Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

KİV nümayəndələrinin nəzərinə!!!

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi
“Azərbaycanda dövlət satınalmaları sistemində problemlər”
mövzusunda

jurnalist araşdırmaları müsabiqəsinin
növbəti mərhələsini elan edir.
Müsabiqədə yazılı və elektron KİV-də çalışan bütün jurnalistlər iştirak edə bilərlər.

davamı

VALYUTA
  1 USD 0.8038
  1 EUR 1.0203
  1 RUB 0.1409
  1 GBP 0.1104
  100 JPY 0.2123
07.09.2010 23:09
SORĞU
Sizcə, hökumət SSRİ dövründə banklarda yatırılmış əmanətləri qaytaracaq?
Bəli
Xeyr
Bilmirəm
NƏŞRLƏR
TəDQIQATLAR


Azərbaycan Kənd Bələdiyyələri
Assosiasiyasının fəaliyyətinin
qiymətləndirilməsinə dair
TƏDQİQAT HESABATI



Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR


Büdcənin parlament müzakirələri:
beynəlxalq təcrübədən Azərbaycan
üçün çıxan dərslər


Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya


2010-cu il dövlət büdcəsi layihəsi barədə Milli Büdcə Qrupunun RƏYİ


"Paytaxt yerliözünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi"


Bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı hərrac və müsabiqələrin monitorinqi




06.05.2010/ Ana və övladlarımız necə yaşayır?
Analıq İndeksinə görə, Azərbaycan 160 ölkə arasında 96-cı yerdədir

Hər bir ölkənin perspektivi bir çox amillərdən - biznes şəraiti, yaxşı idarəetmə, yüksək texnologiyalar və s. asılıdır. Bəlkə də bu amillər içərisində ən vacibi ana və uşaqların yaşadıqları ölkədə özlərinin nə dərəcədə rahat hiss etmələridir. Amerikanın Save the Children qeyri-hökumət təşkilatının açıqladığı yeni reytinq bu suala cavab tapmağa imkan verir.



05.05.2010/ Avro manatla bərabərləşir
Avropa valyutası son 14 ayda ən aşağı həddə düşüb

“İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, Azərbaycanda avronun manata nisbətən rəsmi məzənnəsi son 14 ayda ən aşağı səviyyəyə düşüb. 



05.05.2010/ Mərkəzi Bankı valyuta ehtiyatı yenə azaldı
Mart ayında Neft Fondunun aldığı vəsaitlər hesabına öz valyuta ehtiyatının azalmasının qarşısını alan Mərkəzi Bank yenə də eyni problemlə üzləşib. Bankın ehtiyatı aprel ayında 0,2% azalaraq 5 milyard 501 milyon 700 min ABŞ dollarına düşüb. “İqtisadi forum” jurnalı Mərkəzi Banka istinadən verdiyi məlumata görə, ötən ay valyuta ehtiyatı 8,3 milyon dollar azalıb.


05.05.2010/ BMW ən bahalı avtomobil brendidir
Alman brendi BMW 2010-cu ildə dünyanın ən bahalı avtomobil brendi olub. “İqtisadi forum” jurnalının məlumatına görə, Britaniyanın "Millward Brown Optimor" tədqiqat şirkəti dünyanın ən bahalı brendlərinin "BrandZ Top 100" reytinqini dərc edib.


05.05.2010/ Avro kəskin ucuzlaşır
Samir Əliyev: “Ucuzlaşma davam edəcək”

Yunanıstan böhranının dərinləşməsi və digər ölkələrə yayılması təhlüksə avronu daim təyziq altında saxlayır. Dünya birjalarında dünən avronun dollara nisbətən kursu son bir ildə minimum həddə düşüb. Avro 1,29 dollara qədər ucuzlaşıb ki, bu da 2009-cu ilin aprelindən ən aşağı həddir. Ekspertlər bunun son hədd olmadığı qənaətindədirlər.



04.05.2010/ Dünyanın ən bahalı brendləri
“İqtisadi forum” jurnalının məlumatına görə, Britaniyanın "Millward Brown Optimor" tədqiqat şirkəti  dünyanın ən bahalı brendlərinin növbəti – beşinci "BrandZ Top 100" reytinqini dərc edib. Reytinqə görə, 2010-cu ildə siyahıya daxil edilən brendlərin cəmi dəyəri $2 trilyondan çox olub.


04.05.2010/ Yumurta 20% bahalaşıb
Mart ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,1 faiz artıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi xəbər verib.


04.05.2010/ Sənaye məhsulları bahalaşıb
Mart ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 0,1 faiz bahalaşıb. Ay ərzində mədənçıxarma sənayesində xam neft və təbii qaz hasilatı üzrə qiymətlər 0,4 faiz artsa da, digər sahələr üzrə qiymətlər 0,4 faiz azalıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi xəbər verib.


04.05.2010/ Nəqliyyatda yükdaşıma tarifləri artıb
Cari ilin mart ayında nəqliyyatda yükdaşıma tarifləri əvvəlki ayla müqayisədə 0,3 faiz artıb. Ay ərzində yükdaşıma tarifləri boru kəməri və avtomobil nəqliyyatında 0,1 faiz ucuzlaşmış, dəmir yolu nəqliyyatında isə 3,9 faiz artıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi xəbər verib.


04.05.2010/ FİFA dünya çempionatından $1 milyard qazanacaq
FİFA-nın proqnozuna görə, 2010-cu ildə Cənubi Afrikada keçirilən futbol üzrə dünya çempionatının təmizi qazancı 1 milyard dollar təşkil edəcək. “İqtisadi forum” jurnalının “The Financial Times” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə FİFA-nın baş katibi Cerom Valke açıqlama verib.


04.05.2010/ Dünyanın ən yaxşı ölkəsi hansıdır?
Almaniya KİV-ləri BBC dünya sosioloji xidmətinin sifarişi əsasında aparılmış sorğunun nəticələri barədə məlumatlar dərc edib. Sorğu ən yaxşı imici olan ölkələri müəyyənləşdirmək məqsədilə aparılıb. “İqtisadi forum” jurnalının məlumatına görə, sorğu 28 ölkədə yaşayan 30 min respondent arasında telefon və üzbəüz müsahibələr vasitəsilə aparılıb.


03.05.2010/ Əmanətlərin 30%-i sığortasızdır
Ölkə banklarına yatırılan 707 milyon manat həcmində əmanətləri qorunmur

Fiziki şəxslərin üzv banklarda olan əmanətlərinin yalnız 70%-i sığortalanıb. "İqtisadi forum" jurnalının Əmanətlərin Sığortalanması Fonduna istinadən verdiyi məlumata görə, aprelin 1-i tarixinə qorunan əmanətlərin həcmi 1 milyard 678 milyon manat təşkil edib.



02.05.2010/ Azərbaycanda fəaliyyət göstərən bankların optimal sayı nə qədər olmalıdır?

“İqtisadi forum” jurnalının internet saytında yerləşdirdiyi “Sizcə, Azərbaycanda fəaliyyət göstərən bankların optimal sayı nə qədər olmalıdır?” məzmunlu sorğusunda iştirak edən 34 respondentin 23-ü bankların mövcud sayının azaldılması fikrini dəstəklədiyini bildirib.



02.05.2010/ Hər 100 avroda 9,3 manat itirmişik
Azərbaycanda 4 ay ərzində avro 8,1% ucuzlaşıb

Dünyada birjalarında Avroməkanın yaşadığı böhran fonunda avronun ucuzlaşması tendensiyası Azərbaycanda da müşahidə edilib. Ilin əvvəlində avronun manat nisbətən ucuzlaşması aprel ayında da davam edib. 4 ay ərzində avro 8,1% dəyərsizləşib. Bu isə o deməkdir ki, əlimizdəki hər 100 avro 4 ay ərzində dəyərini 9,3 manat itirib.



02.05.2010/ 90 milyardlıq nağdlaşdırma əməliyyatı
Rusiyada nağdlaşdırma ilə məşğul olan 4 azərbaycanlı tutulub

Moskvada uzun müddət nağdlaşdırma əməliyyatları ilə məşğul olan və 4 Azərbaycan vətəndaşının daxil olduğu mütəşəkkil cinayətkar qrup yaxalanıb. Hesablamalara görə, qrup iki il ərzində 90 milyard rubl məbləğində vəsaiti ölkədən kənara çıxarıb. “İqtisadi forum” jurnalının “РБК daily” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyinin İqtisadi Təhlükəsizlik Departamenti açıqlama verib.



<<  <  1 2 3 4 5  >  >>


© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Səxavətli neft pulları və «xəsis» büdcə hesabatı
 
İKİNCİ YAZI
 
Azərbayсanda büdсə xərсlərinin həm effektivliyi, həm də şəffaflığı son dərəсə сiddi problemdir. Məmurlar büdсə vəsaitlərilə şəxsi pulları kimi davranırlar. Ən pisi odur ki, ölkədə nə iсtimai vəsaitlərin effektiv və şəffaf istifadəsinə təminat verən qanunveriсi baza, nə də fəal iсtimai nəzarət mexanizmləri var. 

Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru
AZƏRBAYCANIN BANKLARI, BİRLƏŞİN!
 
                   II YAZI
 
Azərbaycanda bankların çoxluğu ilə bağlı müzakirələr son aylar gündəmdən düşmür. Bu müzakirələr xüsusilə də Mərkəzi Bank rəsmisinin bankların sayının yarıbayarı azaldılmasının zəruri olması fikrindən sonra daha da qızışıb. Bankın rəhbəri Elman Rüstəmov birləşmənin hazırda gündəmdə olmadığını açıqlasa da bu prosesin gec-tez baş verəcəyi şübhəsizdir. E.Rüstəmov əslində birləşmənin uzunmüddətli proses olduğunu deməklə bankların sayının azaldılmasının gündəmdən çıxmadığına dolayısı işarə vurub.

Azər MEHTİYEV
İTY İB-in sədri

Neftə əsaslanan inkişaf

Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.


ARXİV