Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
11.08.2020 11:12
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR
Dövlət büdcəsinin effektiv, şəffaf və məsuliyyətli idarə olunması hər bir ölkənin sosial-iqtisadi sahədə strateji hədəflərinə yetişməsi üçün həlledici şərtlərdən biridir. Azərbaycan kimi iqtisadiyyatı və büdcə gəlirləri təbii resurslardan asılı olan ölkələr üçün dövlət büdcəsinin səmərəli idarəçilik mexanizmlərinin yaradılması xüsusilə mühüm əhəmiyyət kəsb edir. Bu heç də yalnız dövlət büdcəsinin maliyyə mənbələrinin şaxələndirilməsinin təmin edilməsini deyil, həm də büdə vəsaitlərinin daha səmərəli və şəffaf idarə edilməsi mexanizmlərinin yaradılmasını zəruri edir.
Azərbaycanda 1606 bələdiyyə fəaliyyət göstərir. 2021-ci ildə bələdiyyələrin büdcə gəlirləri ölkə üzrə ümumilikdə 41,7 milyon manat, bir bələdiyyənin illik gəliri orta hesabla 26 min manat olub. Yerli büdcə gəlirlərinin həcmində kəskin fərqlər var. Kənd bələdiyyələrin büdcə gəlirləri kiçik olsa da şəhər bələdiyyələrin büdcə gəlirləri kifayət qədər yüksəkdir. Bakı şəhəri üzrə bələdiyyələrin orta illik büdcə gəlirləri 218 min manat olduğu halda Qobustanda 5 min manata bərabər olub . Büdcə gəlirlərinin həcmindən asılı olmayaraq onların şəffaf xərclənməsi, əhaliyə dövrü olaraq hesabat verilməsi çox vacibdir. Çünki bələdiyyə büdcələrinin vəsaitləri ictimai vəsaitlərdir, onlar bələdiyyə ərazisində yaşayan əhalinin ödədikləri vergi və ödənişləri hesabına formalaşır.














Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?




03.05.2023/ Büdcə prosesində Hesablama Palatasının yeri
Dövlət büdcəsinin effektiv, şəffaf və məsuliyyətli idarə olunması hər bir ölkənin sosial-iqtisadi sahədə strateji hədəflərinə yetişməsi üçün həlledici şərtlərdən biridir. Azərbaycan kimi iqtisadiyyatı və büdcə gəlirləri təbii resurslardan asılı olan ölkələr üçün dövlət büdcəsinin səmərəli idarəçilik mexanizmlərinin yaradılması xüsusilə mühüm əhəmiyyət kəsb edir. Bu heç də yalnız dövlət büdcəsinin maliyyə mənbələrinin şaxələndirilməsinin təmin edilməsini deyil, həm də büdə vəsaitlərinin daha səmərəli və şəffaf idarə edilməsi mexanizmlərinin yaradılmasını zəruri edir.


28.02.2023/ Yerli büdcələrdə şəffaflıq, hesabatlılıq və ictimai iştirakçılıq
Azərbaycanda 1606 bələdiyyə fəaliyyət göstərir. 2021-ci ildə bələdiyyələrin büdcə gəlirləri ölkə üzrə ümumilikdə 41,7 milyon manat, bir bələdiyyənin illik gəliri orta hesabla 26 min manat olub. Yerli büdcə gəlirlərinin həcmində kəskin fərqlər var. Kənd bələdiyyələrin büdcə gəlirləri kiçik olsa da şəhər bələdiyyələrin büdcə gəlirləri kifayət qədər yüksəkdir. Bakı şəhəri üzrə bələdiyyələrin orta illik büdcə gəlirləri 218 min manat olduğu halda Qobustanda 5 min manata bərabər olub . Büdcə gəlirlərinin həcmindən asılı olmayaraq onların şəffaf xərclənməsi, əhaliyə dövrü olaraq hesabat verilməsi çox vacibdir. Çünki bələdiyyə büdcələrinin vəsaitləri ictimai vəsaitlərdir, onlar bələdiyyə ərazisində yaşayan əhalinin ödədikləri vergi və ödənişləri hesabına formalaşır.


21.11.2022/ İctimai maliyyə ilə bağlı məlumatlarının əlçatanlığı: qanunvericiliyin tələbləri, beynəlxalq standartlar və mövcud vəziyyət
Azərbaycanda ictimai maliyyə ilə bağlı məlumatlarına əlçatanlıq səviyyəsi heç vaxt qaneedici olmayıb. Sıravi vətəndaşlardan fərqli olaraq bu məlumatların aktiv istifadəçiləri olan vətəndaş cəmiyyəti təmsilçiləri, dövri mətbuat nümayəndələri, araşdırmaçılar daim məlumatların keyfiyyətindən və onları əldə edilməsinin çətinliyini qabardıblar. İnformasiya texnologiyaların inkişaf fonunda məlumatların elektronlaşması, hökumətin məlumatların açıqlanmasına dair tələblərinin artması və əhalinin elektron xidmətlərə əlçatanlığı da problemi həll edə bilməyib.


22.10.2019/ İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi kənd ərazilərində məişət tullantılarının idarə olunması sisteminin təkmilləşdirilməsi üzrə təklifləri
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi “Kənd yaşayış məntəqələrində məişət tullantılarının idarə edilməsi sahəsində problemlərin həlli ilə bağlı ictimai müzakirlərin və ictimai vəkilliyin təşkili” adlı layihə həyata keçirib. Layihə çərçivəsində kənd yaşayış məntəqələrində məişət tullantılarının idarə edilməsi sahəsində normativ-hüquqi bazanın mövcud durumu və bir neçə pilot ərazi (Mərkəzi Aran zonası - Bərdə və Tərtər rayonlarının kəndləri) timsalında real vəziyyət araşdırılıb, bu sahədə son illər əldə olunmuş nailiyyətlər və problemlər aşkarlanıb, mövzu üzrə bir sıra ölkələrin maraqlı təcrübələri öyrənilib, habelə sahənin mütəxəssisləri və ekspertləri ilə dərinləşdirilmiş müsahibələr təşkil olunub.


05.07.2017/ Tanınmış iqtisadçı devalvasiyanın biznesə vurduğu zərbələrdən danışdı:"Sahibkarlar pulsuz qalıblar" - MÜSAHİBƏ

2014-cü ilin iyun ayının sonlarından etibarən, dünya əmtəə bazarlarında neft üzüaşağı getməyə başladı. 2014-cü ilin iyunun 20-də 115 dollara satılan "Brent" markalı neft ilin sonunda 60 dollardan da ucuz təklif edilirdi. “Qara qızıl”ın yarım ildə 2 dəfə ucuzlaşması, sonrakı aylarda hətta 29 dollara düşməsi neft gəlirlərindən asılı olan ölkələr, o cümlədən Azərbaycan üçün də çətinliklər vəd edirdi.

2015-ci ildən başlayaraq iqtisadiyyatda çox hadisələr yaşandı: manat dəyərini itirdi, qiymətlər bahalaşdı, bankların bir hissəsi bağlandı, əmanət və kredit qoyuluşu azaldı, bəzi yerli və xarici şirkətlər bazarı tərk etdi və s. Təsadüfi deyil ki, son iki ildə ölkənin iqtisadi gündəmini məhz devalvasiya təhlükəsi, bankların bağlanması kimi mövzular zəbt edib. Şirkətlər bağlanır, maaşlar azaldılır, işsizlik artır… Bəs bu vəziyyət haçanadək davam edəcək?



18.05.2017/ Açıq Hökumət Tərəfdaşlığına dair 3 kitab

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ekspert qrupu kitab təqdimatı keçirtdi

Mayın 18-də Holiday İnn otelində  İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ekspert qrupu tərəfindən hazırlanmış Açıq Hökumət Tərəfdaşlığına aid 3 hissəli kitabların təqdimatı olub. Açıq Hökumətin Təşviqinə Dair  Hökumət – Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının iştirakı ilə təşkil edilən təqdimatda dövlət qurumları, vətəndaş cəmiyyəti nümayəndələri, müstəqil ekspertlər iştirak edib.



17.03.2017/ Media və vətəndaş cəmiyyətinin Açıq Hökumət Tərəfdaşlığı təşəbbüslərində rolunun artırılması
Bakıda media və vətəndaş cəmiyyəti üzvləri üçün ikigünlük təlim keçirildi

Martın 14-15 tarixlərində Park Inn otelinin konfrans zalında “Media və vətəndaş cəmiyyətinin Açıq Hökumət Tərəfdaşlığı təşəbbüslərində rolunun artırılması” mövzusunda ikigünlük təlim keçirilib. Təlimdə ümumilikdə 30-dək mətbuat və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edib.



29.12.2016/ İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ekspertləri 2017-ci ilin dövlət büdcəsinə rəy hazırlayıb
Dünya bazarlarında neftin qiymətinin düşməsi nəticəsində Azərbaycan neft gəlirlərinin kəskin azalması ilə üzləşdi və bu, ilk növbədə dövlət büdcəsinin gəlirlərinin və xərclərinin azalması ilə nəticələndi. 2015-ci ildə milli valyutanın kəskin devalvasiyaya məruz qalması və dəyərini iki dəfəyədək itirməsi iqtisadi durumu ağırlaşdırdı. 2016-cı il ərzində manatın məzənnəsinin tədricən azalması prosesi davam etdi.


22.11.2016/ Süd istehsalı əsasən 2-3 baş maldan ibarət olan ailə təsərrüfatları tərəfindən təmin olunur
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi Süd emalı sektorunda problemlər və perspektivlərmövzusunda dəyirmi masa keçirib

2016-cı il noyabrın 22-də İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi və  Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) ABŞ BİA-nın maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində Süd emalı sektorunda problemlər və perspektivlər
mövzusunda dəyirmi masa keçirilib. Tədbirin iştirakçıları ölkənin müxtəlif regionlarını təmsil edən süd istehsalı və emalı sahəsində fəaliyyət göstərən iş adamları və fermerlər idi.


28.10.2016/ Sahibkarlığın inkişafına mane olan bəzi problemlər və onların həlli yolları

2016-cı il oktyabrın 28-də İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi və  Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) ABŞ BİA-nın maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində “Sahibkarlığın inkişafına mane olan bəzi problemlər və onların həlli yolları” mövzusunda dəyirmi masa  müzakirələri təşkil edib. Müzakirədə dövlət qurumlarının, sahibkarlar, müstəqil ekspertlər və yerli QHT-lərin təmsilçiləri iştirak edirdi.



28.09.2016/ “Arıçılığın inkişafı” Dövlət Proqramı qəbul edilməlidir
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi “Azərbaycanda arıçılıq sektorunun iqtisadi perspektivləri” mövzusunda dəyirmi masa keçirdi

2016-cı il sentyabrın 28-də İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi və  Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) ABŞ BİA-nın maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində “Azərbaycanda arıçılıq sektorunun iqtisadi perspektivləri” mövzusunda dəyirmi masa keçirilib. Müzakirədə dövlət qurumlarının, sahibkarlar, müstəqil ekspertlər və yerli QHT-lərin təmsilçiləri iştirak edib.


26.07.2016/ Açıq Hökumət Təşəbbüsü üzrə hökumət-vətəndaş cəmiyyəti dialoqu mexanizmi yaradılmalıdır

İyulun 21-22 tarixlərində Filippinin paytaxtı Manila şəhərində Açıq Hökumət Tərəfdaşlığı (AHT) çərçivəsində Asiya-Sakit Okean Regional Dialoq adlı ikigünlük konfrans keçirilib. Asiya İnkişaf Bankının mənzil qərargahında baş tutan tədbirə Sakit Okean hövzəsi və Asiya qitəsini AHT-də təmsil edən 12 ölkənin 100-ə qədər iştirakçısı qatılıb. 



30.06.2016/ Vətəndaş cəmiyyəti Açıq hökumət təşəbbüsü Plaforması yaradacaq

Vətəndaş cəmiyyəti təşkilatları iyunun 30-da “Açıq hökumət təşəbbüsü: hökumət-vətəndaş cəmiyyəti əməkdaşlığının qurulması imkanları” mövzusunda dəyirmi masa  keçirib. Dəyirmi masada dövlət qurumlarının nümayəndləri, millət vəkilləri, beynəlxalq təşkilatların və xarici səfirliklərin nümayəndələri,  vətəndaş cəmiyyəti təmsilçiləri, müstəqil ekspertlər iştirak edib.



23.12.2015/ İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ekspertləri 2016-cı ilin dövlət büdcəsinə rəy hazırlayıb
Dövlət büdcəsi hökumətin iqtisadi siyasətinin güzgüsü hesab olunur. Bu baxımdan 2016-cı il üçün təsdiq olunmuş dövlət büdcəsinin təhlili hökumətin gələn il üçün müəyyən etdiyi və həyata keçirməyə hazırlaşdığı iqtisadi siyasəti qiymətləndirməyə imkan verir.  İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ekspertləri 2016-cı ilin təsdiq edilmiş dövlət büdcəsi ilə bağlı zəruri araşdırma və təhlil işləri aparmaqla bu rəyi hazırlayıblar.


12.10.2014/ Rublun ucuzlaşması Azərbaycana nə vəd edir?

Rublun ucuzlaşması Azərbaycana nə vəd edir?

Şimaldan gələn soyuq hava axını Azərbaycana erkən qışla yanaşı iqtisadi narahatçılıqlar gətirməkdədir. Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Rusiyanın sanksiyalardan dolayı düşdüyü iqtisadi böhran  bizim üçün də risklər yaradır. Böhran dərinləşdikcə onun neqativ təsiri daha qabarıq hiss etməyə başlayacayıq. Üstəgəl Qərbdən də mənfi siqnallar gəlməkdədir. Dünya bazarında dövlət büdcəsinin əsas donoru olan neftin ucuzlaşması və bu ucuzlaşmanın yaxın dövrdə davam etməsi proqnozları ölkə iqtisadiyyatı üçün çətin dövrün başlanacağını vəd edir.



<<  <  1 2 3 4 5  >  >>


© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV