Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
11.08.2020 11:12
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR
Azərbaycanda 1606 bələdiyyə fəaliyyət göstərir. 2021-ci ildə bələdiyyələrin büdcə gəlirləri ölkə üzrə ümumilikdə 41,7 milyon manat, bir bələdiyyənin illik gəliri orta hesabla 26 min manat olub. Yerli büdcə gəlirlərinin həcmində kəskin fərqlər var. Kənd bələdiyyələrin büdcə gəlirləri kiçik olsa da şəhər bələdiyyələrin büdcə gəlirləri kifayət qədər yüksəkdir. Bakı şəhəri üzrə bələdiyyələrin orta illik büdcə gəlirləri 218 min manat olduğu halda Qobustanda 5 min manata bərabər olub . Büdcə gəlirlərinin həcmindən asılı olmayaraq onların şəffaf xərclənməsi, əhaliyə dövrü olaraq hesabat verilməsi çox vacibdir. Çünki bələdiyyə büdcələrinin vəsaitləri ictimai vəsaitlərdir, onlar bələdiyyə ərazisində yaşayan əhalinin ödədikləri vergi və ödənişləri hesabına formalaşır.














Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?




01.09.2011/ Valideynlərin məktəb xərcləri
Ən bahalı dəftərxana malları Azərbaycanda, ən ucuz məktəbli geyimləri Gürcüstandadır  

Yeni dərs ili yaxınlaşdıqca uşaqların zəruri məktəbli forması və dəftərxana malları ilə təmin olunması problemi aktuallaşır. Bu gün post sovet ölkələrinin əksəriyyətində yeni dərs ilinə start verilib. “İqtisadi forum” jurnalı Rusiyanın “Rossiya-24” kanalına istinadən keçmiş SSRİ ölkələrinin məktəb bazarındakı qiymətləri oxucularının diqqətinə çatdırır.



26.08.2011/ Böhranın qızıl dövrü
Bahalaşan qızıl dünyanın maliyyə bazarını çalxalayır, güclü və imkanlı ölkələr valyuta ehtiyatlarında qızılın payını artırır

Dünyanın maliyyə bazarlarında uzun sürən gərginlik son aylar kritik həddə çatıb. Xarici valyutalar, xüsusən də dünyanın əsas aparıcı valyutası olan dolların kursunda kəskin dəyişikliklər fonunda qızılın qiyməti sürətlə artır. Vəziyyət hətta o qədər qorxulu həddə çatıb ki, bu yaxınlaradək iqtisadi və maliyyə sabitliyinə həsəd apardığımız ölkələrin belə, valyuta ehtiyatlarının dəyərini itirəcəklərindən əndişələnir. Qızıl istehsal edən və bu nəcib metalı özünün valyuta ehtiyatlarına daxil edən ölkələr isə sanki bir qədər rahat görünür.


26.08.2011/ Şəkər niyə bahalaşır?
Azərbaycanda qiymətlər 15 faizədək qalxıb, istehsal olunan şəkər tozunun yarısı isə xaricə satılır

Dünya bazarında taxıl, ət, süd, yağ və digər ərzaq məhsullarının qiyməti əhəmiyyətli şəkildə qalxıb. Təkcə şəkərin qiyməti son 30 ildə rekord həddə çatıb. Artıq Azərbaycanda da bu məhsulların, xüsusən də yağ və şəkərin qiymətində artım müşahidə olunur. Qiymət artımının əsas səbəbi dünyanın ən böyük şəkər istehsalçısı olan Braziliyada istehsalın aşağı düşməsidir. İstehsalın aşağı düşməsi hava şəraitinin pis olması və şəkər plantasiyalarının köhnəlməsi ilə də əlaqədardır.


10.08.2011/ B?l?diyy?l?r? daha bir z?rb?
Samir ?liyev: “T??ssüf ki, haz?rda b?l?diyy?l?rin laz?ms?z bir quruma çevrilm?si prosesi gedir”

“Az?rbaycanda b?l?diyy?l?rin s?lahiyy?tl?ri kifay?t q?d?r m?hduddur. Bu azm?? kimi vaxtil? verilmi? s?lahiyy?tl?r d? getdikc? onlar?n ?lind?n al?n?r. T??ssüf ki, haz?rda b?l?diyy?l?rin laz?ms?z bir quruma çevrilm?si prosesi gedir”. ?qtisadi T???bbüsl?r? Yard?m ?ctimai Birliyinin eksperti Samir ?liyev bu fikirl?ri “?qtisadi forum” jurnal?na Mülki M?c?ll?y? edilmi? d?yi?ikliy? münasib?t bildir?rk?n söyl?yib.


06.08.2011/ Adambaşına xarici dövlət borcu 500 dolları ötdü

İlin birinci yarısında borcun həcmi 655 milyon dollar artıb

2011-ci ilin ilk 6 ayında Azərbaycan Respublikasının xarici dövlət borcu 17% artaraq 4,5 milyard dollara çatıb. Bununla da xarici borcun adambaşına düşən həcmi 500 dolları ötüb. "İqtisadi forum" jurnalının budget.az saytına istinadən verdiyi məlumata görə, bu barədə Maliyyə Nazirliyi açıqlama verib. 


03.08.2011/ MDB-də ən ucuz və ən bahalı yanacaq hardadır?

Bəzi ölkələrdə A-95 markalı benzinin qiyməti

MDB ölkələri arasında ən bahalı A-95 markalı benzin Ukrayna satılır. 2011-ci ildə bu ölkədə benzinin qiyməti 27%-dən çox bahalaşıb. A-95 markalı benzinlərin ən ucuz satıldığı ölkə Türkmənistandır. “İqtisadi forum” jurnalının məlumatına görə, Azərbaycan MDB-də bu yanacağın qiyməti ucuz olan ölkələr sırasındadır.



03.08.2011/ Dollar 81,2 qəpik olmalıdır
Biq Mak İndeksinə görə, milli valyutamızın real dəyəri aşağıdır

Manatın real dəyəri onun mübadilə məzənnəsindən aşağıdır. Biq Mak İndeksinə əsasən milli valyutamızın məzənnəsi 3,2% “şişirdilib”. İndeksə görə, Azərbaycanda dollar təxminən 81,2 qəpik olmalıdır. “İqtisadi forum” jurnalı bu barədə Britaniyanın “The Economist” jurnalına istinadən xəbər verir.



02.08.2011/ Daha 63 min əmanətçi əmanətləri qorunmayanların cərgəsinə düşdü
Samir Əliyev: “Sığortalanmayan əmanətlərin getdikcə artması təhlükəlidir”

Sığortalanmayan əmanətlərin həcminin artmaqda davam etməsi onu göstərir ki, insanların əmanətlərin sığortalanması barədə məlumatları çox azdır. Əks halda qorunmayan əmanətlərin həcmi son 6 ayda kəskin artmazdı. “İqtisadi forum” jurnalının məlumatıma görə, bu barədə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev mətbuata açıqlamasında bildirib.



30.06.2011/ KİV-ə Dəstək Fondu ona ayrılan vəsaitin ən azı 30%-ni özünə xərcləyəcək
Vəsaitin 30%-i isə dövlət nəşrlərinin saxlanmasına yönəldiləcək

2011-ci ildə dövlət büdcəsindən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 2,4 milyon manat ayrılıb və bu vəsaitin 30%-i və ya təxminən 700 min manatı Fondun idarə edilməsinə yönəldiləcək. “İqtisadi forum” jurnalının məlumatına görə Nazirlər Kabineti bununla bağlı 101 saylı qərar qəbul edib


28.06.2011/ Mənzil şəraitini yaxşılaşdıran ailələrin sayı 2,4 dəfə azalıb

Cavid Xəlilov: "Əhalinin mənzilə əlçatanlığını təmin etmək üçün Sosial Mənzil Fondu yaradılmalıdır"

Son on ildə Azərbaycanda bir ildə mənzil şəraitini yaxşılaşdıra bilmiş ailələrin sayı 2,4 dəfə azalıb. Əhalinin mənzilə əlçatanlığını təmin etmək üçün hökumət təcili olaraq Sosial Mənzil Fondu yaratmalıdır. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Cavid Xəlilov bu barədə "İqtisadi forum" jurnalına açıqlamasında bildirib.


02.06.2011/ İçməli su təchizatını necə yaxşılaşdırmalı?
Bu sahədəki köklü problemlərin həlli üçün ayrıca Dövlət Proqramının hazırlanması təklif edilir

Son dövrlər əhalinin içməli su təchizatının vəziyyətinə dair müxtəlif səpgili tədqiqatlar aparan İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavinin Rövşən Ağayev bu fikirdədir. Ekspert Lent.az-a açıqlamasında deyib ki, hazırda kənd yerlərində əhalinin neçə faizinin əlçatan və təhlükəsiz su mənbəyinə çıxışı olduğuna dair konkret hesabatlar yoxdur. Ancaq pərakəndə informasiyalardan məlum olur ki, Azərbaycanda kənd əhalisinin ən yaxşı halda 1/3-nin keyfiyyətli və əlçatan içməli su mənbələrinə çıxış imkanlarına malikdir.


02.06.2011/ Banklar avro ilə əmanət yığımında maraqlı deyillər
Azərbaycan bankları avro ilə əmanət yığımını məhdudlaşdırıb. Ölkə banklarında xarici valyutalarla, xüsusilə də avro ilə əmanət yığımı kəskin azalıb. Banklar bu durumu qeyri-rəsmi olaraq avro ilə əmanətləri işlədə bilməməkləri ilə izah edirlər. Rəsmi olaraq isə yalnız Beynəlxalq Bank açıqlama verir.


01.06.2011/ Əmanətlərin 1,4 milyard manatına zəmanət yoxdur
Samir Əliyev: “Sığortalanmayan əmanətlərin getdikcə artması təhlükəlidir”
 
Sığortalanmayan əmanətlərin həcminin getdikcə artması təhlükəli tendensiyadır və gələcəkdə bir sıra problemlər yarada bilər. Bu isə əhalinin banklara qarşı kövrək olan inamını bir daha sarsıda bilər. “İqtisadi forum” jurnalının məlumatıma görə, bu barədə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev mətbuata açıqlamasında bildirib.


31.05.2011/ Azərbaycanda sosial mənzil proqramı qəbul edilməlidir
Cavid Xəlilov: “Mənzillərə əlçatanlığa görə Avropadan 10 dəfə geri qalırıq”
 
Ölkədə əhalinin daha geniş kütləsini yaşayış evləri ilə təmin etmək üçün sosial mənzil proqramı qəbul edilməlidir. Əks halda evsizlik problemi daha geniş vüsət alacaq. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Cavid Xəlilov mətbuata açıqlamasında bildirib.


28.05.2011/ Minimum əmək haqqı 237 manat olmalıdır
Cavid Xəlilov: "Bunu Azərbaycanın da qoşulduğu Avropa Sosial Xartiyası tələb edir"

Ölkədə minimum əmək haqqı 237 manat olmalıdır. Çünki bunu Azərbaycanın da qoşulduğu Avropa Sosial Xartiyası tələb edir. Bu barədə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Cavid Xəlilov “İqtisadi forum” jurnalına açıqlamasında bildirib.


<<  <  6 7 8 9 10  >  >>


© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV