Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
11.08.2020 11:12
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR
Dövlət büdcəsinin effektiv, şəffaf və məsuliyyətli idarə olunması hər bir ölkənin sosial-iqtisadi sahədə strateji hədəflərinə yetişməsi üçün həlledici şərtlərdən biridir. Azərbaycan kimi iqtisadiyyatı və büdcə gəlirləri təbii resurslardan asılı olan ölkələr üçün dövlət büdcəsinin səmərəli idarəçilik mexanizmlərinin yaradılması xüsusilə mühüm əhəmiyyət kəsb edir. Bu heç də yalnız dövlət büdcəsinin maliyyə mənbələrinin şaxələndirilməsinin təmin edilməsini deyil, həm də büdə vəsaitlərinin daha səmərəli və şəffaf idarə edilməsi mexanizmlərinin yaradılmasını zəruri edir.
Azərbaycanda 1606 bələdiyyə fəaliyyət göstərir. 2021-ci ildə bələdiyyələrin büdcə gəlirləri ölkə üzrə ümumilikdə 41,7 milyon manat, bir bələdiyyənin illik gəliri orta hesabla 26 min manat olub. Yerli büdcə gəlirlərinin həcmində kəskin fərqlər var. Kənd bələdiyyələrin büdcə gəlirləri kiçik olsa da şəhər bələdiyyələrin büdcə gəlirləri kifayət qədər yüksəkdir. Bakı şəhəri üzrə bələdiyyələrin orta illik büdcə gəlirləri 218 min manat olduğu halda Qobustanda 5 min manata bərabər olub . Büdcə gəlirlərinin həcmindən asılı olmayaraq onların şəffaf xərclənməsi, əhaliyə dövrü olaraq hesabat verilməsi çox vacibdir. Çünki bələdiyyə büdcələrinin vəsaitləri ictimai vəsaitlərdir, onlar bələdiyyə ərazisində yaşayan əhalinin ödədikləri vergi və ödənişləri hesabına formalaşır.














Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Bank kreditlərinin faiz dərəcələri artacaq

Samir Əliyev: “Uçot dərəcələrinin artımı davam edəcək, manat möhkəmlənəcək”

“İnflyasiya yalnız monetar amillərlə bağlı deyil. Xüsusən də Azərbaycanda qiymətlərə daha çox inhisarçılıq, gömrük sistemində qeyri-şəffaflıq və hökumətin investisiya tipli büdcə xərcləmələri təsir göstərir”. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bu barədə “İqtisadi forum” jurnalına açıqlamasında bildirib.

Samir Əliyevin fikrincə, uçot dərəcələrinin qaldırılması inflyasiya təzyiqlərini müəyyən qədər azaldacaq. “Ancaq 2010-cu illə müqayisədə inflyasiya səviyyəi artacaq. Hətta ikirəqəmli ola bilər. Təbii ki söhbət rəsmi göstəricidən gedir. Çünki reallıqda inflyasiya çoxdan ikirəqəmli həddə çatıb. Bununla iş bitmir. Nə qədər ki, rəqabət mühiti yoxdur, qiymətləri inhisarçılar diqtə edir, sahibkarlar gömrük sərhədində süründürməçiliklə qarşılaşır inflyasiyanın cilovlanmasından danışmağa dəyməz. Digər tərəfdən dövlət büdcəsindən maliyyələşən böyük həcmli investisiya layihələri də ölkədə qiymətlərin artımını şərtləndirir. Hökümət qarşıdakı aylarda bu amillərə diqqəti artırmalıdır”

Mərkəzi Bankın uçot dərəcələrini artırmasına münasibət bildirən ekspertə görə, bu addım gözlənilən olub: “Hələ ötən ilin noyabrında Mərkəzi Bank uçot dərəcəsini 2%-dən 3%-ə qaldıranda bunu böhranın bitməsi ilə əlaqələndirmişdi. Ancaq ekspertlər bunu inflyasiyaya qarşı qabaqlayıcı addım kimi qiymətləndirmişdilər. Onu da bildirmişdik ki, bu proses davam edəcək və uçot dərəcələri ən azı 5%-ə kimi qaldırılacaq. Çünki həmin dövrdən məlum idi ki, qarşıdakı illərdə, xüsusən də  2011-ci ildə Bank üçün əsas prioritet hədəf inflyasiya təzyiqini azaltmaq və bu həddin ikirəqəmli olmasını qarşısını almaq olacaq. Mərkəzi Bank 2011-ci ilin pul-kredit siyasəti üzrə bəyanatında milli valyutanın sabitliyinin təmin olunması ilə yanaşı inflyasiyanın aşağı səviyyədə saxlanmasını məqsəd kimi götürüb. Manatın sabitliyi demək olar ki, təmin edib. İndi əsas məsələ inflyasiyadır. Dünya bazarlarında qiymətlər bahalaşır və ölkəyə idxal inflyasiyası daxil olur. İdxal inflyasiyasının təsirini azaltmaq üçün Mərkəzi Bank pul-kredit siyasətini möhkəmləndirmək yolunu tutur. Bu məqsədlə uçot dərəcələrini məcburi ehtiyat norması artırdı”

Ekspertə görə, ABŞ və Avropa ölkələrindən fərqli olaraq inkişaf etməkdə olan ölkələr, o cümlədən MDB ölkələri inflyasiyanı cilovlamaq üçün uçot dərəcəsini qaldırmaq siyasətini yürüdür: “Çin fevral ayında məcburi ehtiyat normasını 19%-ə qaldırdı. Rusiya bu il ikinci dəfədir bu addımı atır. Hazırda Rusiyada martın 1-dən etibarən uçot dərəcəsi artırılaraq 8% təşkil edir. Məcburi ehtiyat norması 4,5%-ə artırılıb. Ermənistan da ötən ay uçot dərəcələrini 7,75%-ə qaldırıb. Digər ölkələrdə də bu tip addımlar gözlənilir.”

“Bu dəyişiklik kredit bazarına təsiri necə olacaq?” sualına cavabında ekspert  bildirdi ki, kreditlər üzrə faiz dərəcələrinin artımını şərtləndirəcək. “Ölkədə iqtisadi aktivliyə mənfi təsir göstərəcək, aktivliyin azalması müşahidə olunacaq. Bunun əsas səbəbi isə kreditlərin bahalaşması olacaq. Düzdür, bank kreditlərinin strukturunda mərkəzləşdirilmiş kreditlərin payı 15%-dən çox deyil və bu, uçot dərəcəsinin kredit bazarında təsir imkanlarını azadır. Ancaq buna baxmayaraq uçot dərəcəsinin artımı bank kreditləri üzrə faiz dərəcələrinin artımına gətirib çıxaracaq. Məcburi ehtiyat normasının artırılması da öz növbəsində, bankların sərbəst vəsaitlərini azaltmaqla yanaşı kredit resurslarını məhdudlaşdıracaq”, - deyə qeyd edib.

S.Əliyev hesab edir ki, Mərkəzi Bank pul-kredit siyasətini sərtləşdirməkdə davam edəcək: “Dolların ucuzlaşması, neftin bahalaşması və bəzi regionlarda qeyri-sabitliyin olması fonunda dünyada qiymətlərin, xüsusən də ərzaq məhsullarının bahalaşması davam edəcək. Bu, təbii ki, Azərbaycana da təsir göstərəcək. Belə bir vəziyyətdə Mərkəzi Bank inflyasiyanın rəsmi də olsa ikirəqəmli olmasına imkan verməmək üçün uçot dərəcəsini qaldırmaqda davam edəcək. Uçot dərəcəsi yəqin ki ən azı 7-8%-ə yüksələcək. Digər tərəfdən Bank manatın dollara nisbətən möhkəmlənməsi siyasətini davam etdirəcək. Dünya bazarında bahalaşma bu templə davam etdiyi təqdirdə manatın 2011-ci ildə təxminən 3-5% bahalaşması mümkündür.”

Məlumat üçün bildirək ki, Mərkəzi Bankın İdarə Heyəti 1 mart 2011-ci il tarixindən etibarən uçot dərəcəsinin 3%-dən 5%-ə qaldırılması barədə qərar qəbul edib. Bankın digər qərarına görə, bankların daxili və xarici öhdəlikləri üzrə məcburi ehtiyat norması 0.5%-dən 2%-ə qaldırılıb. Bank bu addımı inflyasiya amillərinə nəzarətin gücləndirilməsi və onların preventiv rejimdə tənzimlənmək məqsədilə ilə atdığını açıqlayıb.

Tarix: 02 Mart 2011  |  Baxış sayı: 1682




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV