Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


MDB iqtisadiyyatı 2010:
Azərbaycan investisiyanın artım tempi və aşağı inflyasiya səviyyəsinə görə liderdir

Ötən il Azərbaycan əsas kapitala investisiyanın artımı və inflyasiyanın aşağı səviyyədə saxlanmasına görə MDB ölkələri arasında lider, sənaye istehsalının artım tempinə görə sonuncu olub. “İqtisadi forum” jurnalının məlumatına görə, MDB dövlətlərarsı Statistika Komitəsi 2010-cu il üzrə statistik məlumatları açıqlayıb.

Komitənin məlumatına görə, yola saldığımız ildə iqtisadi artım tempinə görə Özbəkistan MDB ölkələri arasında lider olub. Bu ölkədə 2009-cu illə müqayisədə ÜDM-in artım tempi 8,5% təşkil edib. Artıma səbəb dünya bazarlarında pambığın bahalaşması olub. Pambıqçılıq hazırda Özbəkistanın kənd təsərrüfatının əsas sahələrindən biri olaraq qalır. 

Türkmənistanda ÜDM-in artım tempi 8%, Belarusda 7,6%, Qazaxıstanda 7%, Moldovada 7%, Tacikitanda 6,5% olub. Azərbaycan və Ukraynada 2009-cu illə müqayisədə 2010-cu ildə iqtisadi artım 5% təşkil edib. Rusiyada isə daha az - 4% artım qeydə alınıb. Qırğızıstanda ötən il artım olmayıb. Ölkədə baş vermiş siyasi çaxnaşmalar iqtisadi artıma mənfi təsir göstərib və ÜDM 1,4% azalıb.

Sənaye istehsalının artım tempinə görə Belarus liderdir. Ölkədə ümumi ixracın 2 dəfə, traktor ixracının isə 30% artması səbəbindən sənaye istehsalının artım tempi 11,3% təşkil edib. Artım tempinə görə sonrakı yerləri Ukrayna (11%), Qazaxıstan (10%), Qırğızıstan (9,8%), Ermənistan (9,7%), Tacikistan (9,7%), Özbəkistan (8,3%), Rusiya (8,2%) gəlir. Azərbaycanda sənaye istehsalı 2,6% artıb.

İqtisadi artımı digər göstəricisi olan əsas kapitala investisiya qoyuluşunun artım tempinə görə Azərbaycan liderdir. Ötən il bu istiqamətdə artım tempi 21,2% təşkil edib. Artım tempinin səviyyəsinə görə sonrakı yerləri Moldova (17%), Belarus (16,6%), Türkmənistan (14,5%), Tacikistan (11,5%), Özbəkistan (9,2%) tutur. Ancaq bir sıra ölkələrdə azalma müşahidə edilib. Qazaxıstanda (- 0,5%), Ukraynada (-2%), Ermənistanda (- 3,3%), Qırğızıstanda (- 9,8%) 2010-cu il əsas kapitala investisiya qoyuluşunun azalması kimi yadda qalıb.

Kənd təsərrüfatı məhsulları istehsalının artım tempinə görə ən acınacaqlı vəziyyət Ermənistanda qeydə alınıb. Məhsuldarlığın aşağı olması nəticəsində bu ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı 13,5% aşağı düşüb.Şimal qonşumuz Rusiyada azalma 11,9%, Qazaxıstanda 11,7%, Qırğızıstanda isə 2,8% təşkil edib. Növbəti yerləri Azərbaycan və Ukrayna tutur. 2009-cu illə müqayisədə 2010-cu ildə kənd təsərrüfatı istehsalı Azərbaycanda 2,2%,  Ukraynada 1% azalıb.

Ancaq 4 ölkədə artım müşahidə edilib. Kənd təsərrüfatı məhsulları istehsalında ən yüksək artım Moldovada (7,9%), Tacikistanda (6,8%), Özbəkistanda (6,8%) və Belarusda (2%) qeydə alınıb. Moldovada yüksək artıma səbəb 2009-cu ildə kənd təsərrüfatı istehsalının kəskin aşağı düşməsi olub. Bu baxımdan ötən il 2009-cu illə müqayisədə ciddi artım baş verib. 

Son vaxtlar əsas müzakirə mövzusu olan inflyasiya səviyyəsinə görə Azərbaycan liderdir. Ölkəmizdə ötən il MDB ölkələri arasında ən aşağı inflyasiya səviyyəsi (5,7%) qeydə alınıb. MDB ölkələri inflyasiyanın ikirəqəmli olmasına imkan verməyiblər. Ən yüksək inflyasiya Ukraynada (9,4%)  və Rusiyada (8,8%) olub. Ermənistan inflyasiyanı 8,2%, Qırğızıstan 8%, Belorus 7,8%, Moldova 7,4%, Qazaxıstan 7%, Tacikistan 6,5% həddində saxlaya bilib.


Tarix: 23 Fevral 2011  |  Baxış sayı: 1168




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV