Ağayev hesab edir ki, eyni şərtlər kənd yerlərində yerli özünüidarəetmə orqanlarının nəzarətində olan su təsərrüfatlarına aid olunmalıdır. Üstəlik dövlət əvvəlcə tariflərin müəyyənləşdirilməsi mexanizmini müəyyən etməli, sonra bu xidmətlərə görə hesablama aparılmalıdır. Onun fikrincə, müəyyən olsa ki, bu tariflər yüksək deyil, aşağı götürülüb, onda dövlət artıq insanların keyfiyyətli və daimi suya əlçatanlığını təmin etmək üçün tədbirlər görməlidir.

Yeri gəlmişkən, su xidmətləri xərclərinin ödənməyən hissəsini dövlətin öz üzərinə götürməsi beynəlxalq təcrübədə də geniş yayılıb. Belə ki, dövlət su təsərrüfatında tariflərlə təmin olunmayan xərcləri öz büdcəsindən yerli özünüidarəetmə orqanlarına subsidiya şəklində verir. Bu təcrübəyə hətta dünyanın inkişaf etmiş ölkələrində də rast gəlinir. Beynəlxalq təcrübəyə gəlincə, Rövşən Ağayev deyir ki, Azərbaycanda da tariflərlə yanaşı tariflərin xərcləri ödəyə bilmədiyi hissəsini dövlət öz üzərinə götürməlidir. Onun fikrincə, bunun üçün zəruri maliyyə ehtiyatı resurslarını qiymətləndirmə mexanizmlərinin işlənməsinə zərurət var.


Yeni qaydalar və mexanizmlərə ehtiyac var

“Azərsu” ASC-nin texniki təchizat şöbəsinin rəis müavini Bahadur Kəngərli də ölkədə sudan istifadə haqlarının müəyyən edilməsi mexanizmlərin olduğu qənaətindədir. Onun sözlərinə görə, kənd yerlərindəki həm içməli , həm də suvarma suları üçün artezian və subartezian quyuları var və Tarif Şurasının müəyyən etdiyi qiymətlər mənbəyindən asılı olmayaraq, bütün içməli suyu şamil olunur. Ancaq suvarma məqsədilə fəaliyyət göstərən artezian quyuları isə Meliorasiya və Su Təsərrüfatı Komitəsinə aiddir və bu suyun tarifləri başqadır: “Ola bilər ki, hansısa müəssisə, yaxud da fiziki şəxs öz ərazisində su qurğusu var. Belə olan halda həmin şəxslər heç kimə pul ödəmir. Yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşma əldə edirlər ki, orada su çıxarmağa icazə verilsin”.

Bələdiyyələrin nəzarətində olan su sistemlərində xidmət haqlarına gəlincə, Bahadur Kəngərli bildirir ki, Bakıətrafı ərazilərdə də artezian və subartezian quyuları var və bu qurğular vasitəsilə verilən su yalnız texniki məqsədlər üçün istifadə oluna bilər: “Bu sular içməli su olmadığından onlardan istifadə haqları “Azərsu”yun ümumi tariflərinə aid deyil”.

“Birləşmiş Sukanal” MMC-nin texniki şöbəsinin rəisi Adil Tağıyev isə bildirir ki, “Azərsu”yun rayon idarələrinin balansında olan artezian, subartezian və bulaqların hamısında xidmət haqları yeni tariflərə əsaslanır. Onun sözlərinə görə, “içməli su” ifadəsi istər “Azərsu”yun, istərsə də bələdiyyələrin, hətta Meliorasiya və Su Təsərrüfatı Komitəsinin balansında olan bütün içməli su mənbələrini əhatə edir: “Kənd yerlərində içməli suyun içməli olub-olmadığını müəyyən edən mexanizmlər həqiqətən də mürəkkəbdir. Hətta çox hallarda bu məsələlər qarışdırılır. Nəinki kənd yerlərində, bir çox ərazilərdə suvarma məqsədli sudan içməli su kimi istifadə edirlər”.

Bələdiyyələrin balansında olan artezian və subartezian vasitəsilə verilən suyun qiymətinin necə müəyyənləşməsinə gəlincə, Adil Tağıyev deyir ki, bu qiymətlər təxminən “Azərsu”yun tariflərinə yaxındır: “Kənd yerlərində suyun qiymətini elə bələdiyyələr özləri yerli əhali ilə razılıq əsasında müəyyən edir. Amma bələdiyyələrin balansında olan su sistemlərindən içməli su kimi istifadə edilməsinə icazə verilmir. Çünki bələdiyyənin balansında olan artezian və subartezianlar yalnız suvarma məqsədlidir. İçməli su üçün isə hansısa qaydalar və mexanizmlər hazırlanmalıdır”.

Adil müəllim deyir ki, bələdiyyələrin balansındakı su mənbələri əvvəllər “Azərsu”yun tabeliyində olub. Lakin bir müddətdən sonra bələdiyyələrin artezian və subartezianları saxlamağa gücü çatmadığından onları yenidən “Azərsu”ya qaytarıb. Onun sözlərinə görə, belə hallar Siyəzən, Dəvəçi, Quba rayonlarında daha çox olub: “Həmçinin mərkəzi Aran bölgəsində, o cümlədən, Bərdə və Tərtər rayonlarında da belə hallar çoxdur. Bu rayonların su təsərrüfatlarında ümumiyyətlə çox özbaşınalıqlar olub”.

Xatırladaq ki, kənd yerlərində içməli su təchizatı ilə bağlı Dövlət Proqramı da var və proqram çərçivəsində hər 5-10 ev üçün şəbəkə qurulması və ya tam sayğaclaşmaya keçməklə hər evə su çəkilməsi, su mənbələri əlçatmaz olduğu halda isə maşınla əhaliyə çatdırılması nəzərdə tutulur. Dövlət Proqramı bu problem 2014-cü ilə qədər həll etməyi planlaşdırır.


Köhnə və yeni qiymətlər

Azərbaycanda sonuncu dəfə sudan istifadə haqları Taarif Şurasının qərarı ilə 2007-ci ilin yanvarın 8-də qaldırılıb. Həmçinin həmin qərarla sayğaclaşmamış abonentlər üzrə 1 nəfər üçün suyun aylıq istifadə norması 12 kubmetrdən 6 kubmetrədək azaldılıb. Bundan başqa, 2007-ci il yanvarın 8-dək 1 nəfər 12 kubmetr su üçün ayda 1 manat 19 qəpik ödədiyi halda, Taarif Şurasının qərarından sonra bu norma 6 kubmetr üçün 1 manat 32 qəpik həddində müəyyən edilib.

İstehlakçı qrupu
2011-ci il fevralın 1-dək
2011-ci il fevralın 1-dən

Bütün Abşeron yarımadası, Bakı, Sumqayıt, Gəncə, Xırdalan, Mingəçevir və Şirvan üçün

18 qəpik
30 qəpik
Digər regionlar
12 qəpik 
25 qəpik

Sudan xammal kimi istifadə edənlər üçün

8 manat 40 qəpik
12 manat
Digər sahələr
 
1 manat
Tullantı suların axıdılması üzrə:
 
 
əhali
 
0,06 qəpik
Qeyri-əhali
 
30 qəpik



Tarif Şurasının 2011-ci il fevralın 1-dən qüvvəyə minən qərarına əsasən isə
“Azərsu” Səhmdar Cəmiyyətinin göstərdiyi xidmətlərə görə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonunda içməli suyun hər kubmetri 30 qəpiyə, digər rayonlarda 25 qəpiyə qaldırılıb. Həmçinin su sayğacı qoyulman mənzillərdə adambaşına aylıq norma 6 kubmetrdən 5 kubmetrə endirilib. Bu isə o deməkdir ki, mənzilində sayğac olmayan abunəçilər fevralın 1-dən adambaşına hər ay “Azərsu”ya 1 manat 50 qəpik ödəməlidir. Ancaq ekspertlər bildirirlər ki, hazırda bu normativlərin tətbiq olunduğu ərazilərdə adambaşına 5 kubmetr su işlətmir. Elə “Azərsu” ASC-nin Suölçmə cihazlarının İstismarı Təsərrüfatı və Su Satışı Müəssisəsinin abonent xidmətləri şöbəsinin rəis müavini Hikmət Qəhrəmanov da Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonunda bina evlərində yaşayanların adambaşına ay ərzində təxminən 3,5 kubmetr su işlədiyini söyləyir.

Konstitusiya” Araşdırmalar Fondunun kommunal xidmət komissiyasının sədri Ələkbər Ağasiyev isə hesab edir ki, əgər qiymət artırsa, bu, ilk baxışda xidmətin keyfiyyətində, fasiləsizliyində və təhlükəsizliyində göstərməlidir. Onun fikrincə, paytaxt Bakının mövcud su təminatına nisbətdə regionlarda bu problemlərin həlli yaxın illər üçün real görünmür: “Qanunvericilikdə göstərilir ki, içməli su təminatında fasiləsizlik, təhlükəsizlik və keyfiyyət əsas şərtdir. Lakin Bakının özündə mənzillərdə sayğacın olub-olmamasında asılı olmayaraq, gündə 2 dəfə içməli su verilir. Yayda isə bəzi binalara içməli su ümumiyyətlə verilmir. Ona görə də “Azərsu”yun nəzarətindən kənar su sistemlərində problemlərin həll olunması, şəffaflıq, qiymət tənzimlənməsi kimi məsələlər hələ uzun çəkəcək”.
 


“Tarif yalnız istehlakçıların mənzillərinə daxil olan suya hesablanır”


Ekspert hesab edir ki, ümumiyyətlə, Azərbaycan istehlakçılarına verilən suyun maya dəyəri və satış qiymətlərinə yalnız istehlakçıların mənzillərinə daxil olan suya görə hesablanır. Bu, o deməkdir ki, içməli su istehlakçının mənzilinə normal - həm kimyəvi təmizləmədən keçmiş, həm mexaniki qarışıqlardan təmizlənmiş halda istehlakçıya verilir. Yəni içməli su yalnız istehlakçının mənzilinə daxil olduqdan sonra ona tariflər tətbiq edilə bilər.


Ələkbər Ağasıyev bildirir ki, içməli suyun normal təzyiqlə mənzilə daxil olması xərcləri tam şəkildə Tarif Şurasının müəyyən etdiyi qiymətlərdə nəzərə alınır. Ancaq təchizatçı qurum Tarif Şurasının hər kubmetr su üçün müəyyən etdiyi qiymətlərin bir hissəsini istehlakçı göstərmədiyi xidmətlərə görə alır: “Bu isə o deməkdir ki, Tarif Şurası “Azərsu”ya göstərmədiyi xidmətlərə görə də ödəniş hesablayır. Bu, nə dərəcədə məntiqə uyğundur?”


Ekspert hesab edir ki, qanunlara ciddi əməl və dövlət nəzarəti olunsa, kənd yerlərində, o cümlədən “Azərsu”yun tabeliyində olmayan ərazilərdə bu problemi həll etmək mümkündür. Amma onun fikrincə, xidmətin keyfiyyət göstəriciləri mərkəzdən regionlara doğru uzaqlaşdıqca azalır və əsas diqqət bu istiqamətə yönəldilməlidir.


Elxan SALAHOV

Tarix: 20 Fevral 2011  |  Baxış sayı: 1285




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV