Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Ədliyyə Nazirliyi Hesablama Palatasının bəzi səlahiyyətlərini mənimsəmək istəyir

Samir Əliyev: “Palata olan yerdə maliyyə yoxlaması aparan ikinci quruma ehtiyac yoxdur”

Fəzail Ağamalı: “Bələdiyyə vəsaitlərinin xərclənməsinə nəzarətin nazirliyə verilməsi səhv olar”

Fevralın 11-də bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı Milli Məclisdə Ədliyyə Nazirliyinin 2010-cu il üzrə hesabatı dinlənildi. Ədliyyə nazirinin müavini Vilayət Zahirovun təqdim etdiyi hesabat və ümumilikdə mövcud vəziyyət millət vəkilləri tərəfindən ciddi tənqid edildi. Xeyli müddətdir vətəndaş cəmiyyəti institutlarının qabartdığı bir çox problemlər parlament tribunasından səsləndirildi, bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi məsələsi qaldırıldı. Özü də bu dəfə hakimiyyətyönlü deputatlar tərəfindən.

Hesabatda daha çox diqqət çəkən məqam isə Ədliyyə Nazirliyinin bələdiyyələrin fəaliyyətinə maliyyə nəzarətini ələ keçirmək istəyi ilə bağlıdır. Belə ki, V.Zahirov bildirib ki, inzibati nəzarətin həyata keçirilməsi zamanı bir sıra hallarda bələdiyyə büdcəsinin qanunvericiliyə uyğun icrasının araşdırılması tələb olunur, bu isə müvafiq ekspertizanın təyin edilməsini zəruri edir: “Hesab edirik ki, inzibati nəzarəti həyata keçirən orqanın bələdiyyənin maliyyə-büdcə ekspertizasını təyin etmək hüququ və ekspertiza ilə bağlı xərclərin dövlət büdcəsindən ayrılan vəsait hesabına ödənilməsi barədə ”Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" qanuna əlavələr edilməsi bu problemi aradan qaldıra bilər və inzibati nəzarətin səviyyəsini yüksəldər".

Qeyd edək ki, hazırda bələdiyyələrin maliyyə-büdcə ekspertizasını Hesablama Palatası həyata keçirir. Ekspertlərin qənaətincə, Ədliyyə Nazirliyi Hesablama Palatasının səlahiyyətlərini mənimsəməyə çalışır. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev hesab edir ki, millət vəkillərinin yanaşmasında müşahidə edilən dəyişiklik təqdirəlayiqdir: “Bu vaxta qədər dövlət qurumları, o cümlədən parlament üzvləri bələdiyyələrin kifayət qədər səlahiyyətinin olduğunu iddia edirdilər. İndi gec də olsa səlahiyyətlərin artırılmasının vacibliyini qəbul etməyə başlayıblar. Vətəndaş cəmiyyəti Azərbaycanda yerli özünüidarənin gücləndirilməsi ilə bağlı parlamentə müxtəlif tövsiyələr təqdim edib. Yaxşı olardı ki, qanunverici orqan həmin tövsiyələri nəzərdə keçirib bələdiyyələrin səlahiyyətlərinin artırılması və buna uyğun olaraq maliyyə imkanlarının genişləndirilməsi istiqamətində konkret addımlar atsın. Bu gün bələdiyyələr dövlət qurumlarının, xüsusən də yerli icra hakimiyyətlərinin əlaltısına çevrilib. Kim necə istəyir, elə də bələdiyyələri idarə edir, yoxlayır. Bunun nəticəsidir ki, bələdiyyələr əhalinin problemlərini yox, dövlət qurumlarının tapşırıqlarını yerinə yetirmək məcburiyyətində qalıblar”.

İnzibati nəzarətlə bağlı illik məruzəyə toxunan ekspert hesab edir ki, nazirliyin inzibati nəzarətin keyfiyyətinin artırılması ilə bağlı təklifləri adıçəkilən qurumun öz səlahiyyətlərini genişləndirmək, xüsusən də maliyyə nəzarəti səlahiyyəti əldə etmək məqsədi güdür. “İnzibati nəzarəti həyata keçirən orqan bələdiyyənin maliyyə-büdcə ekspertizasını aparmaq hüququnu da əldə etmək istəyir, bunun üçün büdcədən pul ayrılmasını təklif edir. Halbuki müvafiq qanuna görə, yerli büdcənin maliyyə-büdcə ekspertizasını Bələdiyyələrlə İş Mərkəzinin sorğusu əsasında Hesablama Palatası həyata keçirir. Palata olan yerdə maliyyə yoxlaması aparan ikinci quruma nə ehtiyac var? Digər tərəfdən, Palata dövlət büdcəsindən maliyyələşdiyindən maliyyə-büdcə ekspertizası üçün əlavə vəsaitə də ehtiyac yoxdur”.

S.Əliyev hesabatla bağlı da fikirlərini bölüşdü. Onun sözlərinə görə, hesabatda bələdiyyələrin fəaliyyətində aşkar olunan nöqsanlarla yanaşı, onların fəaliyyətinə mane olan amillər də əksini tapmalıdır. “Bir sıra hallarda bələdiyyələr öz səlahiyyətlərini obyektiv səbəbdən yerinə yetirə bilmirlər. Bələdiyyələr onlara ayrılan dotasiyaları tam ala bilmirlər. Mülkiyyətində olan torpaqlar üzərində sərbəst qərar verə bilmirlər. Onların fəaliyyətinə müdaxilələr getdikcə artır. Xüsusən də belə müdaxilələr dövlət qurumları tərəfindən baş verir. Ancaq hesabatda bələdiyyələrin fəaliyyətinə müdaxiləni məhdudlaşdıracaq hər hansı fakta rast gəlmək olmur. Və yaxud yerli özünüidarənin gücləndirilməsini şərtləndirəcək təkliflər yoxdur. Əvəzində bələdiyyələrin fəaliyyətinə əsassız nəzarəti, dövlətin qurumlarının bələdiyyə üzərində hakimiyyətini daha da gücləndirən təkliflər yer alır”.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Fəzail Ağamalı bildirdi ki, bələdiyyə institutu yaradılandan indiyə qədər inkişaf da müşahidə edilib, problemlər də. Millət vəkilinin sözlərinə görə, bələdiyyələrin fəaliyyəti torpaq satışı ilə məhdudlaşmamalıdır: “Bələdiyyələrin maariflənməsinə, öz hüquqlarını bilməsinə çox ciddi ehtiyac var. Digər tərəfdən, bələdiyyələr üzərindən icra başçılarının ”Demokl" qılıncı götürülməlidir. Qanunun bələdiyyələrə verdiyi səlahiyyətlər icra başçıları tərəfindən məhdudlaşdırılır, mənimsənilir. Bələdiyyələr özləri də icra başçılarının fəaliyyətlərinə müdaxilə etməsinə, səlahiyyətlərinin mənimsənilməsinə mütiliklə yanaşmalı deyillər, müqavimət göstərməlidirlər".

F.Ağamalının fikrincə, bələdiyyələrə ayrılan maliyyə artırılmalıdır, onlar gəlirli maliyyə mənbələri ilə təmin olunmalıdır: “Bələdiyyə bu gün orta məktəb, bağça, tibb müəssisəsi yarada bilər. Azərbaycan bələdiyyələrinin heç birində bu yoxdur. Əslində bələdiyyəyə dövlət tərəfindən pul verilməməlidir, şərait yaratmaq lazımdır ki, onlar özləri özlərini təmin etsinlər”. O ki qaldı maliyyə-büdcə ekspertizası imkanının ƏN tərəfindən götürülməsi cəhdlərinə, deputat bildirdi ki, qanunvericilikdə büdcədən ayrılan vəsaitlərin üzərində nəzarət hüququ Hesablama Palatasına məxsusdur: “Bu səlahiyyətə nəinki Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi də qatıla bilməz. Bələdiyyə vəsaitlərinin xərclənməsinə nəzarəti Hesablama Palatası həyata keçirir və bu səlahiyyətin Ədliyyə Nazirliyinə verilməsi səhv olar”.

Həbibə ABDULLA
"Yeni Müsavat" qəzeti
Tarix: 23 Fevral 2011  |  Baxış sayı: 1024




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV