Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Mobil rabitə tarifi: ən ucuzu Özbəkistanda, ən bahalısı isə Gürcüstandadır

Azərbaycan ən bahalı danışıq qiyməti olan ölkələrdəndir

MDB ölkələri arasında ən ucuz mobil rabitə qiymətləri Özbəkistan, ən bahalı tarif isə Gürcüstandadır. “İqtisadi forum” jurnalı bu barədə Rusiyanın “Rossiya” kanalına istinadən xəbər verir.

MDB-nin mobil rabitə bazarlarının araşdırmasının nəticəsi göstərir ki, qonşu Gürcüstanda (bu ölkə MDB-ni ötən il tərk edib - red ) mobil rabitə vasitəsilə danışığın hər dəqiqəsi üçün təxminən 15 sent ödəmək lazım gəlir. İkinci ən bahalı mobil tarifi Qazaxıstandadır. Bu ölkədə mobil şirkətləri abunəçilərdən orta hesabla hər dəqiqə danışıq üçün 13 sent alırlar.

Azərbaycan mobil telefon tarifinin yüksəkliyinə görə MDB-də üçüncüdür. Ölkə sakinlər mobil telefonla danışıqın hər dəqiqsəsi təxminən 12 sentə başa gəlir. Məlumat üçün bildirək ki, Azərbaycanda 3 mobil rabitə operatoru fəaliyyət göstərir. Mobil rabitə bazarının əsas payı Azercell şirkətinin payına düşür.

Qiymətlərin bahalığına görə, növbəti yerləri MoldovaErmənistan tutur. Bu ölkələrdə mobil rabitə tarifinin dəqiqəsi uyğun olaraq 11 sent və 10 sentdir. Danışıq dəyəri Belarusda 8 sent, Ukraynada 7 sent təşkil edir.

TacikistanQırğızıstanda qiymətlər eynidir – 5 sent.

Tacikistandan artıq bu ilin fevral ayından etibarən mobil rabitə danışıqlarına aksiz vergi tətbiq edilir. Bundan sonra abunəçilər əlavə olaraq 3% həcmində vergi ödəməli olacaqlar. Ölkənin Maliyyə Nazirliyinin məlumatına götə, mobil rabitə operatorlarının illik gəliri 300 milyon dollar təşkil edir.

Rusiyada danışıq qiymətləri təxminən 4 sent təşkil edir.

Ən ucuz danışıq tarifi Özbəkistandadır. Bu ölkənin sakinləri mobil danığışın hər dəqiqəsi üçün 2 sent ödəməli olurlar.

Ekspertlərin rəyinə görə, MDB ölkələrinin mobil rabitə bazarı Rusiyadan xeyli geri qalır. Rusiya isə hələ də Avropaya çata bilməyib. MDB ölkələrinin əksəriyyətində ən azı bir Rusiya operatoru fəaliyyət göstərir. Ən yaxşı rəqabətin olduğu bazar Ukrayna hesab olunur.

Artıq bütün tezliklər tutulduğundan mobil rabitə operatorları yeni xidmət təklif etməyə üstünlük verirlər. Qazaxıstanda 4 nəsil rabitə xidməti tətbiq edilir. Özbəkistan, Tacikistan, Ermənistan və Qırğızıstanda videozəng xidmətləri geniş yayılıb.

Araşdırmalar göstərir ki, Qafqaz ölkələrində Orta Asiya ilə müqayisədə az sms yazmağa üstünlük verirlər. Əvəzində nömrələrə daha çox diqqət ayırırlar. Gürcüstanda köhnə nömrəni saxlamaqla operatoru asanlıqla dəyişmək olar.  


Tarix: 22 Fevral 2011  |  Baxış sayı: 1262




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV