Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
11.08.2020 11:12
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR
Azərbaycanda 1606 bələdiyyə fəaliyyət göstərir. 2021-ci ildə bələdiyyələrin büdcə gəlirləri ölkə üzrə ümumilikdə 41,7 milyon manat, bir bələdiyyənin illik gəliri orta hesabla 26 min manat olub. Yerli büdcə gəlirlərinin həcmində kəskin fərqlər var. Kənd bələdiyyələrin büdcə gəlirləri kiçik olsa da şəhər bələdiyyələrin büdcə gəlirləri kifayət qədər yüksəkdir. Bakı şəhəri üzrə bələdiyyələrin orta illik büdcə gəlirləri 218 min manat olduğu halda Qobustanda 5 min manata bərabər olub . Büdcə gəlirlərinin həcmindən asılı olmayaraq onların şəffaf xərclənməsi, əhaliyə dövrü olaraq hesabat verilməsi çox vacibdir. Çünki bələdiyyə büdcələrinin vəsaitləri ictimai vəsaitlərdir, onlar bələdiyyə ərazisində yaşayan əhalinin ödədikləri vergi və ödənişləri hesabına formalaşır.














Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?




05.11.2011/ Büdcə planlaşdırmasına gender yanaşması yoxdur

Azər Mehtiyev: "Qanunvericiliyə büdcə işində gender yanaşmasının tətbiqi ilə bağlı müddəalar əlavə etmək olar" (davamı)

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri, Milli Büdcə Qrupu İH üzvü Azər Mehtiyev Azərbaycanda gender siyasətini qiymətləndirir. Gender büdcəsinin tətbiqi, dünyada bu prosesin həyata keçirilmə təcrübəsindən danışır. Yürüdülən gender siyasətinin beynəlxalq səviyyədə qiymətləndirilməsinin nəticələrini açıqlayır.



01.11.2011/ Onilliyin ən surətli inkişaf edən iqtisadiyyatları
2000–2010-cu illər üzrə ən surətli inkişaf edən bazarların reytinginə ÜDM-in 13%-lik artımı ilə Qətər başçılıq edir. “İqtisadi forum” jurnalının məlumatına görə, Britaniyanın Ernst & Young (E&Y) audit firması və Oksford İqtisadiyyat İnstitutunun ekspertləri ÜDM-in ən yüksək artım templərinə malik 25 ölkənin siyahısını hazırlayıblar. 


29.10.2011/ Büdcə planlaşdırmasına gender yanaşması yoxdur
Azər Mehtiyev: "Qanunvericiliyə büdcə işində gender yanaşmasının tətbiqi ilə bağlı müddəalar əlavə etmək olar"

Gələn ilin dövlət büdcəsində artımın ən azı 6.5 faiz olacağı gözlənilir. Lakin araşdırmalar göstərir ki, büdcədən qadın və kişilərin faydalanmasında ikincilərin xeyrinə fərq var. Zaman büdcədən maliyyələşən tədbir və proqramlara gender perspektivindən yanaşma tələb edir. Təəssüflər olsun ki, büdcə artımının fonunda hökumət hələlik bu yanaşmaya nail ola bilmir.


23.10.2011/ Su infeksiya mənbəyi olanda
Bərdənin Dəymədağlı kəndində yaşayan Eldəniz Şükürzadə şikayətlənir ki, yaşadıqları ərazidə su olmadığından həyətdə bir neçə metrlik quyu qazmağa məcbur olublar:


14.10.2011/ Prezidentin yeni fərmanı: yaxşı nədir, pis nə?
Prezident İlham Əliyev Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi qaydalarına dəyişiklik edib. Oktyabrın 13-də imzalanmış fərmanı şərh edən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev dəyişikliyi müsbət addım kimi dəyərləndirib.


14.10.2011/ Soros və tanınmışlar həyəcan təbili çalırlar
Corc Soros və 95 tanınmış Avropa Birliyi hökumətlərini qlobal maliyyə sisteminin dağılmasının qarşısını almağa çağırırlar

Avrozonanı yalnız Avropa ölkələri hakimiyyətlərinin təcili və əlaqələndirilmiş fəliyyəti xilas edə bilər. Əks təqdirdə Avropanın problemləri bütün dünyanın maliyyə sisteminin dağılmasına gətirib çıxaracaq. ABŞ milyarderi Corc Soros və Avropanın 95 tanınmış siyasətçi, iqtisadçı və iş adamı belə bir xəbərdarlıqlı məktubla Avropa Birliyinə müraciət edib. "İqtisadi forum" jurnalının məlumatına görə, məktub Financial Times-da dərc edilib. Məsələ ondadır ki, onların tıklif etdikləri tədbirlərin bir hissəsi AB-yə daxil olan bəzi ölkələrin konstitusiyalarına ziddir.



13.10.2011/ Nə içirik?

Azərbaycan ərazinin hər kvadratkilometrinə və əhalinin hər nəfərinə düşən yerüstü su ehtiyatlarına görə Cənubi Qafqazda sonuncudur. Regionun ümumi su ehtiyatının 62 faizi Gürcüstanın, 28 faizi Ermənistanın, cəmi 10 faizi Azərbaycanın payına düşür. Müxtəlif bölgələrdə, xüsusən də Aran zonasında əhalinin içməli suya olan tələbatı əksər hallarda isə sanitar normalara cavab verməyən arx və kanal suları vasitəsilə ödənilir.



12.10.2011/ “Bələdiyyə bələdiyyə olsa, seçki də seçki olar”

Noyabrın 30-da 330 bələdiyyəyə seçki keçiriləcək. 464 nəfər bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur. Ancaq seçki kampaniyası o qədər də fəal getmir, aparıcı partiyalar prosesə maraq göstərmir. Niyə belədir? “Media forum” saytı sualı bələdiyyə məsələləri üzrə ekspert Samir Əliyevə ünvanlayıb.



12.10.2011/ Əhalinin maliyyə savadlılığı və yoxsulluq

Vətəndaş cəmiyyəti bu mövzunu müzakirə etmək üçün Qırğızıstana yığışdı

Qırğızıstan hökuməti əhalinin maliyyə savadlılığının  artırılması üzrə Dövlət Proqramı hazırlayır. Proqramın hazırlanması prosesinə yerli vətəndaş cəmiyyət ilə yanaşı xarici ölkələrin, o cümlədən Azərbaycanın nümayəndələri cəlb edilib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu məqsədlə oktyabrın 7-8-də İssık Kul gölü yaxınlığında beynəlxalq konfrans keçirilib.


30.09.2011/ Rusiyada büdcə işçilərinin maaşları 6.5% artırıldı
2011-ci ildə orta aylıq əmək haqları təxminən 750 $ olacaq.

Rusiyada dövlət sektorunda işləyənlərin əmək haqları oktyabrın 1-dən 6.5% həddində indeksləşdiriləcək. “İqtisadi forum” jurnalının məlumatına görə, baş nazir Vladimir Putin sentyabrın 27-də bununla bağlı sərəncam imzalayıb.



25.09.2011/ 2011-ci il üzrə dünya dövlətlərinin qabiliyyətsizlik reytinqi
Somalinin birinci olduğu siyahıda Azərbaycan 63-cüdür

ABŞ-ın iki aparıcı institutu – nüfuzlu Foreign Policy jurnalı və Amerika Sülh Fondu (The Fund for Peace) ictimai təşkilatı – dünya ölkələrinin “qabiliyyətsizlik” üzrə yeddinci ekspert reytinqini (Failed States Index – 2011) açıqlayıb. Bu ekspert reytinqi hakimiyyətin ölkənin ərazi bütövlüyünə, həmçinin ölkədəki demoqrafik, siyasi və iqtisadi vəziyyətə nəzarət etmək qabiliyyətini əks etdirir. Reytinqdə ilk yerləri başda Somali olmaqla 35 ən uğursuz ölkə tutur. Finlandiya başda olmaqla 12 ölkə isə əmin-amanlıq və dövlət institutlarının  stabilliyi zonasını formalaşdırır.



24.09.2011/ Kənd əhalisinin 46 faizdən çoxu quyu suyu içir
Mərkəzləşdirilmiş qaydada içməli su kəmərinə çıxışı olmayanların 46,8 faizi içməli suyu həyətlərdəki quyulardan götürür

“Qışda işıqdan və qazdan korluq çəkirik, yayda da sudan. İyirmi ildir ki, qış aylarında qaz və işıq idarələrinin, yayda su idarəsinin qapısını döyürük. Hər mövsüm deyirlər ki, bu il də dözün, gələn ilədək probleminizi həll edəcəyik. Amma yenə də qışda işıqsız və qazsız, yayda da susuz qalırıq. Bu nə yaşayışdır?! Nə qədər bu vəziyyətə dözmək olar?! Bir il deyil, üç il deyil – düz iyirmi ildir...”


21.09.2011/ Əmlak vergisi: problemlər və həll yolları

İTYİB fiziki şəxslərdən əmlak vergisi üzrə vergi bazasının təkmilləşdirilməsini nəzərdə tutan sənədin müzakirəsini təşkil etdi

Fiziki şəxslərdən əmlak vergisinin aşağı yığım səviyyəsi də bələdiyyələrin ən çox üzləşdiyi problemlərdən biridir. Bunun kökündə daha çox bələdiyyələrdən asılı olmayan və qanunvericilikdəki boşluqlardan qaynaqlanan səbəblər durur. “İqtisadi forum” jurnalının məlumatına görə, bu fikri İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bələdiyyələrin vergi yığımı problemlərinə həsr olunmuş dəyirmi masada çıxışı zamanı bildirib.



17.09.2011/ Paytaxtın meri olacaqmı?
Bakı Avropa Şurasının üzv ölkələri arasında statusu olmayan yeganə şəhərdir

Gələn il Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi Azərbaycanda monitorinqlərə başlayacaq. Monitorinq zamanı Konqresin Azərbaycan qarşısında hələ 2003-cü ildə qoyduğu öhdəliklərə əməl olunub-olunmaması araşdırılacaq. Bu barədə Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidenti Kit Vitmor (Keith Whitmore) AzadlıqRadiosuna verdiyi müsahibəsində məlumat verib.


01.09.2011/ Dünyanın ən təhlükəsiz aviaşirkətləri
Avropa və ABŞ şirkətləri liderdir

Cenevrədən yerləşən Hava Nəqliyyatlarını Reytinq Agentliyinin dünyanın ən təhlükəsiz aviaşirkətlərinin siyahısını dərc edib. “İqtisadi forum” jurnalının Agentliy istinadən verdiyi xəbərə görə, ilk onluğu Britaniya, Fransa, Almaniya və ABŞ şirkətləri tutub.


<<  <  6 7 8 9 10  >  >>


© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV