Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
11.08.2020 11:12
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR
Azərbaycanda 1606 bələdiyyə fəaliyyət göstərir. 2021-ci ildə bələdiyyələrin büdcə gəlirləri ölkə üzrə ümumilikdə 41,7 milyon manat, bir bələdiyyənin illik gəliri orta hesabla 26 min manat olub. Yerli büdcə gəlirlərinin həcmində kəskin fərqlər var. Kənd bələdiyyələrin büdcə gəlirləri kiçik olsa da şəhər bələdiyyələrin büdcə gəlirləri kifayət qədər yüksəkdir. Bakı şəhəri üzrə bələdiyyələrin orta illik büdcə gəlirləri 218 min manat olduğu halda Qobustanda 5 min manata bərabər olub . Büdcə gəlirlərinin həcmindən asılı olmayaraq onların şəffaf xərclənməsi, əhaliyə dövrü olaraq hesabat verilməsi çox vacibdir. Çünki bələdiyyə büdcələrinin vəsaitləri ictimai vəsaitlərdir, onlar bələdiyyə ərazisində yaşayan əhalinin ödədikləri vergi və ödənişləri hesabına formalaşır.














Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?




20.05.2011/ Qızıl ehtiyatımız artır
Mərkəzi Bankda saxlanılan qiymətli metalın həcmi 400 kiloqrama çatdı

Hazırda Mərkəzi Bankda saxlanılan qızılın miqdarı 389,2 kiloqram təşkil edir ki, bunun da bazar dəyəri 18,7 milyon ABŞ dolları təşkil edir. "İqtisadi forum" jurnalı bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.


20.05.2011/ Dövlət büdcəsində neftin payı artır

Milli Məclis 2011-ci ilin dövlət büdcəsinə dəyişik edəcək

"İqtisadi forum" jurnalının Maliyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, mayın 17-də 2011-ci ilin dövlət büdcəsinə dəyişiklikləri nəzərdə tutan qаnun lаyihəsi Milli Məclisinin müzакirəsinə təqdim еdilib.



12.05.2011/ ÖMRÜN 65-i
Milli Məclisə Əmək Məcəlləsinə dəyişikliyi nəzərdə tutan qanun layihəsi təqdim olunub. Prezident İlham Əliyevin imzası ilə göndərilən layihədə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanların yuxarı yaş həddinin 65 olması nəzərdə tutulur. Müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddətini müvafiq icra hakimiyyəti orqanının rəhbəri hər dəfə bir ildən çox olmayaraq uzada bilər. Lakin bu müddətin 5 ildən çox uzadılmasına yol verilmir. Başqa sözlə, dövlət idarələrində çalışanların yuxarı yaş həddi 70-dən çox ola bilməz.


12.05.2011/ Kəndlərdə içməli su təchizatı problemlərinə həsr olunmuş yeni kitab

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi bu günlərdə "Kəndlərdə su təchizatı: keyfiyyət və əlçatanlıq problemləri" adlı kitab nəşr edib. "İqtisadi forum" jurnalının məlumatına görə, kitabda təşkilatın layihə çərçivəsində apardığı tədqiqatlar və onların çıxardığı nəticələr barədə məlumatlar yerləşdirilib. Bu tədqiqatlar içməli su təchizatı sistemində tariflərin müəyyən edilməsi mexanizmlərini, içməli suyun keyfiyyətinə və əlçatanlılığına dair milli və beynəlxalq standartların müqayisəli təhlilini, kənd yerlərində əhalinin içməli suya əlçatanlılığın səviyyəsini, yerli su infrastrukturunun qiymətləndirilməsini əhatə edir.



07.05.2011/ Proses davam edəcək...
Samir Əliyev: “İlin sonuna kimi uçot dərəcəsinin ən azı 7-8 faizə qaldırılması ehtimalı yüksəkdir” 

Mayın 6-da Mərkəzi Bank uçot dərəcəsinin 5 faizdən  5.25 faizə qaldırılması barədə qərar qəbul edib. Mərkəzi Bankın saytında verilən məlumatda göstərilib ki, Azərbaycan iqtisadiyyatında artım prosesləri davam edir, iqtisadi aktivlik və istehsal güclərinin yüklənmə səviyyəsi artır. Ölkənin tədiyə balansının profisiti və valyuta ehtiyatları davamlı sürətdə böyüyür. Pul kütləsinin potensial artım mənbələri də genişlənir. Bu şəraitdə inflyasiyaya təsir edən amillərin çevik idarə olunması mühüm vəzifə olaraq qalır. 


04.05.2011/ Aqrar sahədə nə dəyişməlidir?
Rövşən Ağayev: “Bir neçə qurum ixtisar olunmalı, Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətləri genişləndirilməlidir”
 
“Aqrar idarəçilikdə bir pərakəndəlik var. Hazırda Kənd Təsərrüfatı Nazirliyi ilə eyni anda bir neçə qurum aqrar sahədə fəaliyyət göstərir. Məsələn, Meliorasiya və Su Təsərrüfatı ASC, Torpaq və Xəritəçəkmə Komitəsi, Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi kənd təsərrüfatına birbaşa və dolayısı ilə bağlı olan qurumlardır”. Bunu “Azadinform”a açıqlamasında İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev deyib.


19.04.2011/ Rövşən Ağayev: Kəndlərdə hələ də elə bilirlər ki, kolxoz quruluşu bərpa olunur
“Kənd təsərrüfatı kooperasiyaları haqqında” qanun təşəbbüsünü yüksək qiymətləndirirəm. Lakin təəssüf edirəm ki, hələlik prosesdə xeyli çatışmazlıq var”.

Bunu “Azadinform”a açıqlamasında İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev sözügedən qanun layihəsini şərh edərkən deyib. Xatırladaq ki, aprelin 15-də Milli Məclisdə “Kənd təsərrüfatı kooperasiyaları haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Kənd təsərrüfatı kooperasiyasının formalaşmasının və təşkilinin, kənd təsərrüfatı koorperativlərinin və onların ittifaqlarının yaradılmasının və fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edən qanun layihəsi birinci oxunuşda qəbul edilib.


19.04.2011/ Hökumət kütləvi qiymətləndirməyə başlamalıdır
Samir Əliyev: “Bu proses birdəfəlik yox, xarici ölkələrdə olduğu kimi, dövrü aparılmalıdır”
 
“Ölkədə, xüsusən də kənd yerlərində yaşayış evlərinin inventar dəyərinin olmaması onların vergiyə cəlb edilməsi imkanlarının məhdudlaşdırır. Nəticədə bələdiyyələr bu obyektlərdən əmlak vergisi tuta bilmir. Ona görə hökumət təcili olaraq kütləvi qiymətləndirməyə başlamalıdır”. Bu barədə “İqtisadi forum” jurnalına açıqlamasında İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyini eksperti Samir Əliyev bildirib.


12.04.2011/ 294 milyon manatlıq borcun silinməsi ilə bağlı cavabsız sualar var
Rövşən Ağayev: Ev təsərrüfatlarının 80-90 faizi sayğaclaşdırılıbsa, borclar nə üçün silinməlidir, yaxud nəyə görə yığım olmur?»

Xəbər verildiyi kimi, dövlət başçısı İlham Əliyev əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcların silinməsi haqqında fərman imzalayıb. Fərmana görə, əhalinin 2011-ci il 1 fevral tarixinə qədər «Azərsu» ASC-yə olan 294,2 milyon manat məbləğində borcları silinib. 



07.04.2011/ Dollar 78 q?piy? yax?nla??r
Samir ?liyev: “AB? valyutas?n?n ucuzla?mas? davam ed?c?k”

Dünya maliyy? bazarlar?nda AB? dollar?n?n ucuzla?mas? Az?rbaycandan da yan keçmir. Xüsusil? d? son aylar dollar?n z?if d? olsa ucuzla?mas?n? mü?ahid? etm?k olar. “?qtisadi forum” jurnal?n?n m?lumat?na gör?, M?rk?zi Bank aprelin 7-d? dollar?n manata nisb?t?n r?smi m?z?nn?sini növb?ti d?f? a?a?? salaraq 79,23 q?pik mü?yy?n edib. Bu, 1999-cu ild?n b?ri ?n a?a?? h?ddir.



05.04.2011/ Avropa Şurası bələdiyyələrimizə diqqəti artırır
Qurum yerli özünüidarənin inkişafı ilə bağlı 2012-ci ildə Azərbaycanda monitorinqə başlayır 

Avropa Şurası Azərbaycanda bələdiyyələrin inkişafına diqqəti artıracaq. Elə bu məqsədlə Yerli və Regional Hakimiyyətlər Konqresinin monitorinq qrupu Avropa Xartiyasından doğan öhdəliklərin icra səviyyəsini yoxlamaq üçün gələn il ölkəmizə səfər edəcəklər.”. “İqtisadi forum” jurnalına bu barədə Strasburqda səfərdə olmuş İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev açıqlama verib.


18.03.2011/ Məcəllə qanunla toqquşur
Bələdiyyə qanunvericiliyi dövlət və bələdiyyə orqanlarına kommersiya qurumları yaratmağa icazə verir, Mülki Məcəllə isə bunu qadağan edir

Bu ilin fevralında “Normativ hüquqi aktlar haqqında” qanun qüvvəyə mindikdən sonra dövlət və bələdiyyə müəssisələrinin qeydiyyatı dayandırılıb. Səbəb kimi qanunvericilikdə dövlət və bələdiyyə qurumları tərəfindən kommersiya müəssisələrinin yaradılmasını qadağan edən Mülki Məcəllənin, belə cəmiyyətlərin yaradılması hüququnu tanıyan qanunlardan üstün qüvvəyə malik olması göstərilir. Buna görə də Vergilər Nazirliyi Mülki Məcəlləni əsas götürərək, dövlət qurumları və bələdiyyələr tərəfindən kommersiya müəssisələrini qeydiyyata almaqdan imtina edir.


18.03.2011/ Mülki Məcəllə, Konstitusiya və qanunlar bir-birinə qarşı
Fevral ayından dövlət və bələdiyyə müəssisələrinin qeydiyyatında problem yaranıb. Buna səbəb “Normativ hüquqi aktlar haqqında” qanunun qüvvəyə minməsidir. Dövlət və bələdiyyə qurumlarının kommersiya müəssisələri yaratmasını qadağan edən Mülki Məcəllə belə cəmiyyətlərin yaradılması hüququnu tanıyan qanunlardan üstün qüvvəyə malikdir. Vergilər Nazirliyi Mülki Məcəlləni rəhbər tutaraq bu tip müəssisələri, xüsusən də bələdiyyə müəssisələrini qeydiyyata almaqdan imtina edir.


02.03.2011/ Bank kreditlərinin faiz dərəcələri artacaq

Samir Əliyev: “Uçot dərəcələrinin artımı davam edəcək, manat möhkəmlənəcək”

“İnflyasiya yalnız monetar amillərlə bağlı deyil. Xüsusən də Azərbaycanda qiymətlərə daha çox inhisarçılıq, gömrük sistemində qeyri-şəffaflıq və hökumətin investisiya tipli büdcə xərcləmələri təsir göstərir”. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bu barədə “İqtisadi forum” jurnalına açıqlamasında bildirib.


28.02.2011/ “KORRUPS?YA ?L? MÜBAR?Z? BEL? APARILMIR”
Az?r Mehdiyev: “Az?rbaycanda idar?etm? sistemi özü bütövlükd? korrupsiya mexanizmin? ?saslan?r”

Az?rbaycanda antikorrupsiya kampaniyas?n?n 1 ay? arxada qald?. Yanvar?n 27-d? Prezident Administrasiyas?n?n r?hb?ri Ramiz Mehdiyevin s?drliyi il? keçiril?n korrupsiyaya qar?? mübariz? t?dbirl?ri sonradan bütün hökum?t strukturlar?n? ?hat? etdi. Bir çox nazirlikl?rd? m?murlar?n c?zaland?r?lmas?, rü?v?tin l??v olunmas? x?b?rl?ri g?ldi. Ancaq öt?n bir ay daha çox ciddi bahala?ma il? yadda qald?. B?zi ekspertl?r? gör?, bahala?ma oliqarx m?murlar?n antikorrupsiya kampaniyas?na etiraz?d?r.



<<  <  6 7 8 9 10  >  >>


© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV