Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

KİV nümayəndələrinin nəzərinə!!!

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi
“Azərbaycanda dövlət satınalmaları sistemində problemlər”
mövzusunda

jurnalist araşdırmaları müsabiqəsinin
növbəti mərhələsini elan edir.
Müsabiqədə yazılı və elektron KİV-də çalışan bütün jurnalistlər iştirak edə bilərlər.

davamı

VALYUTA
  1 USD 0.8038
  1 EUR 1.0203
  1 RUB 0.1409
  1 GBP 0.1104
  100 JPY 0.2123
07.09.2010 23:09
SORĞU
Sizcə, hökumət SSRİ dövründə banklarda yatırılmış əmanətləri qaytaracaq?
Bəli
Xeyr
Bilmirəm
NƏŞRLƏR
TəDQIQATLAR


Azərbaycan Kənd Bələdiyyələri
Assosiasiyasının fəaliyyətinin
qiymətləndirilməsinə dair
TƏDQİQAT HESABATI



Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR


Büdcənin parlament müzakirələri:
beynəlxalq təcrübədən Azərbaycan
üçün çıxan dərslər


Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya


2010-cu il dövlət büdcəsi layihəsi barədə Milli Büdcə Qrupunun RƏYİ


"Paytaxt yerliözünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi"


Bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı hərrac və müsabiqələrin monitorinqi




09.06.2010/ Ukrayna və Rusiya uçot dərəcəsini azaltdı
Ukraynanın Mərkəzi Bankı iyunun 8-dən etibarən uçot dərəcəsini 0,75 faiz bəndi azaldaraq 9,5%-ə endirib. “İqtisadi forum” jurnalının banka istinadən verdiyi məlumata görə, bundan əvvəl uçot dərəcəsi 10,25%-ə bərabər olub.


09.06.2010/ MİGOM pul köçürmə sisteminin fəaliyyəti dayandırıldı
Mərkəzi Bankı “MİGOM” pul köçürmə sisteminin fəaliyyətinin Azərbaycanda dayandırılması ilə bağlı qərar qəbul edib. “İqtisadi forum” jurnalı bu barədə Banka istinadən məlumat verir


08.06.2010/ Dünyada ərzaq idxalı bahalaşır
2010-cu ilin 5 ayı ərzində kənd təsərrüfatlarının əsas növlərinin dünya bazarlarında qiyməti aşağı düşüb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə BMT-nin Beynəlxalq Ərzaq Təşkilatının (FAO) “Ərzaq proqnozu” adlı hesabatında qeyd edilir.


08.06.2010/ Şokolad bahalaşa bilər
Kakonun qiyməti 21 illik maksumum həddə çatıb

Son günlər dünya əmtəə bazarlarında kakaonun bahalaşması müşahidə edilir. Bahalaşma nəticəsində bu əmtəənin qiyməti son 21 il ərzində ən yüksək həddə çatıb. “İqtisadi forum” jurnalı bu barədə məlumat verir.



08.06.2010/ Toni Bler Liviya prezidentinin müşaviri oldu
Britaniyanın sabiq baş naziri Toni Bler Liviya prezidenti Muamara Qəddafinin müşaviri olub. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə “The Daily Mail”qəzeti prezidentin oğluna istinadən xəbər verir.


07.06.2010/ Mərkəzi Bankın valyuta ehtiyatının azalması
Samir Əliyev: “Azalma yaxın aylarda da davam edəcək”

Mərkəzi Bankın valyuta ehtiyatında müşahidə edilən azalma tendensiyası ötən ay da davam edib. Yola saldığımız may ayında Bankın ehtiyatı aprel ayında 2,6% azalaraq 5 milyard 361 milyon ABŞ dollarına düşüb. “İqtisadi forum” jurnalı Mərkəzi Banka istinadən verdiyi məlumata görə, ötən ay valyuta ehtiyatı 140,7 milyon dollar azalıb.



07.06.2010/ Avro Azərbaycanda 8 illik minimuma düşüb
Ekspertlərin fikrincə, avro ilin sonuna kimi ucuzlaşacaq

“İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, Azərbaycanda avronun manata nisbətən rəsmi məzənnəsi son 8 ildə ən aşağı səviyyəyə düşüb. 



02.06.2010/ Mərkəzi Bankın valyuta ehtiyatı 140 milyon azalıb
Mərkəzi Bankın valyuta ehtiyatında müşahidə edilən azalma tendensiyası ötən ay da davam edib. Yola saldığımız may ayında Bankın ehtiyatı aprel ayında 2,6% azalaraq 5 milyard 361 milyon ABŞ dollarına düşüb. “İqtisadi forum” jurnalı Mərkəzi Banka istinadən verdiyi məlumata görə, ötən ay valyuta ehtiyatı 140,7 milyon dollar azalıb.


31.05.2010/ Elmi dərəcələrə və elmi adlara görə əlavələr müəyyənləşdi
Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 98 saylı qərarı ilə dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların elmi dərəcələrinə və adlarına görə əlavələr müəyyən edilib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Nazirlər Kabinetinin saytında qeyd olunub.


31.05.2010/ Bankların zərəri 3 dəfə artıb

Aprel ayında ölkə banklarının zərəri artaraq 21,8 milyon manata çatıb. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çoxdur. 2009-cu ilin aprelində zərərin həcmi 7,77 milyon manat təşkil edib.



31.05.2010/ Bankların ehtiyatları 35% azalıb
Aprel ayında ölkə üzrə bankların ehtiyatları 47 milyon azalaraq 254,4 milyon manata düşüb. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, mart ayında ehtiyatların ümumi həcmi 301,4 milyon manat təşkil edib.


31.05.2010/ Morgan Stanley: Avro daha da ucuzlaşacaq
Morgan Stаnley bankının analitikləri avronun dollara olan məzənnəsi ilə bağlı proqnozuna dəyişiklik edib. Bank hesab edir ki, ilin sonuna qədər Avropa valyutası $1,24-dən $1,16-a düşəcək.  “İqtisadi forum” jurnalının Bankın hesabatına istinadən verdiyi məlumata görə, proqnozun aşağı salınması Yunanıstanda yaranmış borc problemi nətcəsində investorların Avropa Mərkəzi Banka etimadının itməsi səbəbi ilə bağlıdır.


31.05.2010/ Qızıl $1500-ə kimi bahalaşacaq
2011-ci ilin sonuna dünya əmtəə bazarlarında qızılın bir unsiyasının qiyməti $1500-ə kimi bahalaşa bilər. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Bank of America Merrill Lynch bankının departament rəhbəri Fransisko Blanş Londonda keçirilən konfransda çıxışı zamanı bildirib.


27.05.2010/ Problemli kreditlər 365 milyon manatı ötdü
4 ayda onların həcmi 20% artıb

Aprel ayında ölkə üzrə vaxtı keçmiş kreditlərin həcmi 9,3 milyon manat artıb. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, problemli kreditlərin ümumi kreditlərdə payı 4,2% təşkil edib.



27.05.2010/ Azərbaycanda orta aylıq əmək haqqı 310 manata çatıb
Rusiyada isə 650 dollardır

Aprel ayında ölkə üzrə orta aylıq əmək haqqının həcmində artım qeydə alınıb. Bu ayda ölkə üzrə orta aylıq əmək haqqının məbləği 5,8 manat artaraq 309,8 manata yüksəlib. Halbuki mart ayında bu göstərici 304 manata bərabər olub.



<<  <  1 2 3 4 5  >  >>


© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Səxavətli neft pulları və «xəsis» büdcə hesabatı
 
İKİNCİ YAZI
 
Azərbayсanda büdсə xərсlərinin həm effektivliyi, həm də şəffaflığı son dərəсə сiddi problemdir. Məmurlar büdсə vəsaitlərilə şəxsi pulları kimi davranırlar. Ən pisi odur ki, ölkədə nə iсtimai vəsaitlərin effektiv və şəffaf istifadəsinə təminat verən qanunveriсi baza, nə də fəal iсtimai nəzarət mexanizmləri var. 

Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru
AZƏRBAYCANIN BANKLARI, BİRLƏŞİN!
 
                   II YAZI
 
Azərbaycanda bankların çoxluğu ilə bağlı müzakirələr son aylar gündəmdən düşmür. Bu müzakirələr xüsusilə də Mərkəzi Bank rəsmisinin bankların sayının yarıbayarı azaldılmasının zəruri olması fikrindən sonra daha da qızışıb. Bankın rəhbəri Elman Rüstəmov birləşmənin hazırda gündəmdə olmadığını açıqlasa da bu prosesin gec-tez baş verəcəyi şübhəsizdir. E.Rüstəmov əslində birləşmənin uzunmüddətli proses olduğunu deməklə bankların sayının azaldılmasının gündəmdən çıxmadığına dolayısı işarə vurub.

Azər MEHTİYEV
İTY İB-in sədri

Neftə əsaslanan inkişaf

Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.


ARXİV